Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Sədi Şirazi kimdir?

    24 Noyabr 2023 13:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sədi Şirazi kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerPress

    Mövlana qədər sevilən dəyərli şairlərdən biri də Sədi Şirazidir (1183/1284 və yaxud 1291). Aryanpur bildirir ki, “Sədi İran və ətrafında ən çox oxunan şair və ədiblərdən biridir. Gənc olanda nə vaxt Sədidən söz düşsə 1950-ci illərdə yaşadığım bir hadisəni xatırlayıram. Sədini ilk dəfə o zaman tanımışdım. Çox az maaşla gündə on saat işlədiyim bir ofisin küncündə saysız məktub və sənədin üç nüsxəsini çıxarmaqla məşğul olduğum zaman fasilə verib Sədidən oxumağa başlamışdım.

    Sədinin nəql etdiyi bir hekayə hələ də yadımdadır. Bu hekayə bir pələngin hücumuna məruz qalan dindar bir adam haqqındadır. Həmin adam aldığı yaranın ağrısı ilə dəniz sahilində boş-boş gəzərkən dilindən daim bu sözlər tökülürmüş: “Allaha şükürlər olsun ki, günahla deyil, bədbəxt bir hadisə ilə qarşılaşdım”.

    Sədi bir çox ölkənin dəniz sahillərindən xəbərdar insandır. Şirazda anadan olmuş, Bağdadda yaşayıb təhsil almış və bir mütəsəvvif kimi indiki Suriya, Türkiyə, Ərəbistan, Misir və Liviyaya getmişdir. Əsərlərindən əldə edilən məlumata görə, Türküstan və Hindistana da səyahət etmişdir. Elm axtarışı ilə başlayan bu səyahət illər sonra Şirazda bitmişdir. Bəzi rəvayətlərə görə həyatının son otuz ilini orada keçirmiş və çox sayda əsər yazmışdır.

    Yazdığı kitablarla, xüsusilə də Levinin “mənəvi-əxlaqi elmin didaktik məsnəviləri” adlandırdığı “Bustan” və “Gülüstan” əsərləri ilə məşhurdur. İkisi də sadə bir dildə, bənzərsiz bir üslubda yazılmışdır. Sədi nəql etdiyi hekayələrin mənasını əxlaqi cəhətdən də izah etmiş və bu hekayələri öz təcrübələrindən faydalanaraq yazmışdır. Hekayələri daha çox nəsr şəklindədir. Lakin mənzum hekayələri də vardır.

    Sədi “Gülüstan”ın əvvəlində əsəri necə yazmağa başladığını izah edir. Bir yoldaşı ilə birlikdə bağda gəzirmişlər. Yoldaşı evinə aparmaq üçün gül dərməyə başladıqda Sədi güllərin bir neçə gündə solacağını söyləmiş və ona dünyanın heç bir zaman solmayan çiçəklərini təklif etmişdir.

    “Gülüstan”da nəql edilən hekayələrdə hökmdarın əyanları ilə birlikdə çıxdığı dəniz səfərindən də bəhs edilir. İlk dəfə gəmiyə minən qullardan biri dənizdən çox qorxurmuş. Qorxudan titrəyən qulu nə hökmdar, nə də digərləri sakitləşdirə bilir. Hökmdar gəmidəki bir “filosof”la məsləhətləşir. Filosof qulu dənizə atdıqda qorxudan xilas olacağını bildirir. Yalnız bundan sonra qul sakitləşir. Filosof vəziyyəti belə şərh edir: “İnsan başına bir fəlakət gəlmədən ondan uzaq olduğuna şükür etməz”.

    Sədinin nəql etdiyi bəzi hekayələr öz təcrübələrinə əsaslanır. Hekayələrdən birində səlib ordusu tərəfindən əsir alınan və heyvanlarla yoldaşlıq edən bezgin adamın Qüds çöllərindəki səfərindən bəhs olunur. Yəhudi məhbuslarla birlikdə Tripolidə gil qazıntısında işləyir. Hələbin ən nüfuzlu idarəçilərindən biri onu bu halda gördükdə on dinar ödəyərək xilas edir və evinə aparır. Sonra Sədini öz qızı ilə evləndirir. Qadın olduqca üsyankar və deyingən biri olduğu üçün Sədinin həyatı tamamilə dözülməz hal alır. Qadın bir dəfə Sədidən atasının onu franklardan xilas etdiyini soruşur. Bunun müqabilində Sədi deyir: “Atan məni Frank zəncirlərindən on dinara xilas etdi və yüz dinara sənin köləliyinə saldı”.

