Qətər Daxili İşlər Nazirliyi tərəfindən məsələ ilə bağlı bəyanat yayılıb. Bəyanatda İrandan təşkil edilən hücumlar və ya bu hücumlara müdaxilə nəticəsində baş verən qəzalar zamanı hadisə yerinə toplaşmamağın vacibliyi bildirilib. Hadisə yerlərindən və sahədəki proseslərdən görüntü çəkərək sosial mediada paylaşmamağa diqqət yetirilməsi vurğulanan bəyanatda, bunun hüquqi nəticələri barədə xəbərdarlıq edilib. Bu növ hərəkətlərin rəsmi qurumların işinə mane olduğu və çevik müdaxiləni çətinləşdirdiyi ifadə edilib.
#Tramp və Qətər
HƏMAS-ın ABŞ prezidenti Donald Trampın Qəzza planına dair gözlənilməz cavabı Yaxın Şərqdə diplomatik dinamikanı alt-üst edib. Hərəkat “Trampın planında nəzərdə tutulan məhbus mübadiləsi formatı əsasında bütün israilli əsirləri azad etməyə hazır olduğunu” bəyan etməklə həm Qəzzadakı müharibənin gedişatına, həm də beynəlxalq münasibətlərə ciddi təsir göstərdi.
ABŞ-ın Qəzzədə müharibəni bitirmək üçün irəli sürdüyü plan ətrafında HƏMAS ilə müxtəlif tərəflər arasında görüşlər və məsləhətləşmələr davam edir. İsrail Baş naziri Benyamin Netanyahunun bazar ertəsi axşamı razılıq verdiyi planla bağlı hərəkat daxilində bəzi bəndlərə dair iradların olduğu və dəyişikliklərə ehtiyac duyulduğu bildirilir.