Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Noar HaGva'ot-dan Nitsax Yehuda-ya: İsraildə dini radikalizmin anatomiyası

    30 Yanvar 2026 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Noar HaGva'ot-dan Nitsax Yehuda-ya: İsraildə dini radikalizmin anatomiyası
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi

    İsrailin müdafiə naziri Yisrael Kats son günlərdə artmaqda olan, ordu əsgərləri və polis qüvvələrinə qarşı törədilən məskunlaşmaçı zorakılığına son qoyacağına söz verib. Bu zorakılıqlar birbaşa fiziki hücumlarla yanaşı, İordan çayının qərb sahilində – Ramallahda yerləşən mühüm bir hərbi obyektin yandırılmasını da əhatə edib.

    Bu hücumlara görə əsas ittihamlar Noar HaGva'ot (Təpə Gəncləri və ya Təpələrin Gəncləri)" adlı qruplaşmaya yönəlib. Bu təşkilat İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumlara rəhbərlik edən ən önəmli radikal məskunlaşmaçı hərəkat sayılır və həmin zorakılıqları həyata keçirən israilli əsgərlərə və polis əməkdaşlarına hücum edənlər də onlardır.

    Noar HaGva'ot qrupu 1998-ci ildə, Benyamin Netanyahunun birinci hökumətində energetika naziri olmuş Ariel Şaronun sülh prosesinə qarşı çıxaraq dağların və təpələrin ələ keçirilməsi çağırışından sonra ortaya çıxıb.

    Yisrael Kats məskunlaşmaçıların orduya qarşı zorakılığı fonunda Mərkəzi Hərbi Dairə komandiri, Yəhuda və Samariyadakı (İordan çayının qərb sahili üçün sionist termin) polis qüvvələrinin rəhbəri və digər təhlükəsizlik rəsmilərinin iştirakı ilə təcili toplantı keçirib. İsrailin "Yediot Aharonot" qəzeti çərşənbə axşamı Katsın iclasda dediyi sözləri belə nəql edib: “Bu cür ciddi insidentlərə icazə verməyəcəyik və onlara qarşı güzəşt göstərilməyəcək.”

    İsrailin müdafiə naziri əlavə edib ki, : “Bu məsələ ilə əlaqədar koordinasiyalı tədbirlər görmək məqsədilə polis rəhbərliyi, İsrail Müdafiə Qüvvələri və daxili təhlükəsizlik xidməti (Şin Bet) tərəfindən birgə fəaliyyət göstərəcək yeni qurum yaradılacaq.”

    Yisrael Kats uzun müddətdir ki, məskunlaşmaçıların fələstinlilərə qarşı hücumlarını “terror” kimi görmür və sələfi Yoav Qalantın hücum edənlərə qarşı inzibati həbslər tətbiq etmə qərarını ləğv etmişdi.

    Son həftədə məskunlaşmaçılar israilli əsgərlərə bir neçə dəfə hücum ediblər. İsrailin dövlət yayım orqanı “KAN” xəbər verib ki, qərb sahilindəki hərbi obyektin yandırılması zamanı hadisə yerində israilli əsgərlərdən qisas alınacağına dair şüarlar yazılıb. Bunu edənlər isə ərəblər yox məhz Noar HaGva'ot qruplaşmasına üzv olan yəhudi gənclərdir.

    Baş nazir Benyamin Netanyahu isə hadisələrin araşdırılması və hücum edənlərin cəzalandırılması çağırışı edərək bildirib: “Zorakılıq edən bir ovuc adamın bütün cəmiyyətin imicini korlamasına imkan verməyəcəyəm.”

    İsrailin “Haaretz” qəzeti isə bu hücumları şərh edərək bildirib ki, “İsrailin təhlükəli ikili standart siyasəti üzə çıxır.” Qəzetin fikrincə, “səlahiyyətlilər keçən həftə məskunlaşmaçılar tərəfindən fələstinlilərə qarşı həyata keçirilmiş qanlı hücumu qınamadıqları halda, əsgərlərə qarşı hücumu dərhal pislədilər.”

    “Haaretz” yazır: “Cəzasızlıq rejimi məskunlaşmaçıların toxunulmazlıq hissini daha da gücləndirib. Nəticədə, onlar artıq israilli əsgərlərə belə hücum etməkdən çəkinmirlər. Noar HaGva'ot təşkilatının zorakılığı isə İsrailin siyasi səviyyəsində dolayı dəstək alır.”

