2021-ci ilin oktyabrında seçilən hazırkı parlament, həm qanunvericilik, həm də hökumət üzərində nəzarət sahəsində səmərəsiz fəaliyyəti ilə yadda qalıb. Deputatlar əsas diqqəti ölkə problemlərinin həllinə deyil, hakimiyyət ortaqları arasında siyasi sövdələşmələr və qarşılıqlı razılaşmaların təmin edilməsinə yönəldiblər.
#İran Həşd haqqında nə deyir?
Livan və İraq mənbələrinin məlumatına görə, vasitəçilər «Hizbullah»ın əlindəki strateji silahların İraqda bir «zəmanətçi» tərəfə əmanət (depozit) edilməsi variantını müzakirə ediblər. Lakin ABŞ administrasiyası bu təklifi qəti şəkildə rədd edib.
Bu arada, Tehran və Təl-Əviv arasında yeni müharibə ehtimalı tez-tez gündəmə gəlir. Eyni zamanda, İraqın hələ də bu müharibənin atəşindən yayınmaq təhlükəsindən çıxmadığı ehtimalları irəli sürülür. ABŞ-ın açıq mesajları dövlət katibi Marko Rubio tərəfindən verildi və bunu Bağdaddakı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili də təkrarladı. Bu mesajların məğzi “Həşd əş-Şaabi qanunu”nun qəbuluna qarşı çıxmaq idi. Buna cavab olaraq Xameneinin müşaviri İranda Həşdin silahsızlaşdırılmasına qarşı olduqlarını bəyan etdi.
İranın zəiflədilmə strategiyası davam edir
“Həşd əş-Şaabi” məsələsi yalnız İraqın daxili siyasi dinamikalarını deyil, həm də ABŞ-İran münasibətlərini formalaşdıran əsas amillərdən biri olaraq gündəmdə qalmaqda davam edir.