Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İraq yeni seçkilərə hazırlaşır - beşinci parlament dövrü siyasi ifliclə yekunlaşır

    19 Oktyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İraq yeni seçkilərə hazırlaşır - beşinci parlament dövrü siyasi ifliclə yekunlaşır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İraqda 11 noyabr 2025-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində ölkə mövcud qanunverici orqanın - beşinci çağırış İraq parlamentinin - fəaliyyətinə yekun vurmağa hazırlaşır. Analitiklər bu dövrü “ən gərgin, lakin ən az məhsuldar” parlament mərhələsi adlandırırlar.

    2021-ci ilin oktyabrında seçilən hazırkı parlament, həm qanunvericilik, həm də hökumət üzərində nəzarət sahəsində səmərəsiz fəaliyyəti ilə yadda qalıb. Deputatlar əsas diqqəti ölkə problemlərinin həllinə deyil, hakimiyyət ortaqları arasında siyasi sövdələşmələr və qarşılıqlı razılaşmaların təmin edilməsinə yönəldiblər.

    Nəticədə parlament demək olar ki, daimi fəaliyyət qabiliyyətini itirib, iclaslar ardıcıl olaraq təxirə salınır və səsvermələrdə iştirak təmin edilmir.

    “Həşd əş-Şəabi” qanunu: siyasi alət və ABŞ təzyiqi

    Deputatlar hazırda seçkilərədək bir neçə qanun layihəsini gündəmə gətirməyə çalışırlar. Onlardan biri “Həşd əş-Şəabi haqqında qanun”dur. Bu qanun layihəsi daha əvvəl ABŞ-ın təzyiqi ilə geri çəkilmişdi.

    İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Hüseyn əl-Əmiri bildirib ki, “koordinasiya çərçivəsi” (Hökuməti dəstəkləyən şiə blokları və silahlı qruplar) parlamentin növbəti iclasında bu qanunu yenidən gündəmə gətirmək niyyətindədir. Lakin müşahidəçilər bu təşəbbüsü “ölü parlamentin dirildilməsinə yönəlmiş formal addım” kimi qiymətləndirirlər, çünki layihənin qəbul edilmə şansı demək olar ki, yoxdur.

    ABŞ administrasiyası qanunun qəbulunu “dövlət qurumlarında silahlı dəstələrin təsirinin artması” kimi qiymətləndirir və Bağdaddan onun qarşısını almağı tələb edir.

    Mövcud parlamentin fəaliyyəti həm daxili çəkişmələr, həm də xarici müdaxilələr səbəbindən iflic vəziyyətinə düşüb. Qanunların müzakirəsi aylarla, bəzən illərlə uzanır, nəticədə vacib qərarlar qəbul olunmur.

    Parlamentin “məhsulu” çox zəif olub – qəbul edilən qanunların çoxu simvolik və ya məhdud təsirə malikdir. Bəzi hallarda isə qərarlar cəmiyyət birliyini pozub, məsələn, yalnız şiə icmasının qeyd etdiyi “Qədir-Xum bayramı”nın rəsmi tətil elan olunması və ya ailə hüququ qanununun qadın və uşaqların hüquqlarını zəiflətməsi kimi addımlar ictimai narazılıq doğurub.

    Spiker böhranı və partiyalararası qarşıdurma

    Parlamentin zəif fəaliyyətinin əsas səbəblərindən biri də uzun müddət davam edən spiker böhranı olub. 2023-cü ilin noyabrında vəzifədən uzaqlaşdırılan keçmiş spiker Məhəmməd əl-Halbusi əvəzində yeni spikerin - Mahmud əl-Məşhədani -— seçilməsi üçün partiyalar arasında bir il davam edən mübahisələr yaşanıb.

    Bir sıra sessiyalar dava-dalaşlarla, qarşılıqlı ittihamlarla müşayiət olunub, nəhayət, 2024-cü ilin noyabrında tərəflər arasında gizli siyasi razılaşmalar və qarşılıqlı güzəştlər nəticəsində məsələ həllini tapıb.

