Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Rəqəmsallaşma – modern casusluq üçün ideal vasitə

    22 Fevral 2025 22:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rəqəmsallaşma – modern casusluq üçün ideal vasitə
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice , Rim Əl-Kamali, BƏƏ-li yazıçı və araşdırmaçı

    Bu gün məşhur bir məsələyə toxunmaq qaçılmazdır: keçmişdə şərqşünasların iş prosesində istifadə etdiyi funksional iş mexanizmlərinə necə yiyələndikləri məsələsi. Məsələn, rəsm, tibb, fotoqrafiya, arxeologiya və digər sahələr...
    Lakin bəzi şərqşünaslar İslamı qəbul etməyə qədər irəliləmişdilər. Mənim fikrimcə, bu, casusluq fəaliyyətinin zirvəsi idi; çünki onlar İslamı qəbul etdiklərini göstərərək, maliyyələşdirilən və tapşırılan işlərini daha rahat həyata keçirirdilər. Bunun ən yaxşı nümunəsi holland şərqşünası Snuk Hurqrone idi. Onun evində minlərlə məktub tapılmışdı ki, bunlar da onun İslamını qəbul etmədiyini sadəcə olaraq görüntü və müəyyən məqsədlər üçün müsəlman olduğunu sübut edirdi.
    O, Məkkəyə daxil olduğu andan məqsədinə çatmışdı və gündə beş vaxt namaz qılırdı. Snuk öldükdə, yalnız Hollandiyada deyil, Avropada da İslam araşdırmalarının bariz şəxsiyyətlərindən biri kimi anıldı.

    Onlar onu yalnız bir şərqşünas deyil, İslamoloq adlandırırdılar, çünki İslam və onun elmlərini obyektiv və elmi şəkildə öyrənmişdi. Beləcə o, İslam düşüncəsində bir mütəfəkkirə çevrilmişdi. Bu da Qərbi İslamın sirləri və yayılması ilə maraqlandırmışdı ki bu da öz növbəsiondə İslamologiyanın yaranmasına səbəb oldu. Bütün bunlar İslamofobiyanın ortaya çıxmasından əvvəl idi.

    Digər bir şərqşünas, daha doğrusu İslamoloq, isveçrəli Yohann Ludviq Burkhardt (şeyx Abdullah ibn İbrahim) idi. Onun da İslamı qəbul etdiyi qeyd olunur. Lakin Qərb versiyası onun İslamı yalnız təqlid etdiyini deyir. O, 18-ci əsrdə Şamda, Ərəbistan yarımadasında və Misirdə yaşamışdı. Afrika üzrə ixtisaslaşmış Kral Cəmiyyəti tərəfindən əvvəlcədən hazırlanmışdı. O, Kembricdə ərəb dili və İslam elmlərini öyrənmişdi. Oradan tədqiqat məqsədilə səyahətə çıxmış və Məkkəyə çatmışdı. Misirdə müsəlman olaraq öldüyündə məzarı üzərində İslam adı yazılmışdı. Amma Avropa onun müsəlman olduğunu inkar edərək, onu Məkkəyə daxil ola bilən ilk xristian kimi təqdim etmişdi.

    Başqa bir İslamoloq, irlandiyalı Riçard Frensis Burton, İslamı qəbul etməsi ilə tanınırdı. O, Hindistandan Məkkəyə müsəlman kimi gedərək həcc ziyarəti etmişdi. O, İslam hüququnu öyrənmiş və ərəb dilini mükəmməl mənimsəmişdi. Lakin sonradan onun min ədəd qədim əşyanı Hicaz torpaqlarından qaçaqmalçılıq etməsi ilə bağlı həqiqət üzə çıxmışdı. Bu da İslamologiya və ondan əvvəlki şərqşünaslıq casusluğunun oğurluq mərhələsinə çatdığını göstərirdi. Onların nəzərində isə bu, vətənpərvərlik və hərbi xidmət kimi qiymətləndirilirdi. Beləcə anlayışlar bir-birinə qarışırdı.

