Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Nədir / Hərbi İnnovasiyalar
    Hərbi İnnovasiyalar

    Türkiyənin yeni nəsil "Reis" sinfi sualtı qayıqlarında tətbiq edilən AIP texnologiyası nədir?

    5 İyul 2026 14:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin yeni nəsil "Reis" sinfi sualtı qayıqlarında tətbiq edilən AIP texnologiyası nədir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Sualtı qayıqlar öz təhlükəsizliklərini təmin etmək və gözlənilməz hücum üstünlüklərini qoruyub saxlamaq üçün gizliliklərini itirməməlidirlər. Lakin hərəkət enerjisi təmin edən və ya generator funksiyasını yerinə yetirən daxili yanma mühərrikləri oksigenə ehtiyac duyurlar. Sualtı qayıqların bu səbəbdən dəniz səthinə çıxmaq məcburiyyətində qalması, eyni zamanda onların ən müdafiəsiz olduqları zaman kəsiyidir. Məhz bu təhlükəni aradan qaldırmaq və ya minimuma endirmək məqsədilə AIP (Air-Independent Propulsion / Havadan asılı olmayan sövq sistemləri) sistemləri inkişaf etdirilmişdir.

    Türk dəniz qüvvələrində yeni dövr: Milli aviadaşıyıcı və ağıllı gəmilər Türk dəniz qüvvələrində yeni dövr: Milli aviadaşıyıcı və ağıllı gəmilər

    İlk sınaqlar və tarixi inkişaf prosesi

    İlk AIP sistemi 1940-cı illərdə alman alimi Helmuth Walter tərəfindən yaradılmışdır. Çox həssas şəkildə idarə edilməsi tələb olunan bu sistem, sualtı qayıq daha dərini boyladıqda hidrostatik təzyiq səbəbindən idarəetmənin çətinləşməsi ucbatından istifadəyə yararlı vəziyyətə gətirilə bilmədi.

    Nüvə enerjisi ilə işləyən sualtı qayıqlar da AIP sinfinə daxil edilə bilər, lakin nüvə sualtı qayıqları radioaktiv təhlükə, yüksək maliyyə xərcləri və yüksək texnologiya səviyyəsi tələb etdiyi üçün çox geniş yayılmayıb. Bu növ texnologiyadan dünyada yalnız 6 ölkə (Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Hindistan) istifadə edir.

    1980-ci illərdə "Stirling" mühərrikli AIP sistemi ilk dəfə İsveçin Kockums şirkəti tərəfindən bir sualtı qayıqda tətbiq edilmişdir. Bu, nüvə enerjisindən sonrakı dövrdə istehsal olunan ilk müasir AIP sistemidir. Daha sonra isə fransızlar “Qapalı dövrə buxar turbini” sistemini inkişaf etdiriblər.

    Ən son texnologiya: Yanacaq elementi

    Bu sahədə inkişaf etdirilən ən son texnologiya isə Yanacaq Elementi (Fuel Cell) sistemidir. Bu, elektrik enerjisini tərs elektroliz üsulu ilə, tamamilə kimyəvi yolla istehsal edən bir sistemdir.

    Türkiyədə, Gölcük Donanma Komandanlığı Gəmiqayırma Zavodunda Almaniyanın Thyssen-Krupp Marine Systems şirkəti ilə birgə istehsal olunacaq Reis (Type 214) sinfinə aid sualtı qayıqlarda bu sistem dizel-generator ilə birlikdə hibrid həll yolu kimi istifadə ediləcəkdir.

    #Frank-Walter Steinmeier #Walter Reed Tibb Mərkəzi #Helmuth Walter #Stirling #Fuel Cell #Thyssen-Krupp Marine Systems #Type 214 #Havadan asılı olmayan sövq sistemi #AIP texnologiyası nədir? #Type 214 dənizaltı #Sualtı qayıqlar #AIP sistemi #Kockums
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Hərbi Dəniz Qüvvələri Aralıq və Qırmızı dənizdə genişmiqyaslı təlim keçirib

    6 Avqust 2026 20:29

    Türkiyənin yeni nəsil "Reis" sinfi sualtı qayıqlarında tətbiq edilən AIP texnologiyası nədir?

    5 İyul 2026 14:00

    Türkiyənin hərbi dənizçilikdə sistematik transformasiyası: MİLGEM proqramı

    28 İyun 2026 14:00

    Tankların qorunmasında yeni nəsil həllər: NERA və NxRA zireh sistemləri nədir?

    6 İyun 2026 11:24

    Trampın sağlamlıq yoxlaması niyə yenidən diqqət mərkəzinə düşdü?

    12 May 2026 12:33

    Zirehli texnikaların qorunma texnologiyaları: ERA və SLERA sistemləri nədir?

    10 May 2026 03:00

    Türkiyə və Almaniya ikitərəfli münasibətlərdə əldə olunan müsbət dinamikanı müzakirə ediblər

    22 Aprel 2026 22:50

    Reaktiv zireh nədir? Tankların müdafiə qalxanının tarixi

    18 Aprel 2026 15:41

    İsrail-Fələstin probleminin iki dövlətli həlli vacibdir - Ştaynmayer

    24 Aprel 2024 18:00

    Terrorla mübarizədə Almaniyadan daha çox dəstək gözləyirik

    24 Aprel 2024 17:26

    Netanyahu regionu təhlükə altında qoyur - Ərdoğan

    24 Aprel 2024 17:19

    Ərdoğan Ştaynmayerlə Türkiyə-Aİ münasibətlərini müzakirə edəcək

    24 Aprel 2024 11:28
    XƏBƏR LENTİ

    ABŞ Afrikada neft strategiyasını genişləndirir?

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.