    Noar HaGva'ot... və digər radikal təşkilatlar

    “Noar HaGva'ot” təşkilatı fələstinlilərə qarşı hücumlara rəhbərlik edən ən tanınmış radikal yəhudi qruplaşmadır. Onlar 1998-ci ildə Benyamin Netanyahunun birinci hökumətində energetika naziri olmuş Ariel Şaronun məşhur çağırışından sonra – qərb sahilində dağ və təpələrin işğalı ideyasına əsasən meydana çıxıblar.

    Bu təşkilata rəhbərlik edən əsas şəxslər arasında Avri Ran, Meir Bartler və İti Zar yer alır. Qrupun üzvlərinin çoxu qoyunçuluq və ya kənd təsərrüfatı ilə məşğul olur. Onların böyük hissəsi qərb sahilindəki məskunlaşmalardan, digərləri isə İsrailin iri şəhərlərindən gəlmədir. Bu təşkilat hər hansı rəsmi siyasi partiyaya bağlı deyil.

    Üzvləri qərb sahilindəki müxtəlif qanunsuz yaşayış məntəqələrində yaşayır və oradan çıxaraq yaxınlıqdakı fələstin kəndlərinə hücum edirlər. Son onilliklər ərzində fələstinlilərə qarşı həyata keçirilmiş hücumların əksəriyyəti bu təşkilat tərəfindən törədilib. Bu hücumlara qətl hadisələri, ibadət yerlərinin (məscid və kilsələrin), evlərin və əkin sahələrinin yandırılması da daxildir.

    Keçən il ABŞ prezidenti Co Baydenin administrasiyası Noar HaGva'ot və digər qrupları radikal və zorakı təşkilatlar kimi təsnif edərək onlara qarşı sanksiyalar tətbiq etmişdi. Bu qruplar dəfələrlə fələstinlilərə hücum etmiş və onların evlərini, mülklərini dağıtmışdılar.

    ABŞ-ın sanksiyaları 8 ayrı mərhələdə 17 fərd və 16 təşkilatı əhatə edib. Sanksiya tətbiq edilənlər arasında fələstinlilərə qarşı zorakı hücumlarda iştirak etmiş və qanunsuz yaşayış məntəqələri salmış məskunlaşmaçılar yer alır.

    Baydenin tətbiq etdiyi sanksiyalar həmçinin radikal liderlərə və fəallara da şamil olunub. Bunlara Şabtai Koşlovski, İtmar Yehuda Levi, Zohar Sabah, Eytan Jordani, Avihay Svissa və digərləri daxildir. Habelə İsraildəki ən böyük radikal təşkilatlardan biri olan “Lehava” və əsas məskunlaşma hərəkatı qurumu olan “Amana” da bu siyahıya daxil edilib.

    Lakin ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra Co Baydenin tətbiq etdiyi bu sanksiyaları ləğv edən fərman imzalayıb.

    2024-cü ilin iyun ayında isə Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç – İsrailin təhlükəsizlik naziri İtmar Ben Qvir və maliyyə naziri Betsalel Smotriçə qarşı qadağalar və sanksiyalar tətbiq edəcəklərini açıqlayıblar. Onların bu qərarı fələstinlilərə qarşı zorakılığı təşviq etdiklərinə görə verilib.

    Bundan əvvəl Böyük Britaniya iki qanunsuz yaşayış məntəqəsinə və üç məskunlaşmaçıya qarşı sanksiya tətbiq etmişdi. Onlardan biri, radikal məskunlaşmaçıların “anası” kimi tanınan Daniella Vaysdır. O, Noar HaGva'ota ilham verən və “Nahala” adlı təşkilatın rəhbəri kimi tanınır.

    Digər ekstremist təşkilatlar

    Noar HaGva'ota ilə yanaşı, bir sıra digər radikal təşkilatlar da mövcuddur. Fələstin Milli İnformasiya Mərkəzinin məlumatına görə, bu təşkilatların arasında ən mühümlərindən biri 2005-ci ildə yaradılmış “Nahala” hərəkatıdır. Onlar əsas diqqəti mövcud məskunlaşmaların genişləndirilməsinə və yeni qanunsuz yaşayış məntəqələrinin qurulmasına yönəldiblər.

