Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Nədir
    Nədir

    Oruc nədir?

    10 Mart 2024 08:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Oruc nədir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Oruc, İslamın 5 əsasından biridir. Oruc kəlməsi bizim dilimizə Fars dilindəki ruzə sözündən keçmiş, əvvəllər gündəlik mənasında oruzə olaraq işlədilmiş, sonra oruc kimi tələffüz edilmişdir. Ərəb dilində isə oruca savm deyilir. Savm kəlməsi də öz növbəsində bir şey yeməmək, içməmək, hərəkətsiz qalmaq və əl-ətəyini hər şeydən çəkmək mənaları verir.

    Oruc tutmaq artıq terminləşmiş bir ifadə kimi aşağıdakı mənaları daşıyır:

    Dan yerinin ağardığı vaxtdan günəşin batmasına qədər keçən vaxt ərzində yemək, içmək və cinsi əlaqədən uzaq durmaq.

    Oruc tutmaq əslində keçmiş ümmətlərə (bizdən əvvəlki xalqlara) də vacib buyurulub. Bu barədə Qurani-Kərimdə belə deyilir:

    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib qılındığı kimi sizə də vacib edildi. Bəlkə, pis əməllərdən çəkinəsiniz”. ((Bəqərə, 2/183.))

    Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bir hədisində belə demişdir:

    “Oruc insanı qoruyan qalxandır”. ((Buxari, Savm, 2, 9, Libas, 78; Müslim, Siyam, 164.))

    Ramazan ayı qəməri bir aydır; yəni, bu ay ayın göydəki hərəkətlərinə əsasən müəyyənləşdirilir. Bu səbəbə görə Ramazan ayı hər il o ildən əvvəlki ilə nisbətən 10 və ya 11 gün əvvəl gəlir. Başqa sözlə, bəzən qış, bəzən də yayda oruc tutmaq lazım gəlir. Beləliklə, müsəlman bir şəxs istər soyuq, istərsə isti olsun, Allahın vacib qıldığı oruc ibadətini hər mövsümdə yerinə yetirmək imkanına malik olur.

    Oruc tutmaq insanın davranışlarına müsbət təsir göstərməlidir. Muhəmməd peyğəmbər (s. a. v.) bu barədə belə buyurmuşdur:

    “Allahın yalan danışmaq və yalanla iş görməyi tərk etməyənlərin yemək-içməyi tərk etməyinə və ac qalmağına ehtiyacı yoxdur”. ((Buxari, Savm, 8; Tirmizi, Savm, 16.))

    Oruc bir qalxandır. Oruc tutan şəxs pis söz deməsin. Onunla dava-dalaş etmək istəyənə: “Mən orucluyam, mən orucam”, – desin və dalaşmasın”. ((Buxari, Savm, 2; Müslim, Siyam, 164.))

    “Kim Ramazan ayının orucunu inanaraq və savabını ancaq Allahdan gözləyərək tutsa, keçmiş günahları bağışlanar”. ((Buxari, Savm, 6.))

    ORUC TUTMAQ KİMLƏRƏ VACİBDİR?

    Oruc tutmağın bir insana vacib olması üçün 3 şərt vardır:

    1 – Müsəlmanlıq, başqa sözlə, bir şəxsin müsəlman olması;
    2 – Ağıllı olmaq;
    3 – Həddi-buluğa çatmaq.

    Qızlar aybaşı olmağa başladıqları, oğlanlar da ehtilam (cünub) olduqları vaxtdan etibarən həddi-buluğa çatmış hesab edilirlər. Onlar 15 yaşlarına gələnə qədər bu cür hallarla (aybaşı və cünub olmaq halları ilə) qarşılaşmayıblarsa, hökmən həddi-buluğa çatmış sayılırlar. Artıq bütün ibadətlərini səhlənkarlıq etmədən yerinə yetirməlidirlər.

    Oruc tutmaq xəstə və səfər üstə olanlara da vacibdir. Amma onlar oruclarını Ramazan ayında tutmayıb sonradan qəza edə bilərlər. Lakin oruc tutsalar, daha yaxşı olar. Quranda deyilir:

    “Sayılı günlərdə (Orucu sayılı günlərdə tutun)… Sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Bunu kaş ki, biləydiniz”. ((Bəqərə, 2/184.))

    SƏHURA QALXMAQ (SƏHUR YEMƏYİ ÜÇÜN OYANMAQ)

    Dan yerinin ağarmasından etibarən oruc tutmağa başlanılır. Şərqdə göylə yerin birləşdikləri üfüq xətti boyu uzanmağa başlayan səhər aydınlığı dan yerinin ağardığını göstərir. Buna imsak vaxtı deyilir. Qurani-Kərimdə belə deyilir:

    “Şəfəqin qara cizgisi ağ cizgisindən sizcə tam seçilənə qədər yeyib-için. Sonra orucunuzu axşama qədər tamamlayın”. ((Bəqərə, 2/187.))