    Bir şeyi başqa bir şeyə bürümək asan idi. Casusluq fenomeni ilə yumşaq güc arasındakı əlaqə də buna misal idi. Yumşaq güc, müəyyən hədəflərə çatmaq üçün casusluğu vacib bir mexanizm kimi qəbul edə bilərdi. Casusluq, gizlənmə, aldatma və müəmmaya əsaslanırdı. Əvəzində yumşaq güc cəlbedicilik, inandırıcılıq və aydınlıq üzərində qurulurdu. O, birbaşa auditoriyaya və onun gözləntilərinə yönəlirdi. Məsələn, Burtonun "Min bir gecə"ni tərcümə etməsi buna nümunədir. Bu qarşılıqlı əlaqədə insanlar yumşaq gücü casusluq kimi qəbul etmirdilər.

    Bu gün İslam və müsəlmanların öyrənilməsi akademik biliklərin bu mövzuya artan marağı ilə daha da vacib olmuşdur. Xüsusilə Yaxın Şərqdəki siyasi hadisələrin sürətlənməsi və yeni mənbələrin kəşfi ilə bu sahəyə diqqət artıb. İslam ölkələrindən olan miqrasiyanın çoxalması da İslam araşdırmalarını stimullaşdıraraq onu daha da canlı edir. Beləliklə, terminlərin şüura uyğun olaraq necə dəyişdiyi aydın olur. Bu uzunmüddətli maraq, dil və inanc məsələsində Şərqə yönəlmiş araşdırmalarda "əlavə qatqı" bəhanəsi ilə ortaya çıxır. Burada Edvard Saidin adını qeyd etməyə dəyər. Onun "Şərqşünaslıq" kitabından sonra müasir şərqşünaslar özlərini bu adla adlandırmaqdan imtina etməyə başladılar və öz elmlərinə bağlı olduqlarını bildirdilər. Eyni şəkildə müasir kəşfiyyat da öz tədqiqatlarında akademik elmlərə istinad edir – arxeologiya, antropologiya, etnoqrafiya və s.

    Nəticədə bir sual yaranır: Casusluq insan təbiətinin bir hissəsidirmi, yoxsa yenilik öyrənmək istəyindən doğur? İnsan tarixini nəzərə alaraq bu anlayışı təhlil etsək, görərik ki, əksər uşaqlar təbiətcə casusluğa meyllidirlər. Onları müşahidə etdikdə, qorxu hissinə qapılırlar. Bəziləri böyüdükcə ailə və tərbiyə sayəsində bu vərdişdən əl çəkərək bilik axtarışına və kainatı dərk etməyə yönəlir, digərləri isə macəra axtarır. Əvvəllər bu macəra axtarışı şərqşünaslıq vasitəsilə, son onilliklərdə isə kəşfiyyat və İslamologiya vasitəsilə həyata keçirilirdi. Bu gün isə casusluq şübhəsiz ki, rəqəmsal forma alıb və ən təsirli vasitəyə çevrilib.

    #Rim Əl-Kamali #Rəqəmsal casusluq #Yumşaq güc #Kəşfiyyat və din #Arxeoloji oğurluq #İslam və Qərb elmi əlaqələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    21 İyul 2026 09:00

    ABŞ-nin İranın təzyiq imkanlarını məhdudlaşdırmasında Suriyanın rolu nədən ibarətdir?

    20 İyul 2026 09:00

    Böyük dövlətlər müttəfiqlərinə zəiflədilmiş silah satır? Rusiya və Çin nümunəsi ilə hərbi ixrac strategiyasına baxış

    17 İyul 2026 11:00

    Dərin qeyri-müəyyənlik... Tehranda qərar qəbuletmə aparatı dağılıbmı?

    17 İyul 2026 10:00

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    17 İyul 2026 09:00

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    17 İyul 2026 06:00

    İraqda Əl-Zeydi hökumətinin tərksilah planı və daxili bölünmələr

    15 İyul 2026 06:00

    Tomas Ceffersondan Donald Trampa - ABŞ-də İslama baxış necə dəyişdi?

    11 İyul 2026 09:00

    Avropalılar niyə uşaq dünyaya gətirmir?

    11 İyul 2026 06:00

    Peresdən Netanyahuya – İsrail “yumuşaq” və “sərt” güc arasında

    5 Oktyabr 2025 20:00

    Türkiyə arxeologiya sahəsində dünya lideridir – Ərdoğan

    6 Avqust 2025 16:12

    İslamın qızıl dövründə elm və texnologiyanın rolu

    15 İyun 2025 16:52
    XƏBƏR LENTİ

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.