Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Müsəlman Qardaşları ABŞ siyasətində yeni təhlükə modeli kimi dəyərləndirilir

    14 Dekabr 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Müsəlman Qardaşları ABŞ siyasətində yeni təhlükə modeli kimi dəyərləndirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkzi

    Florida ştatının qubernatoru Ron DeSantis-in “Müsəlman Qardaşları” təşkilatını “terrorçu qurumlar” siyahısına daxil etməsi ABŞ siyasi mühitində bu təşkilata qarşı sürətlə dərinləşən dönüşü göstərən bir addımdır. Uzun illər Vaşinqtonun İxvanla bağlı qeyri-müəyyən və ziddiyyətli siyasəti bəzən diqqətsizlik, bəzən də məhdud əməkdaşlıq indi yerini daha sərt yanaşmaya verir və təşkilatın sərhədləri aşan ideoloji şəbəkə olaraq uzunmüddətli təhlükə yaratdığı rəyi güclənir.

    Bu baxımdan Florida qərarı tək bir hadisə deyil, İxvana münasibətdə daha sərt kursa keçidin əlaməti hesab olunur. Bu dəyişiklik, xüsusilə Qərb cəmiyyətlərində paralel nüfuz şəbəkəsi qurmaqda ittiham olunan və ikiüzlü siyasi ritorikadan istifadə etdiyinə görə tənqid edilən təşkilatlara qarşı münasibətlərin sərtləşdiyini göstərir.

    DeSantis təkcə “X” platformasında elan verməklə kifayətlənməyib. O, ştatın bütün rəsmi strukturlarına göstəriş verərək təşkilatı və onu dəstəkləyən şəxsləri hər hansı güzəştlərdən məhrum etməyi, eləcə də onların “qeyri-qanuni fəaliyyətlərinə” qarşı tədbirlər görməyi tələb edib.

    Bu addım İxvanı “düşmən xarici təşkilat” statusuna yaxınlaşdırır və ABŞ-ın mühafizəkar dairələrində formalaşmaqda olan yeni siyasi düşüncəni əks etdirir. Bu yanaşmaya görə, ABŞ-ın siyasi islam hərəkatları ilə mübarizəsində məsuliyyət təkcə federal hökumətə aid deyil, ştatların da təhlükələrin qarşısını qabaqcadan almaq üçün addım atmaq hüququ var.

    Bu çərçivədə mühafizəkar siyasətçilər arasında yayılmış əsas narrativ belədir: Müsəlman Qardaşları sadəcə Yaxın Şərqdə fəaliyyət göstərən siyasi təşkilat deyil, ABŞ daxilində də ideoloji və təşkilati şəbəkələr quran trans-sərhəd qurumdur. Tənqidçilər bu təşkilatı müxtəlif cəmiyyət mərkəzləri, dərnəklər və dini qurumlar vasitəsilə ölkə daxilində “yumşaq nüfuz” qurmaqda ittiham edirlər.

    Maraqlıdır ki, Texas ştatı da qısa müddət əvvəl eyni addımı atdı. Ştatın qubernatoru Qreq Abbot İxvanı “xarici terror təşkilatı” və “beynəlxalq cinayətkar şəbəkə” elan etdi.

    Bu paralellik göstərir ki, İxvana qarşı sərtləşmə artıq tək-tük siyasi çıxışlar səviyyəsindən çıxaraq respublikaçı ştatlarda formalaşan yeni bir siyasi cərəyana çevrilir. Xüsusilə seçkiqabağı dövrdə milli təhlükəsizlik mövzularında sərt mövqe nümayiş etdirmək yerli liderlər üçün önəm qazanıb.

    Son on il ərzində ərəb dünyasında, xüsusilə də 2011-dən sonra baş verən hadisələr ABŞ-da İxvanla bağlı şübhələri daha da artırdı. Misirdə Müsəlman Qardaşlarının hakimiyyətə gəlməsi və qısa müddətdə siyasi sistemə hakim olmağa çalışması Vaşinqtonda təşkilatın gerçək niyyətləri barədə narahatlıqları gücləndirdi.

    İxvanın terror təşkilatları siyahısına salınması, mühafizəkar Amerika dairələrində belə bir anlayışın möhkəmlənməsi ilə bağlıdır. Siyasi islamın rəhbərlik modeli və beynəlxalq ideoloji strukturu ABŞ-ın “demokratik dəyərləri” ilə uyğun gəlmir, hətta onlara ziddir.

    ABŞ təhlükəsizlik orqanları İxvanın “yumşaq təsir” şəbəkələri yaratmaq bacarığı barədə illərdir xəbərdarlıq edir. Bu strukturların gələcəkdə gizli təhlükə formalaşdıra biləcəyi iddia olunur. İxvanın Qərbdə “demokratiyaya açıq, islahatçı” imici ilə Yaxın Şərqdəki sərt ideoloji yönü arasındakı ziddiyyət də bu narahatlıqları artırır.