    İmsak vaxtından qabaq yeyilən yemək səhur yeməyi adlanır. Peyğəmbərimiz bu barədə belə buyurub:

    “Səhur yeməyi yeyin. Çünki səhurda bərəkət var”. ((Buxari, Savm, 20; Müslim, Siyam, 45.))

    Bizim orucumuzla əhli-kitabın (yəhudi və xristianların) orucları arasında fərq bizim səhur yeməyi üçün qalxmağımızdır”. ((Tirmizi, Savm, 17.))

    Səhur yeməyini vaxtının axırına kimi gecikdirmək, iftarı isə gecikdirmədən etmək müstəhəbdir.

    ORUCU BATİL EDƏN ŞEYLƏR

    Oruc imsak vaxtından iftar vaxtına qədər ibadət niyyəti ilə bir şey yeməmək, içməmək və cinsi əlaqəyə girməməkdir. Allah Təala belə buyurur:

    “Oruc günlərinin gecələrində qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah sizin özünüzə olan arxayınlığı aradan aparan işlər gördüyünüzü bildi və tövbələrinizi qəbul etdi. İndi onlarla birləşə bilərsiniz; Allah sizin üçün nə yazıbsa, onu axtarın. Şəfəqin qara cizgisi ağ cizgisindən sizcə tam seçilənə qədər yeyib-için. Sonra orucunuzu axşama qədər tamamlayın. Məscidlərdə etikaf (ibadət) halında olduğunuz zaman onlara yaxınlaşmayın. Bunlar Allahın qoyduğu hədlərdir; o hədləri aşmayın! Allah ayələrini (hökmlərini) insanlara belə izah edir ki, bəlkə, onlar müttəqi olsunlar”. ((Bəqərə, 2/187.))

    Yuxarıda verilən ayədən belə çıxır ki, nəsə yemək yaxud içmək və cinsi əlaqəyə girmək orucu batil edir. Ayənin son hissəsində deyilir ki, bunlar Allahın qoyduğu hədlərdir; o hədləri aşmayın. Buna görə də insanı o hədlərə yaxınlaşdıran şeyləri də etməmək, nəsə yemək, içmək və cinsi yaxınlıq etmək qəbilindən olan hər bir şeydən uzaq durmaq lazımdır. Buna əsasən ağız yolu ilə qəbul edilən dərmanlar və siqaret çəkmək orucu batil edir. İynə vurdurmaq və göz damcısı istifadə etmək isə yemək-içmək hesab edilmədiyinə görə orucu batil etmir. Təngnəfəs olanların istifadə etdikləri və xalq arasında fıs-fıs deyilən dərmanlar da orucu batil edir. Çünki bu cür dərmanlar ağız yolu ilə qəbul olunan dərmanlardandır.

    Yuxuda qüsl etmək lazım gələn bir halla qarşılaşmaq (cünub olmaq), qan vermək, göz və qulaq damcısından istifadə etmək orucu batil etmir.

    Oruc tutduğunu unudaraq nəsə yemək, içmək və cinsi əlaqəyə girmək orucu batil etmir. Peyğəmbərimiz belə demişdir:

    “Kim oruc ola-ola oruc tutduğunu unudub nəsə yesə və yaxud içsə, öz orucunu tamamlasın. Çünki onu Allah yedirdib içirtmişdir”. ((Buxari, Savm, 26, Əyman, 15; Müslim, Siyam, 171; Tirmizi, Savm, 26; Əbu Davud, Savm, 39.))

    Oruc nədir?
    #Oruc nədir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mədədəki kiçik bir yara necə ölümcül təhlükəyə çevrilir? – Hər kəsin bilməli olduğu gizli əlamətlər

    12 İyul 2026 16:00

    Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası

    12 İyul 2026 12:00

    Roma saraylarından kilsə qadağalarına: Orta əsrlər Avropasında ezoterik güc mübarizəsi

    12 İyul 2026 11:00

    Çin zodiak sisteminin elmi-astronomik və tarixi kökləri

    5 İyul 2026 22:00

    Süleymanın kiçik açarı və kral Marbas haqqında bilinməyənlər

    5 İyul 2026 15:00

    Türkiyənin yeni nəsil "Reis" sinfi sualtı qayıqlarında tətbiq edilən AIP texnologiyası nədir?

    5 İyul 2026 14:00

    Quduzluq virusu: İnsan beynini ələ keçirən bioloji qatil haqqında acı həqiqətlər

    5 İyul 2026 10:00

    Ramazan bələdçisi: Qüsl, dəstəmaz və oruc haqqında hər şey

    22 Fevral 2026 18:59

    Oruclu halda müayinə,müalicə və dərman qəbulu qaydaları

    20 Fevral 2026 00:25

    Sahur etmədən oruc tutmaq olar? Ramazan ayının ən çox verilən sualı

    18 Fevral 2026 22:00

    Gün aşırı oruc tutmağın sirləri: Peyğəmbərimizin ən böyük tövsiyəsi

    16 Fevral 2026 09:59

    Ramazan – Həm də Özünü Dəyərləndirmək Üçün Fürsətdir

    27 Fevral 2025 17:09
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.