ABŞ dolları son aylarda dünya valyuta bazarlarında ciddi zəifləmə nümayiş etdirir və bu proses artıq dörd illik minimum həddin yenilənməsi ilə nəticələnib. Dolların altı əsas dünya valyutasına nisbətdə dəyərini göstərən DXY indeksi yanvarın sonunda 95,5 bəndə qədər geriləyib. Bu, 2022-ci ilin əvvəlindən bəri ən aşağı göstərici hesab olunur. ABŞ valyutası ötən il ümumilikdə 9 faiz dəyər itirmişdi, 2026-cı ilin yanvarında isə əlavə olaraq təxminən 4 faiz ucuzlaşıb.