    “Bustan” isə “Hikmət”, “Mərhəmət”, “Məhəbbət”, “Təvazökarlıq” kimi fəsillərdən ibarətdir. Sədinin həyatının ilk mərhələsindəki fikirləri və “boşuna xərclədiyi günlərin peşmanlığını nəql edərək başlayır. Bir digər məyusluğu isə yetim bir uşaq olması və buna görə də “ata himayəsin dən” məhrum qalmasıdır.
    “Bustan” çox mədh edilmişdir. Arberriyə görə, hikmətlə hekayə böyük bir ustalıqla vəhdətdə verilmişdir. Levi isə əsəri “asan başa düşülən möhtəşəm misralar” kimi təsvir edir. Arberri XVIII əsrdə İngiltərədə “Bustan”ın “müasir versiyaya uyğunlaşdırmaq təşəbbüsü olduğunu, lakin əsərin belə bir dəyişikliyə uyğun olmadığını qeyd edir. Bu əsəri tərcümə etmək çətindir. Məhəmməd Əli Füruqi “bu kitabın həm farsca, həm də başqa dillərdə zəriflik, bəlağət, axıcılıq, incəlik, hikmət haqqında yazılmış başqa heç bir kitaba bənzəmədiyini qeyd edir.
    İdris Şaha görə, onun əsərləri “Gesta Romanoruam” üçün də mənbədir. Sədinin XIX əsrdə Amerikada yaranan transsendentalizm ( 1830-1860-cı illərdə ABŞ-da ədəbi-fəlsəfi hərəkat – red.) hərəkatının inkişafına da təsiri olmuşdur. Xüsusilə, Emerson Sədinin “vəziyyət və hadisə müxtəlifliyi” nümayiş etdirdiyini və “dərin bir təcrübə” sahibi olduğunu qeyd edir. Emerson farsları “üstün zəkaları”na görə mədh edir və Sədiyə “oxucuya yaxşı ümid təlqin edən” bir şair kimi özünəməxsus yer verir.

    Ümid təlqin etmək Sədinin digər şeirlərində də özünü açıq şəkildə göstərir. O, qəsidələrindən bəzilərini ərəb dilində yazmışdır. Sədinin qəzəlləri layiq olduğu dəyəri almamışdır. Bu lirik şeirlər məhəbbət və dostluq haqqındadır. Arçer “dostluğa böyük əhəmiyyət verən Sədinin, xəyanəti xoşbəxtliyə qarşı ən böyük təhdid hesab etdiyini” qeyd edir.  Sədi iki böyük qəzəl ustadından biridir.

    #Sədi Şirazi kimdir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Parisdən Moskva operettasına: Zaur bəy Daqirovun keşməkeşli həyatı

    24 May 2026 16:32

    Həbib Nurməhəmmədov: Məğlubedilməz çempionun həyat hekayəsi

    17 May 2026 12:08

    Öldürülərək cəsədi Dəcləyə atılan Abbasilər dövlətinin qurucusu və tarixin sirli qəhrəmanı Əbu Müslim Xorasani kimdir?

    10 May 2026 16:21

    Həyatı və düşüncəsi - Məhəmməd Rəşid Rza kimdir?

    3 May 2026 12:04

    Bu gün onun doğum günüdür - Səddam Hüseyn kimdir?

    28 Aprel 2026 14:17

    Qərb sivilizasiyası ilə əlaqələrin vacib olduğunu düşünən türk əsilli dahi Məhəmməd Abduh - fikirləri hələ də aktual olan insan

    26 Aprel 2026 12:01

    Bu gün onun ölüm günüdür - Papa Fransisk kimdir?

    21 Aprel 2026 10:00

    Bir əsrlik tarixin və krallığın siması - II Elizabet kimdir?

    21 Aprel 2026 00:10

    Avropanın İslama hədiyyəsi - Məhəmməd Əsəd kimdir?

    19 Aprel 2026 18:22

    Dahi türk: Mahmud Kaşğarlının həyatı və elmi şəxsiyyəti

    12 Aprel 2026 18:00

    İraqın yeni prezidenti, Talabaninin sirdaşı - Nizar Amidi kimdir?

    11 Aprel 2026 21:55

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00
    XƏBƏR LENTİ

    Ukrayna FİFA və UEFA-ya niyə müraciət edib?

    Yaxın şərqdə qalan təyyarəmiz yoxdur - Uraloğlu

    İranın Küveytdə ABŞ qüvvələrinə hücumu uğursuz olub - CENTCOM

    ABŞ-də naməlum şəxs bankda bir neçə nəfəri girov götürüb

    Roma və Bizans nümunəsində - ABŞ zəifləyir, yoxsa yenidən formalaşır?

    Osmanlı imperiyasını 24 il məşğul edən müharibə - Balaca uşaq Krit müharibəsinə necə səbəb oldu?

    Londonda terror hücumu - Səkkiz dəqiqə ərzində baş verən faciə

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.