    İraq parlamenti formal olaraq seçkili qurum olsa da, milli kvota sistemi (məzhəb və etnik bölgü prinsipi) səbəbilə müstəqil qərarvermə mexanizmini itirib.

    Nazirlər, komitə sədrləri və dövlət rəhbərləri partiyaların “kvota payı” kimi təyin olunur və bu şəxslərin əksəriyyəti siyasi məsuliyyətdən qorunur. Nəticədə, ölkədə yüksəkvəzifəli məmurun vəzifədən uzaqlaşdırılması nadir hadisə sayılır və bu, əsasən daxili siyasi intriqalar zamanı baş verir.

    Seçkilərə bir ay qalmış hazırkı parlament faktiki olaraq öz siyasi ömrünü başa vurub. Qanunvericilik fəaliyyəti dayanıb, cəmiyyətin parlamentə olan etimadı isə minimuma enib.

    Yeni seçkilərdən sonra İraqda daha dinamik və səlahiyyətli parlamentin formalaşması ümid olunur, lakin müşahidəçilər xəbərdarlıq edirlər ki, kvota və siyasi sövdələşmələr sistemi dəyişmədiyi müddətcə, növbəti dövr də eyni problemlərlə üzləşəcək.

    #İraqda türkmənlər #Həşdi-Şaabi #İraqda irqçilik #İraqda sosial ədalət #İraqda diskriminasiya #İraqda Haşdi Şabi və digər silahlı qruplar #İraqda korrupsiya #İraqda dərin dövlət #İraqda seçki boykotu #İraqda xarici müdaxilə #İraqda növbəti seçkilər nə vaxt olacaq? #İraqda korrupsiya ilə mübarizə aparan siyasi qüvvələr #İraqda siyasi dəyişiklik mümkündürmü? #Həşd əş-Şaabi nədir #Həşd əş-Şaabi seçkilərdə rol oynayırmı #İran Həşd haqqında nə deyir? #İraqda Həşd üzvlərinin sayı nə qədərdir? #Həşdi Şaabi Komissiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqda 1 trilyon dollarlıq korrupsiyanın xronologiyası...

    4 İyul 2026 09:00

    Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir

    8 İyun 2026 09:00

    İranın qənimət torpağı İraqda bitməyən hegemonluq mübarizəsi

    3 May 2026 09:00

    ABŞ-ın hədəfindəki terrorçu lider: Hümeydavinin gizli həyatı və hərbi fəaliyyəti

    15 Mart 2026 11:03

    Anadoluya nə qədər türk gəldi?

    6 Mart 2026 13:22

    İraqda ümidsiz seçkilər - Səsvermə sistemi dəyişmir

    26 Oktyabr 2025 18:36

    Tehran İraqda mövqelərini itirir, amma hələ oyundan çıxmayıb

    12 Oktyabr 2025 15:00

    Vaşinqton “Hizbullah”ın silahlarını İraqda “zəmanətçi tərəfə” əmanət etmə təklifini rədd edib

    12 Oktyabr 2025 15:00

    İraqda Səddam Hüseyn adı belə qorxu yaradıb - parlament seçkilərindən Səddam Hüseyn adlı namizəd kənarlaşdırıldı

    10 Oktyabr 2025 07:47

    Parlament seçkilərinin təxirə salınması ilə bağlı narahatlıq yoxdur - İraq XİN

    8 Oktyabr 2025 02:00

    Hakan Fidan Ankarada Həşdi Şabi Komissiyasının sədri ilə görüşüb.

    30 Avqust 2025 21:24

    Böyük Şeytanın üç kartı: Neft, siyasət və məzhəb üzərindən İraq oyunu

    30 Avqust 2025 09:00
    XƏBƏR LENTİ

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    Kəhf surəsi nədən bəhs edir?

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.