Türkiyə

İran Xarici İşlər Naziri Abbas Əraqçi və Hakan Fidan ikitərəfli münasibətləri və regional inkişafları müzakirə ediblər. Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Əraqçi Pakistan və Əfqanıstan arasında gərginliyin azaldılması üçün aparılan səyləri yüksək qiymətləndirib və İslam Respublikası İranın bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. O, həmçinin hərbi təyyarə qəzasında həyatını itirən türk vətəndaşlarının ailələrinə başsağlığı verib.

ASELSAN xaricdəki son istifadəçilərinə yönəlmiş uzaqdan idarə olunan silah sistemləri, rabitə, radar, elektro-optik və elektron döyüş sistemlərindən ibarət faydalı yüklərin ixracı üzrə ümumi dəyəri 153,8 milyon dollar olan satış müqavilələri imzalayıb. ASELSAN, bu yeni iş münasibətini İctimaiyyət Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada elan edib. “ASELSAN xaricdəki son istifadəçilərinə yönəlmiş uzaqdan idarə olunan silah sistemləri, rabitə, radar, elektro-optik və elektron döyüş sistemlərindən ibarət faydalı yüklərin ixracı üzrə ümumi dəyəri 153,8 milyon dollar olan satış müqavilələri imzalamışdır.” - deyə açıqlamada qeyd edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Erhürman Ankarada birgə mətbuat açıqlaması veriblər. Prezident Ərdoğan çıxışında Kıbrıs məsələsində Türkiyənin prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirib ki, adada ədalətli, davamlı və reallıqlara uyğun həll yoluna nail olmaq üçün mübarizə KKTC rəhbərliyi ilə sıx koordinasiya şəklində davam etdiriləcək.

Türkiyədə Ağdənizdə 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Ağdənizdə yerli vaxtla saat 12:27-da (Bakı vaxtı ilə saat 13:27-da) baş verib. Yeraltı təkanların ocağı 24 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Milli Müdafiə Nazirliyi açıqlayıb ki, C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədində düşməsindən sonra inventarda olan digər C-130 təyyarələrinin uçuşları tədbir məqsədilə dayandırılıb. Azərbaycanın Qarabağ zəfərinin 5-ci ildönümü münasibətilə orada olan birliyi daşıyan C-130 tipli hərbi yük təyyarəsi Türkiyəyə qayıtmaq üçün havalandıqdan qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədinə yaxın Signagi bölgəsində düşüb və nəticədə 20 türk əsgəri şəhid olub.

Azərbaycandan Türkiyəyə uçmaq üçün qalxan və Gürcüstan-Azərbaycan sərhədinə yaxın ərazidə düşən C-130 tipli hərbi kargo təyyarəsindəki son hərbçinin də nəşi tapılıb. bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib. Nazirlik həmçinin qeyd edib ki, bölgədə aparılan axtarış-xilasetmə əməliyyatları tamamlanıb və bütün itkilər müəyyən edilib.

Gürcüstanın Kaxeti bölgəsində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə (THK) məxsus C-130 tipli hərbi yük təyyarəsinin “qara qutusu” Türkiyəyə gətirilib. Kaxeti bölgəsinin Siqnaxi bələdiyyəsinə aid dağlıq ərazidə yerə çırpılan C-130 tipli hərbi təyyarə ilə bağlı qəza araşdırma və axtarış-xilasetmə işləri helikopterlərin dəstəyi ilə davam etdirilib. Gürcüstan Daxili İşlər Nazirliyinə tabe olan qruplar və Gürcüstan ordusunun bölmələri də əməliyyatlara fəal şəkildə cəlb olunub. Axtarış-xilasetmə işləri Gürcüstanın daxili işlər naziri Geka Geladze və müdafiə naziri İrakli Çikovani tərəfindən yerində izlənib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi ilə bağlı aparılan istintaq və xilasetmə işləri, eləcə də hadisə ilə əlaqədar son inkişaflar müzakirə olunub.

Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin “qara qutusu” Türkiyəyə gətirilib. Gürcüstan rəsmiləri qəzaya uğrayan təyyarənin qalıqlarının Azərbaycanla sərhəddə yerləşən Sığnaği bölgəsində aşkar olunduğunu açıqlayıb. Hadisə yerindən toplanan məlumatlara əsasən, təyyarəyə aid “qara qutu” tapılaraq Türkiyəyə gətirilib və araşdırmalara başlanılıb.