    1979-cu ildə qurulmuş “Aman” hərəkatı əsasən yeni məskunlaşmaların salınması və mövcud olanların inkişaf etdirilməsi ilə məşğuldur.

    2008-ci ilin iyun ayında “Qiymət ödəmə” və ya “Əvəz çıxma” kimi tanınan hərəkat isə radikal lider Gerşon Mesika tərəfindən yaradılıb. Bu təşkilat, fələstinlilərin öldürülməsi və ya işğal olunmuş ərazilərdən qovulması ideologiyasını yayır.

    Ən təhlükəli qruplaşmalardan biri isə “Üsyan təşkilatı”dır. Bu təşkilat HaGva'otdan ayrılmış və daha ekstremist bir hərəkatdır. Onun lideri radikal ravvin Meir Kahananın nəvəsi Meir Ettingerdir. Bu təşkilata 16-25 yaş arasında olan gənclər diqqətlə seçilərək cəlb olunur və gizli şəkildə görüşlər keçirirlər. Onlar Nablusun cənubundakı Duma kəndində “Duvabşa ailəsinin yandırılması” cinayətinə görə məsuliyyət daşıyırlar.

    “Nitsax Yehuda” batalyonu: Ordu daxilində dini radikalizm

    Digər bir təhlükəli qurum isə İsrail ordusunun “Kfir briqadası”na tabe olan “Nitsax Yehuda” hərbi batalyonudur. Bu birləşmə 1999-cu ildə yaradılıb və faktiki olaraq dini liderlərin nəzarətində olan silahlı milis rolunu oynayır. Onun əsgərləri mütəmadi olaraq ravvinlər və məskunlaşma liderləri tərəfindən ziyarət olunur, onlara dini və ideoloji təlimlər keçirilir.

    Yisrael Kats İsrail müdafiə naziri, Noar HaGva'ot Təpə Gəncləri, məskunlaşmaçı zorakılığı, İordan çayının qərb sahili təhlükəsizlik, Ramallah hərbi obyekt hücumu, Ariel Şaronun çağırışı 1998, Benyamin Netanyahu açıqlaması, Şin Bet və İsrail polisi, radikal yəhudi qruplaşmalar, Lehava və Amana sanksiyalar, İtmar Ben Qvir sanksiya, Betsalel Smotriç Böyük Britaniya, Donald Tramp sanksiyaların ləğvi, Co Bayden İsrail siyasəti, Nitsax Yehuda batalyonu, Kfir briqadası hərbi radikalizm, Yehuda və Samariya polis qüvvələri, Yediot Aharonot Katsın iclası, Haaretz ikili standart məqaləsi, fələstinlilərə qarşı hücumlar, qanunsuz yaşayış məntəqələri, radikal ravvinlər, Meir Ettinger Üsyan təşkilatı, Duma kəndi cinayəti, Daniella Vays Nahala hərəkatı, Qiymət ödəmə hərəkatı Gerşon Mesika, İraq və Suriya məhbus köçürülməsi ilə müqayisə, regional sabitlik, Yaxın Şərq hərbi xəritəsi 2026, İsrail ordusu daxili münaqişə, milis qüvvələri, inzibati həbslər Yoav Qalant, dövlət daxilində dövlət, ideoloji təlimlər ordu, sionist terminologiya, radikalizmə qarşı mübarizə Bakı Analitik, AzerVoice təhlil mərkəzi... İsrail savunma bakanı Yisrael Kats, yerleşimci şiddeti Batı Şeria, Noar HaGva'ot Tepeler Gençliği, İsrail ordusuna saldırı, Ramallah askeri tesis yangını, Ariel Şaron mirası, radikal Yahudi örgütler, Shin Bet iç güvenlik, sivil itaatsizlik İsrail, aşırılık yanlısı gruplar, ABD yaptırımları Biden Trump, İsrail polis gücü çatışma, Kudüs ve Batı Şeria stratejisi, Nitsax Yehuda taburu radikalizm, Kfir tugayı, Itamar Ben-Gvir yaptırım listesi, Bezalel Smotrich Avrupa sanksiyonları, dini siyonizm, radikal hahamlar, Meir Ettinger İsyan hareketi, Haaretz analizi, İsrail'de cezasızlık rejimi, Yahudi terörü tartışmaları, yerleşim yerlerinin genişletilmesi, uluslararası hukuk ihlalleri, Filistin köylerine saldırılar, bölgesel güvenlik krizi, İsrail siyasetinde aşırı sağ, koalisyon hükümeti krizleri... يسرائيل كاتس وزير الدفاع الإسرائيلي، عنف المستوطنين الضفة الغربية، شباب التلال نوار هغفعوت، الهجوم على الجيش الإسرائيلي، حرق منشأة عسكرية رام الله، دعوة أرييل شارون 1998، بنيامين نتنياهو تصريحات، جهاز الشاباك والأمن الداخلي، المنظمات اليهودية المتطرفة، منظمة لهافا وأمانا، عقوبات جو بايدن ودونالد ترامب، الشرطة الإسرائيلية في يهودا والسامرة، كتيبة نيتساح يهودا، التطرف الديني في الجيش، إيتمار بن غفير وبتسلئيل سموتريتش، سياسة المعايير المزدوجة، صحيفة هآرتس، هجمات المستوطنين على الفلسطينيين، البؤر الاستيطانية غير القانونية، حركة نحالا دانييلا فايس، مائير إيتنجر تنظيم التمرد، جريمة دوما، الاستقرار الإقليمي 2026، التحليل الأمني باكو، أذربيجان والشرق الأوسط... Israel Internal Conflict 2026, IDF vs Hilltop Youth, Shin Bet Counter-Terrorism protocols, West Bank Settlement Expansion, Religious Radicalism in Militaries, Human Rights Watch Israel reports, Global Sanctions on Extremists, Political Instability in Jerusalem, Military Insurrection risks, Radical Ideologies in Defense Forces, Geopolitical Analysis Baku, Strategic Security Mapping...

