Fransa, Böyük Britaniya, Kanada, İspaniya və İtaliyanın da daxil olduğu dövlətlər İsrailin qərarını kəskin şəkildə pisləyib və onun dərhal ləğvini tələb edib. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas da sənədə imza ataraq, bu addımın “Yaxın Şərqdə təhlükəsizlik və sabitliyə təhdid” olduğunu bildirib.
VOA təhlil mərkəzi
Netanyahu əvvəllər HƏMAS-ı razılaşmalardan yayınmaqda günahlandırırdı. İndi isə, HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdikdən sonra, niyə Netanayhu Qəzzanı işğal etməkdə israr edir və ordunu bu istiqamətdə addımlarını sürətləndirməyə məcbur edir?
BMT baş katibinin sözçüsü Stefan Düjarrik qərarı beynəlxalq hüquqa zidd və BMT qətnamələrinə qarşı olduğunu bildirərək qəti şəkildə qınayıb. O qeyd edib ki, məskunlaşma fəaliyyəti “iki dövlətli həll” imkanlarını ciddi şəkildə sarsıdır:
Son vaxtlar ABŞ-la Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı baş tutan təmaslar müasir zorakı diplomatiyanın bütün ziddiyyətlərini açıq şəkildə göstərdi. Formal baxımdan bu danışıqlar tamamilə uğursuz oldu: nə konkret sənədləşmiş razılaşma əldə edildi, nə də Kiyevin iştirakı ilə üçtərəfli sammit formatı quruldu. Amma digər tərəfdən, Qərbin artan sanksiya və iqtisadi təzyiqi fonunda bu cəhdlərin özü belə Kremlin maksimalist mövqelərdən geri çəkilməsinə gətirib çıxardı.
Altı gün davam edən və bazar ertəsi başa çatan sorğunun nəticələrinə görə, məsələ ilə bağlı Demokratlar və Respublikaçılar arasında kəskin fikir ayrılığı var: Demokratların 78 faizi Fələstinin tanınmasını dəstəkləyir, bu göstərici Respublikaçılar arasında cəmi 41 faizdir. ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür.
Son günlərdə Misir–Qətər vasitəçiliyi ilə təklif olunan 60 günlük atəşkəs, İsrailin qismən imtinası və siyasi manevrləri, bu yanaşmanın klassik təzahürüdür: elan olunan razılaşmaların boşaldılması və mülki əhalinin artan əzabları.
Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.
“ABŞ bir insanı Aya çıxardığı üçün bəziləri elə zənn edir ki, o, hər şeyi edə bilər, həm də çox tez bir zamanda. Əgər bacarmasa – istər imkanların çatışmazlığına, istər resurs qıtlığına, istərsə də bürokratik qarışıqlığa görə – həmin adamlar düşünürlər ki, ABŞ sadəcə bunu istəmədiyi üçün etmədi”.
Bu addım Misirin müharibəni bitirəcək çıxış yollarının axtarışı üzrə təşəbbüslərin və diplomatik fəaliyyətin mərkəzində qalmaq istəyini göstərir. Eləcə də, hər hansı razılaşmanın Misirdən kənar əldə olunmasının və ya onu kənarda qoymaq cəhdlərinin mümkünsüzlüyünü vurğulayır.
Onların çoxu Hizbullah tərəfdarlarıdır; üzərlərində İran bayraqları və sarı rəmzlər daşıyaraq, “Şiə, Şiə, Şiə” şüarını üç dəfə təkrarlayaraq yürüşlər keçiriblər. Aksiyalar, hökumətin ayın sonuna qədər Hizbullahın silahlarının toplanmasına dair orduya tapşırıq verməsi qərarına etiraz olaraq təşkil edilib.
Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara deyib ki, Suriya Demokratik Qüvvələri martın 10-da əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduqlarını bildirir və konkret detallar tələb edir. SDQ-nin media və müzakirələrdə dedikləri ilə reallıqda etdikləri arasında ziddiyyətli siqnallar var.
Hizbullahın Livanda və bölgədəki rolu uzun illər ərzində həm regional, həm də beynəlxalq siyasətin mərkəzində olub. Təşkilatın silahlı qüvvələrinin tərksilah olunması və siyasi inteqrasiyası məsələsi təkcə İsrailin deyil, həm də Livan hökumətinin prioritet hədəflərindən biridir.