    Bununla yanaşı, ABŞ-da İxvana münasibətdə dəyişiklik Vaşinqtonun Yaxın Şərq siyasətinin yenidən qiymətləndirilməsi fonunda baş verir. Donald Tramp administrasiyası dövründə İxvanın bəzi qollarının terror təşkilatı kimi tanınması üçün hüquqi araşdırmaların başlanması, federal səviyyədə bu məsələni gündəmə gətirən əsas addım oldu.

    Bu prosesdə ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqləri Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də mühüm rol oynadı. Onlar Vaşinqtona geniş məlumat, sənəd və araşdırmalar təqdim edərək İxvanın regional və beynəlxalq təhlükə yaratdığını göstərməyə çalışdılar. Bu, ABŞ-da təşkilatın artıq sadəcə “muxalifət partiyası” kimi deyil, trans-sərhəd ideoloji layihə kimi görülməsinə səbəb oldu.

    ABŞ-da siyasi diskurs dəyişdikcə İxvanın gələcəyi də qeyri-müəyyənləşir. Artıq İxvan ABŞ-da nifuz dairələrinin daraldığı, hüquqi, siyasi və mediada təzyiqlərin artdığı ən çətin dövrlərdən birinə daxil olur.

    Florida və Texasın addımları belə bir mərhələnin yalnız başlanğıcı ola bilər. Qarşıdan gələn dövrdə təşkilatın ABŞ daxilində fəaliyyəti, maliyyə, təşkilatlanma və ictimai işlər sahəsində daha ciddi məhdudiyyətlərlə üzləşə bilər.

    #ABŞ-da İxvana qarşı daxili cəbhə genişlənir: Florida və Texasın sərt addımı #Müsəlman Qardaşları ABŞ siyasətində yeni təhlükə modeli kimi dəyərləndirilir #DeSantis-in qərarı ABŞ-da siyasi islamla mübarizədə dönüş nöqtəsidir #Американский фронт против Братьев-мусульман расширяется #Флорида и Техас объявили войну политическому исламу #В США формируется жёсткая линия против Братьев-мусульман #America’s Internal Front Against the Muslim Brotherhood Expands #Florida and Texas Lead a New Hardline Approach to Political Islam #The U.S. Reassesses the Muslim Brotherhood as a Long-Term Security Threat #Florida və Texas İxvanı terror təşkilatı elan etdi: ABŞ siyasətində yeni mərhələ #Почему США ужесточают политику в отношении Братьев-мусульман? #U.S. States Take Independent Action Against the Muslim Brotherhood
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

    31 İyul 2026 09:00

    Almaniya gəncləri yenidən kazarmaya çağırır - Məcburi hərbi xidmət niyə narahatlıq yaradıb?

    31 İyul 2026 06:00

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    30 İyul 2026 14:21

    Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?

    30 İyul 2026 13:36

    Avropanın xristian irsi və İslamın artan görünürlüğü: əsas problem nədir?

    30 İyul 2026 09:00

    Afrika Buynuzunda yeni dinamika - Somali sabitlik və inkişaf üçün mübarizə aparır

    30 İyul 2026 06:00

    Şəraanın regional mesajları: İsrail, Livan və İraqla bağlı açıqlamalar necə qiymətləndirilir?

    29 İyul 2026 09:00

    Tehran rejimi dənizdəki ənənəvi gücünü necə itirdi?

    28 İyul 2026 18:10

    Qətəri nə qlobal sülh vasitəçisinə çevirdi? - Pulu yoxsa diplomatik əlaqələri?

    28 İyul 2026 09:00

    Türkiyə və Səudiyyə Ərəbistanı yeni ticarət dəhlizində önə çıxır – İsrail marşrutu zəifləyir

    27 İyul 2026 11:40

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    26 İyul 2026 18:56

    Ümumi qadağadan dəqiq hədəfləməyə: ABŞ-ın İxvan strategiyası

    28 Dekabr 2025 20:00
    XƏBƏR LENTİ

    Hugging Face hücumu: Süni intellekt öz həbsxanasından necə çıxdı?

    Giza yaylasında "itirilmiş Sfinks" iddiası: Faktlar nə deyir?

    Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

    ChatGPT psixoz riski yaradır - həkimlər nə deyir ?

    İraqın Küveyti işğalından 36 il ötür

    Tarixdə bu gün – 2 Avqust

    Torpağımızın hər qarışı bizim haqqımızdır - Rudolf Heykal

    Tramp Linkoln Memorialındakı hovuzla bağlı Ədliyyə Nazirliyinə etiraz edib

    Cey Kleyton bazar ertəsi ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə başlayacaq

    İsrailin Cənubi Livandakı dağıntıları ciddi narahatlıq doğurur - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.