Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Parlament seçkilərinin təxirə salınması ilə bağlı narahatlıq yoxdur - İraq XİN

    8 Oktyabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Parlament seçkilərinin təxirə salınması ilə bağlı narahatlıq yoxdur - İraq XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İraqın xarici işlər naziri Fuad Hüseyn ölkədə 11 noyabrda keçirilməsi planlaşdırılan parlament seçkilərinin təxirə salınacağına dair narahatlıqların əsassız olduğunu bildirib. Nazir vurğulayıb ki, İraq Seçki Komissiyası işini normal qaydada davam etdirir və artıq namizədlərin təbliğat kampaniyası başlayıb.

    “Hazırda seçkilərin təxirə salınması ilə bağlı daxili səviyyədə heç bir narahatlıq yoxdur. Komissiya fəaliyyətini qaydasında aparır, seçki prosesi plan üzrə gedir.”-deyə Fuad Hüseyn İraq xəbər agentliyinə açıqlamasında bildirib.

    Nazir əlavə edib ki, bölgədə böyükmiqyaslı regional münaqişə riski barədə müəyyən narahatlıqlar var, lakin bunların seçki prosesinə təsir edəcək səviyyədə olmadığını qeyd edib.

    “Bəzi dairələr mümkün müharibə və ya regional qarşıdurmanın seçkilərə təsir göstərə biləcəyini düşünür. Lakin hazırkı qiymətləndirmələr bu təhlükənin real olmadığını göstərir.”-deyə Hüseyn qeyd edib.

    Fuad Hüseyn həmçinin vurğulayıb ki, İraqda demokratik proses sabit şəkildə davam edir və ölkə artıq altıncı demokratik parlament seçkilərinə hazırlaşır.

    Sədr hərəkatının seçkiləri boykotu

    Digər tərəfdən, şiə milli cərəyanının lideri Müqtəda əs-Sədr bir daha hərəkatının seçkiləri boykot edəcəyini təsdiqləyib.
    O, “Sərəya əs-Səlam” hərəkatından bir məsul şəxsin iki üzvün seçkilərə qatılması ilə bağlı sualına cavabında bildirib ki:“Onlar bizdən deyillər… onlar dünya mənfəəti axtaranlardır.”

    Sədr tərəfdarlarını xəbərdar edərək bildirib ki, bəzi namizədlər onun və ya “Sədr Hərəkatı”nın adından istifadə edərək təbliğat aparmağa cəhd göstərə bilər.

    “Bəzi namizədlər bizimlə əlaqələri olduğunu iddia edirlər, bəziləri yaxınlıq göstərir, bəziləri isə proqramlarını bizim tələblərimizə uyğun kimi təqdim edir. Lakin bunların heç biri həqiqətə uyğun deyil.”-deyə əs-Sədr bildirib.

    #Fuad Hüseyn #Müqtəda Sədr #Müqtəda əs-Sədr #Müqtəda əs-Sədrin yeni təlimatları #İraq parlament seçkiləri #Müqtəda əs-Sədr seçkilərdən niyə çəkildi? #Müqtəda əs-Sədrin seçki boykotu nə deməkdir? #Müqtəda əs-Sədrin İranla münasibətləri #Həşd əş-Şaabi İraqda nə rol oynayır? #İraqda Həşd üzvlərinin sayı nə qədərdir? #İraq parlamenti Həşd haqqında hansı qanunu qəbul edib? #Müqtəda əs-Sədr seçkilər #Müqtəda Sədr seçki qərarı #İraqda şiə siyasi parçalanması #Müqtəda əs-Sədr hərəkatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    28 Avqust 2026 21:05

    İraqda hansı qruplar silahları təhvil verməyib?

    22 Avqust 2026 16:00

    Müqtada əs-Sədr İrana çağırış etdi-İraqı münaqişəyə çəkməyin

    29 İyul 2026 13:24

    İraqın yeni prezidenti, Talabaninin sirdaşı - Nizar Amidi kimdir?

    11 Aprel 2026 21:55

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    15 Dekabr 2025 20:04

    Müqtəda əs-Sədr dini nüfuzunu möhkəmləndirməyə yönəlir

    2 Noyabr 2025 20:00

    İraq yeni seçkilərə hazırlaşır - beşinci parlament dövrü siyasi ifliclə yekunlaşır

    19 Oktyabr 2025 15:00

    Tehran İraqda mövqelərini itirir, amma hələ oyundan çıxmayıb

    12 Oktyabr 2025 15:00

    Vaşinqton “Hizbullah”ın silahlarını İraqda “zəmanətçi tərəfə” əmanət etmə təklifini rədd edib

    12 Oktyabr 2025 15:00

    İraq seçkilər ərəfəsində: qorxular, boykot və inamsızlıq böhranı

    29 Sentyabr 2025 22:00

    Böyük Şeytanın üç kartı: Neft, siyasət və məzhəb üzərindən İraq oyunu

    30 Avqust 2025 09:00

    İranın İraqdakı dayaqları sarsılır – Bağdad Tehranın “proksi döyüşçü” statusundan çıxmağa hazırlaşır

    5 Avqust 2025 09:00
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.