#Həbs orderi fonunda bahalı diplomatiya: Netanyahunun 2025 səfərləri

İsrailin baş naziri Beniyamin Netanyahu ayın sonuna qədər ABŞ-a növbəti səfərə hazırlaşarkən, 2025-ci il ərzində həyata keçirdiyi xarici uçuşların xərcləri açıqlanıb. Məlumata görə, Netanyahu il ərzində dörd dəfə xaricə səfər edib. Bu səfərlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunması ilə bağlı barəsində həbs orderinin verildiyi bir dövrə təsadüf edib.