    נוער הגבעות, יסראל כץ, צה"ל, יהודה ושומרון, השב"כ, בנימין נתניהו, איתמר בן גביר, בצלאל סמוטריץ', אלימות מתנחלים, גדוד נצח יהודה, חטיבת כפיר, שלום עכשיו, תג מחיר, המנהל האזרחי, משרד הביטחון, ביטחון לאומי, Hilltop Youth Israel, Yisrael Katz defense policy, Shin Bet internal security, IDF soldiers attacked, West Bank settlement violence, Jerusalem Post analysis, Yediot Aharonot latest, Haaretz editorial, Israeli military strategy 2026, Israel internal conflict, radical right-wing groups, Lehava sanctions, Amana movement, Daniella Weiss Nahala, Meir Ettinger Rebellion, Duma village incident, Israeli police Judea Samaria, strategic security coordination, Mossad international reports... İsrail ordusu iç çatışma, Batı Şeria yerleşimci şiddeti, Noar HaGva'ot kimdir, Tepeler Gençliği radikalizm, İsrail savunma bakanı Yisrael Katz açıklaması, Mescid-i Aksa güvenliği, Türkiye-İsrail ilişkileri 2026, Hakan Fidan İsrail analizi, MİT dış operasyonlar, Türk dış politikası Orta Doğu, yerleşim birimleri hukuku, Filistin direnişi, İsrail aşırı sağ hükümet, Ben-Gvir yaptırım, Smotrich Batı Şeria, Nitsax Yehuda taburu insan hakları, İsrail ordusunda dini radikalizm, Siyonizm ve aşırılık, Gazze ve Batı Şeria son durum, Türkiye'nin arabuluculuk rolü, stratejik güvenlik koridoru, Doğu Akdeniz enerji denklemi, İsrail'deki protestolar, hükümet krizi Kudüs, İbrani medyası çevirileri, İsrail kışlalarına saldırı, Ramallah askeri operasyon, Ankara-Tel Aviv diplomasi... İsrail daxili vəziyyət, AzerVoice Analitik Təhlil Mərkəzi, Yisrael Kats hərbi islahat, İordan çayının qərb sahili radikallar, Şin Bet kəşfiyyatı, sionist qruplaşmalar, Azərbaycan-İsrail strateji əlaqələri, Yaxın Şərq hərbi xəritəsi, İsrail ordusunda intizamsızlıq, radikal yəhudi təşkilatları sanksiya, ABŞ-İsrail münasibətləri 2026, Tramp və sanksiyaların ləğvi, Beynəlxalq Cinayət Məhkəməsi İsrail qərarları, Bakıdan baxış İsrail siyasəti... Middle East Security Paradox, Israeli Settler Extremism, US Foreign Policy Israel 2026, UK Sanctions on Settlers, EU Foreign Affairs Council Israel, Military Radicalization Trends, Asymmetric Threats Levant, Strategic Intelligence Baku, Defense Analysis Turkey-Israel, Regional Stability Challenges, Global Terrorism Database IRGC vs Settlers, Political Polarization Israel...

