Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Dollar zəifləyir: Tramp bunu risk deyil, strategiya sayır

    13 Fevral 2026 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dollar zəifləyir: Tramp bunu risk deyil, strategiya sayır
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

    ABŞ dolları son aylarda dünya valyuta bazarlarında ciddi zəifləmə nümayiş etdirir və bu proses artıq dörd illik minimum həddin yenilənməsi ilə nəticələnib.

    Dolların altı əsas dünya valyutasına nisbətdə dəyərini göstərən DXY indeksi yanvarın sonunda 95,5 bəndə qədər geriləyib. Bu, 2022-ci ilin əvvəlindən bəri ən aşağı göstərici hesab olunur. ABŞ valyutası ötən il ümumilikdə 9 faiz dəyər itirmişdi, 2026-cı ilin yanvarında isə əlavə olaraq təxminən 4 faiz ucuzlaşıb.

    İndeks avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, funt sterlinq və İsveç kronuna qarşı məzənnəni əks etdirir. Beləliklə, “yaşıl” adlandırılan ABŞ dolları qlobal bazarlarda dörd illik minimumu yeniləyib.

    Fevral ayı da bazarlara nikbinlik gətirməyib. ABŞ-da əmək bazarı ilə bağlı açıqlanan statistik göstəricilər dolların təzyiq altında qalmasına səbəb olub. “Challenger, Gray & Christmas” şirkətinin məlumatına görə, Amerika şirkətləri təxminən 108,5 min iş yerinin ixtisarını planlaşdırır ki, bu da oktyabrdan bəri ən yüksək göstəricidir.

    Eyni zamanda yeni iş yerlərinin yaradılması üzrə planlar cəmi 5,5 min nəfər səviyyəsində olub. Bu isə statistik müşahidələrin aparıldığı 2009-cu ildən bəri ən aşağı göstəricidir.

    İqtisadi artım tempinin 2,8 faizdən 1,5 faizə enməsi də bazarlarda narahatlıq yaradıb. Ekspertlər hesab edir ki, iqtisadi aktivliyin zəifləməsi ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmaq ehtimalını artırır. Bu isə dollar üçün mənfi siqnaldır.

    ABŞ dövlət borcu artıq 39 trilyon dollara yaxınlaşır. Donald Trampın təşəbbüsü ilə qəbul edilən geniş fiskal tədbirlər dövlət öhdəliklərinə əlavə 4,1 trilyon dollar yük gətirib.

    İnvestorları narahat edən məqam həm də Federal Ehtiyat Sisteminin rəhbərliyinə dair müzakirələrdir. Mövcud sədr Cerom Pauellin səlahiyyət müddəti may ayında başa çatır. Yeni rəhbər təyinatı ətrafında debatlar maliyyə bazarlarında qeyri-müəyyənliyi artırır.

    Avropa investorları isə təxminən 8 trilyon dollarlıq ABŞ aktivlərini valyuta riskindən qorumaq üçün dollardan çıxış strategiyası həyata keçirirlər. Bu da bazarda əlavə təzyiq yaradır.

    Tramp üçün zəif dollar niyə problem deyil?

    Donald Tramp isə dolların zəifləməsini problem kimi görmür. O bildirib ki, “dollarla bağlı vəziyyət əladır”.

    Bir sıra iqtisadçılar hesab edir ki, Ağ Ev zəif dolları ixracın stimullaşdırılması və ticarət kəsirinin azaldılması üçün şüurlu şəkildə qəbul edilmiş risk kimi qiymətləndirir. Ucuz dollar ABŞ məhsullarının qlobal bazarlarda rəqabət qabiliyyətini artırır.

    Lakin ekspertlər xəbərdarlıq edir ki, 40 trilyona yaxın dövlət borcu şəraitində zəif valyuta kreditor etimadını sarsıda və borcun xidmət xərclərini artıra bilər.

    Dolların ehtiyat valyuta statusu təhlükədədirmi?

