Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    HƏMAS rəhbərliyi ilə Qətər, Misir və Türkiyə nümayəndə heyəti arasında nə müzakirə olundu?

    2 Oktyabr 2025 03:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS rəhbərliyi ilə Qətər, Misir və Türkiyə nümayəndə heyəti arasında nə müzakirə olundu?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ-ın Qəzzədə müharibəni bitirmək üçün irəli sürdüyü plan ətrafında HƏMAS ilə müxtəlif tərəflər arasında görüşlər və məsləhətləşmələr davam edir. İsrail Baş naziri Benyamin Netanyahunun bazar ertəsi axşamı razılıq verdiyi planla bağlı hərəkat daxilində bəzi bəndlərə dair iradların olduğu və dəyişikliklərə ehtiyac duyulduğu bildirilir.

    Prezident Donald Tramp çərşənbə axşamı HƏMASa cavab üçün üç-dörd günlük möhlət vermişdi. Həmin gün Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyi ilə Qətər, Misir və Türkiyədən məsul şəxslər arasında uzunmüddətli görüş keçirilib.

    Məlumata görə, HƏMAS nümayəndələri xüsusilə İsrail ordusunun Qəzzədən çıxması ilə bağlı bəndlərə etiraz ediblər. Onlar bu məsələdə dəqiq qrafik və icra zəmanətinin olmamasından narazılıq bildiriblər. Həmçinin, israilli girovların – həm sağ, həm də meyitlərinin - təhvil verilməsi üçün göstərilən 27 saatlıq müddəti qaneedici hesab etməyiblər. Silah məsələsi və idarəetmənin necə təşkil olunacağı ilə bağlı da aydınlıqlar tələb ediblər.

    HƏMAS rəhbərliyi görüşdə keçmiş Britaniya baş naziri Toni Bleyri planın uğuruna zəmanət verəcək “ədalətli fiqur” kimi görmədiyini açıq şəkildə bəyan edib. Planın bəndlərindən biri isə Trampın rəhbərliyi altında, beynəlxalq “Sülh Şurası”nın nəzarətində texnokratlardan ibarət fələstinli müvəqqəti idarənin qurulmasını nəzərdə tutur. Vasitəçilər isə Bleyrlə Şuranın rolunun birbaşa deyil, uzaqdan nəzarət formasında olacağını, Qəzzənin idarəsinin fələstinlilərə veriləcəyini izah ediblər.

    Qətər, Misir və Türkiyə nümayəndələri planın bir çox detallarında dəyişiklik imkanının olduğunu, amma onun müharibəni dayandırmaq üçün vacib şans yaratdığını vurğulayıblar. ABŞ tərəfindən də ərəb və islam ölkələrinə İsrailin planı icra edəcəyinə dair zəmanətlər verildiyi qeyd olunub.

    Onlar fələstinlilərin haqlarını dəstəklədiklərini bildirərək, HƏMASı fürsətdən istifadə etməyə çağırıblar. Bunun fonunda hərəkat rəhbərliyi planı “ciddi, məsuliyyətli və müsbət şəkildə” öyrənəcəklərini açıqlayıb.

    HƏMAS və digər fələstinli fraksiyalardan qaynaqlar bildirib ki, artıq daxili müzakirələr başlayıb və məqsəd plana dair “vahid Fələstin cavabı” formalaşdırmaqdır. Təhlükəsizlik şəraiti səbəbindən HƏMAS ilə digər fraksiyaların rəhbərləri arasında birbaşa görüşlərin baş tutmayacağı, lakin İslami Cihad rəhbərliyindən bir-iki şəxsin Dohaya gələrək müzakirələrdə iştirak edə biləcəyi ehtimal olunur.

    İndiki ehtimallara görə, HƏMAS planla bağlı bəzi qeyd-şərtlərlə razılıq verəcək. ABŞ və İsrailin bu cavabı necə qarşılayacağı bəlli deyil, amma ərəb və islam ölkələrinin hərəkatın iradlarını qəbul etdirmək üçün təzyiq göstərəcəyi güman olunur.

    Amerikalı mənbələr Tramp administrasiyasının bəzi dəyişikliklərə açıq olduğunu, amma bütün maddələrin dəyişdirilməsinin mümkün olmayacağını açıqlayıb.

    HƏMAS mənbələri planı “ədalətsiz və israillilərin maraqlarına xidmət edən” adlandırıb. Onların fikrincə, plan fələstinlilərin tələblərini yalnız qismən qarşılayır. Bununla belə, hərəkat plandan tamamilə imtina etməyəcək, müsbət yanaşmağa çalışacaq.

    Mənbələr əlavə ediblər ki, bəzi bəndlər “mücərrəd” ifadələrlə yazılıb və İsrailə geniş səlahiyyət verir, xüsusən də mərhələli çıxış məsələsində. HƏMAS-ın təklif edə biləcəyi dəyişikliklər arasında girovların və onların meyitlərinin təhvili üçün daha real vaxt müddətləri və praktiki detalların dəqiqləşdirilməsi ola bilər. Onların sözlərinə görə, hazırda bəzi meyitlər dağıntılar altında qaldığı üçün 72 saatlıq müddət qeyri-mümkündür və əlavə günlərə ehtiyac var.

    Digər tərəfdən, “HƏMAS” 250 ömürlük məhkumluğu olan fələstinli məhbusun azad edilməsini qəbulolunan hesab edir.

    #Doha #İsrail cinayətləri #Donald Tramp və Qəzza planı #Donald Tramp Qəzzə planı #Qətər Tramp diplomatiyası #Donald Tramp Suriya qərarı #Tramp və Qətər #BƏƏ diplomatiyası #Sülh Şurası #vahid Fələstin cavabı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    30 Avqust 2026 18:22

    Qətərin Baş naziri Tehrana gedir

    27 Avqust 2026 10:27

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    25 Avqust 2026 22:34

    Hörmüz boğazında vəziyyət böhrandan əvvəlki səviyyəyə qayıtmalıdır - Qətər

    25 Avqust 2026 17:27

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    22 Avqust 2026 01:41

    Qətərin xarici işlər naziri Hörmüz boğazında “şantaja” son qoymağa çağırıb

    20 Avqust 2026 18:09

    Netanyahu Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməyib

    20 Avqust 2026 15:31

    Qətər və Misir bölgədə gərginliyin azaldılması üçün birgə səyləri müzakirə edib

    19 Avqust 2026 20:33

    Qətərin baş naziri Ər-Riyadda yüksək səviyyəli görüşlər keçirəcək

    19 Avqust 2026 19:01

    Qətər iranlı təyyarəçilərlə bağlı Tehrandan cavab gözləyir

    18 Avqust 2026 18:16

    Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

    17 Avqust 2026 22:06
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.