    #Şin-Bet #Betsalel Smotriç planları #Yisrael Kats #Ariel Şaron #Avri Ran #Meir Bartler #İti Zar #Şabtai Koşlovski #İtmar Yehuda Levi #Zohar Sabah #Eytan Jordani #Avihay Svissa #İtmar Ben Qvir #Betsalel Smotriç #Daniella Vays #Gerşon Mesika #Meir Kahana #Meir Ettinger #Noar HaGva'ot #Nitsax Yehuda #İsrail Polisi #Şin Bet #Yediot Aharonot (qəzet) #KAN (İsrail dövlət yayım orqanı) #Haaretz (qəzet) #Lehava #Amana #Nahala #Aman hərəkatı #Qiymət ödəmə hərəkatı #Üsyan təşkilatı #Kfir briqadası #Fələstin Milli İnformasiya Mərkəzi #Noar HaGva'ot-dan Nitsax Yehuda-ya: İsraildə dini radikalizmin anatomiyası #Noar HaGva'ot və Nitsax Yehuda: İsraildə ekstremizm #İsrail məskunlaşmaçı zorakılığı: kimlər dayanır? #İsraildə radikal qruplar orduya qarşı #Qərb sahilində zorakılıq: ideologiya #təşkilatlar və məsuliyyət #Noar HaGva'ot təşkilatı nədir və nə ilə məşğuldur #Nitsax Yehuda batalyonu niyə radikal hesab olunur #İsrailli məskunlaşmaçıların orduya hücumları nə deməkdir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsraildə böhran - Baş Prokuror Netanyahunun Mossad təyinatına etiraz edib

    10 May 2026 21:49

    Avropanın İslama hədiyyəsi - Məhəmməd Əsəd kimdir?

    19 Aprel 2026 18:22

    İsrailin xüsusi xidmət orqanları Hərbi Hava Qüvvələri daxilindəki İran casus şəbəkəsini araşdırır

    18 Aprel 2026 23:47

    İsrailli nazir Qərb Sahildə fələstinlilərin köçünü təşviq etməyə çağırıb

    18 Fevral 2026 11:19

    Trampın Qəzza planına İsrail hökuməti daxilindən sərt etiraz gəlib

    19 Yanvar 2026 16:26

    İsrail atəşkəsin ikinci mərhələsi üçün xüsusi qrup yaradıb

    21 Noyabr 2025 16:33

    ABŞ Qəzzaya yaxın ərazidə hərbi baza quracaq

    11 Noyabr 2025 18:19

    Səudiyyəyə hücüm - ABŞ-a hücum kimi qiymətləndirilicək

    24 Oktyabr 2025 11:25

    Almaniya İsraildən 2 milyard avroluq silah alacaq

    21 Oktyabr 2025 19:26

    Hizbullah yenidən qurulur: İsrail yeni və daha çevik təhdidlə üz-üzə

    18 Oktyabr 2025 22:30

    İsrail müdafiə naziri müharibə yenidən başlasa, “HƏMAS”ı məğlub etmək üçün plan hazırlanması barədə göstəriş verib

    16 Oktyabr 2025 12:50

    İsrail PUA-sı Dəməşq yaxınlığındakı hərbi mövqelərə zərbələr endirib

    13 Oktyabr 2025 05:56
    XƏBƏR LENTİ

    Roma Papası XIV Leo Prezident İlham Əliyevə məktub göndərib

    Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin açılışı olub

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    Hindistanda 20 nəfər otel yanğınında ölüb

    Müharibənin kölgəsində yox olan irs - Livanın minillik tarixi təhlükə altında

    London-Pekin yaxınlaşması - Qərb niyə yenidən Çinə ehtiyac duyur?

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    Xarici Kəşfiyyat Xidməti işçilərinin ştat sayında dəyişiklik edilib

    Qətər İran hücumlarını pisləyib

    Fələstinin Beynəlxalq Əmək Təşkilatındakı statusu ilə bağlı mübahisə nəticəsiz qaldı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.