    Son illərdə mərkəzi banklar ehtiyat portfellərini şaxələndirərək qızıla və alternativ aktivlərə üstünlük verirlər.

    2015-ci ildə dünya ehtiyatlarında dolların payı təxminən 59 faiz idisə, hazırda bu göstərici 41 faizə enib. Eyni dövrdə qızılın payı 10 faizdən 28 faizə yüksəlib.

    Ekspertlər qeyd edir ki, sanksiya siyasəti və artan geosiyasi gərginlik bir çox ölkəni dollar asılılığını azaltmağa sövq edir. Əgər Vaşinqton proteksionizm və yüksək borclanma siyasətini davam etdirsə, avro, İsveç kronu və İsveçrə frankının möhkəmlənməsi müvəqqəti yox, struktur dəyişikliklərin başlanğıcı ola bilər.

    #Dollar dörd illik minimuma düşdü – Tramp zəifləməni strategiya sayır #ABŞ valyutası ucuzlaşır: dövlət borcu və bazar riski artır #DXY indeksi 95 #5 bəndə endi – dollar təzyiq altındadır #Tramp zəif dollar siyasətini müdafiə edir #ABŞ iqtisadiyyatı yavaşlayır: dollar niyə geriləyir? #Qlobal ehtiyatlarda dolların payı azalır #Dolar dört yılın en düşük seviyesinde #Trump zayıf doları stratejik görüyor #ABD ekonomisinde yavaşlama ve dolar baskısı #DXY endeksi sert geriledi #Küresel rezervlerde doların payı düşüyor #Zayıf dolar ihracatı destekler mi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

    31 İyul 2026 09:00

    Almaniya gəncləri yenidən kazarmaya çağırır - Məcburi hərbi xidmət niyə narahatlıq yaradıb?

    31 İyul 2026 06:00

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    30 İyul 2026 14:21

    Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?

    30 İyul 2026 13:36

    Avropanın xristian irsi və İslamın artan görünürlüğü: əsas problem nədir?

    30 İyul 2026 09:00

    Afrika Buynuzunda yeni dinamika - Somali sabitlik və inkişaf üçün mübarizə aparır

    30 İyul 2026 06:00

    Şəraanın regional mesajları: İsrail, Livan və İraqla bağlı açıqlamalar necə qiymətləndirilir?

    29 İyul 2026 09:00

    Tehran rejimi dənizdəki ənənəvi gücünü necə itirdi?

    28 İyul 2026 18:10

    Qətəri nə qlobal sülh vasitəçisinə çevirdi? - Pulu yoxsa diplomatik əlaqələri?

    28 İyul 2026 09:00

    Türkiyə və Səudiyyə Ərəbistanı yeni ticarət dəhlizində önə çıxır – İsrail marşrutu zəifləyir

    27 İyul 2026 11:40

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    26 İyul 2026 18:56

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    26 İyul 2026 09:00
    XƏBƏR LENTİ

    ABŞ Yaxın Şərq üzrə səyahət xəbərdarlığını yeniləyib

    İsrail ordusu Cənubi Livanda "Hizbullah" üzvlərinin öldürüldüyünü iddia edib

    Qəzza Səhiyyə Nazirliyi iyul ayı üzrə itkilərin statistikasını açıqlayıb

    Xarici tələbat BYD-nin satışlarını yüksəldib

    İranın gələcəyini İran xalqı müəyyən edəcək - Məsud Pezeşkian

    İsrail Qəzzada HƏMAS-a məxsus olduğu iddia edilən beş silah anbarını məhv etdiyini açıqlayıb

    Ölkə ən pis ssenarilərə hazırlaşır - Məhəmməd Rza Arif

    İsrail Cənubi Livandakı Nəbatiyyə əl-Fövqa qəsəbəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirib

    Todd Blanş təsdiqlənməsə də vəzifəsində qalacaq - Tramp

    SpaceX-in gələcək kosmik planları investorların gözləntilərini doğruldacaqmı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.