Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Şəraa üçün əsas mübarizə daxili sabitlik və azlıqların etimadıdır - Analitiklər

    6 Dekabr 2025 07:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şəraa üçün əsas mübarizə daxili sabitlik və azlıqların etimadıdır - Analitiklər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Suriya Prezidenti Əhməd Əş-Şəraa Bəşşar Əsədi devirdikdən sonra ölkənin beynəlxalq nüfuzunu bərpa edib və sanksiyaların ləğvinə nail olub. Lakin keçmiş silahlı qruplaşma liderinin əsas sınağı ölkə daxilində etimad qazanmaqdır.

    Alavit və Druze bölgələrində baş verən sektaar zorakılığı, eləcə də İsrailin davam edən hərbi əməliyyatları ölkədə təhlükəsizliyi zəiflədib. Analitiklərə görə, Şəraa Suriyanı 14 illik müharibədən çıxarmağa çalışsa da, cəmiyyətin müxtəlif təbəqələri arasında gərginlik qalmaqdadır.

    Şəraa son bir ildə Körfəz ölkələrindən Avropaya, ABŞ-a qədər paytaxtlara səfər edib. Vaşinqton və BMT Təhlükəsizlik Şurası onu sanksiya və “terror siyahıları”ndan çıxarıb. ABŞ, Aİ və Britaniya Suriyaya tətbiq olunan əsas iqtisadi sanksiyaları ləğv edib.

    Bununla belə, analitiklər xəbərdarlıq edir ki, “əsas hökm” ölkə daxilində veriləcək.

    Tənqidçilər bildirirlər ki, ölkənin keçid konstitusiyası etnik və dini müxtəlifliyi əks etdirmir və beş illik keçid müddəti üçün təyin edilən prezidentə geniş səlahiyyətlər verir. Silahlı qruplar buraxılsa da, onların çoxu yeni ordu və təhlükəsizlik strukturlarına inteqrasiya olunub. Bu prosesdə bəzi xarici döyüşçülərin də daxil edildiyi qeyd olunur.

    Mart ayında Alavit icmasına qarşı törədilən qətliamlarda 1 700-dən çox insan öldürülüb. İyulda Druze əyaləti olan Süveyda bölgəsindəki toqquşmalarda isə 2 000-dən çox adam həlak olub. Hakimiyyət araşdırmalara başladığını və bəzi şübhəlilərin məhkəməyə çıxarıldığını bildirib.

    Ekspertlərin sözlərinə görə Şəraa “milli barışığın qurulmasında iki dəfə uğursuzluğa düçar olub”. Şəraa silahlı İslamçı qrupları nə dərəcədə nəzarət altına almaq istədiyi hələ də sual altındadır. Həmçinin Suriya prezidentinin mövqeyi vahid təhlükəsizlik aparatına malik olmadığı üçün zəifdir.

    Həmçinin müharibə liderlərindən çıxmış fraksiya rəhbərlərinin dövlət vəzifələrində yerləşdirilməsi azlıq qrupları arasında ciddi etimad böhranı yaradıb. Lakin suriyalıların böyük bir hissəsi Şəraa hakimiyyətini “yeganə təminat verən variant” kimi görürlər.

    Ölkənin sahil bölgəsi və Süveyda əyalətində bəzi qruplar ayrılma çağırışları edir, kürd administrasiyası isə ilin sonuna qədər öz institutlarını Dəməşqə inteqrasiya etməli olsa da, proses ləngiyir.

    Ekspertlərin rəyinə görə İsrail ordusu Suriyaya təkrar-təkrar zərbələr endirir və cənubda demilitarizasiya zonası yaratmağa çalışır. İsrail qüvvələri hazırda BMT nəzarətində olan Golan yüksəkliklərindəki bufer zonasında yerləşməyə davam edir.

    ABŞ Prezidenti Donald Tramp İsraili Suriyanın yeni hakimiyyətini destabilizasiya etməməyə çağırıb.

    Oktyabr ayında parlamentə seçilən nümayəndələr yalnız hökumət nəzarətində olan ərazilərdə seçilib. Şəraa hələ də 210 yerlik parlamentin 70 üzvünü təyin etməlidir.

    #Suriya lideri Şəraa beynəlxalq aləmdə möhkəmlənib #lakin ölkə daxilində etimad böhranı qalır #Analitiklər: Şəraa üçün əsas mübarizə daxili sabitlik və azlıqların etimadıdır #Suriya: Alavit və Druze bölgələrində zorakılıq liderin mövqeyini zəiflədir #Post-Əsəd dövrü: Şəraa beynəlxalq səhnədə qazanır #amma daxildə çətinliklər artır #Suriyada etimad böhranı dərinləşir — azlıqlara qarşı zorakılıq artır #Suriya liderinin qarşısında ən böyük sınaq: daxili sabitlik #Лидер Сирии Шараа добился успехов за рубежом #но не смог укрепить доверие внутри страны #Эксперты: насилие в Алавитских и Друзских районах подрывает власть Шараа #Сирия: международные победы не решают внутренних проблем #After foreign wins #Syria’s Sharaa struggles to secure trust at home #Analysts warn internal instability threatens Syria’s transition #Sectarian violence #Israeli strikes challenge new Syrian leadership
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

    31 İyul 2026 09:00

    Almaniya gəncləri yenidən kazarmaya çağırır - Məcburi hərbi xidmət niyə narahatlıq yaradıb?

    31 İyul 2026 06:00

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    30 İyul 2026 14:21

    Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?

    30 İyul 2026 13:36

    Avropanın xristian irsi və İslamın artan görünürlüğü: əsas problem nədir?

    30 İyul 2026 09:00

    Afrika Buynuzunda yeni dinamika - Somali sabitlik və inkişaf üçün mübarizə aparır

    30 İyul 2026 06:00

    Şəraanın regional mesajları: İsrail, Livan və İraqla bağlı açıqlamalar necə qiymətləndirilir?

    29 İyul 2026 09:00

    Tehran rejimi dənizdəki ənənəvi gücünü necə itirdi?

    28 İyul 2026 18:10

    Qətəri nə qlobal sülh vasitəçisinə çevirdi? - Pulu yoxsa diplomatik əlaqələri?

    28 İyul 2026 09:00

    Türkiyə və Səudiyyə Ərəbistanı yeni ticarət dəhlizində önə çıxır – İsrail marşrutu zəifləyir

    27 İyul 2026 11:40

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    26 İyul 2026 18:56

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    26 İyul 2026 09:00
    XƏBƏR LENTİ

    Yuxuda balta görmək necə yozulur?

    Hugging Face hücumu: Süni intellekt öz həbsxanasından necə çıxdı?

    Giza yaylasında "itirilmiş Sfinks" iddiası: Faktlar nə deyir?

    Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

    ChatGPT psixoz riski yaradır - həkimlər nə deyir ?

    İraqın Küveyti işğalından 36 il ötür

    Tarixdə bu gün – 2 Avqust

    Torpağımızın hər qarışı bizim haqqımızdır - Rudolf Heykal

    Tramp Linkoln Memorialındakı hovuzla bağlı Ədliyyə Nazirliyinə etiraz edib

    Cey Kleyton bazar ertəsi ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə başlayacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.