Türkiyə

Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan iddialarla bağlı rəsmi açıqlama yayılıb. Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan, Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olmuş hərbçilərin ailələrinə və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı ayrılması barədə fərman imzaladığına dair məlumatların tamamilə əsassız olduğunu bəyan edib.

Mərmərə bölgəsində mümkün güclü zəlzələnin istehsal və logistika sisteminə mənfi təsirlərini azaltmaq məqsədilə Türkiyədə sənaye siyasətində yeni mərhələ başlanır. Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası ilə Mərmərə bölgəsində həddindən artıq sənaye sıxlığının azaldılması, zəlzələ risklərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və ölkə üzrə balanslı sənaye bölgüsünün təmin olunması istiqamətində işlər sürətləndirilib. Bu çərçivədə xüsusilə Mərkəzi Anadolu və Şərqi Aralıq dənizi bölgələrində yeni sənaye hövzələrinin formalaşdırılması planlaşdırılır.

Bosniya və Herseqovinanın xarici siyasət prioritetləri və regional proseslər fonunda Türkiyənin artan rolu rəsmi Sarayevo tərəfindən yüksək qiymətləndirilib. Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ölkəsinin xarici siyasətinin yekunlarına həsr olunmuş illik mətbuat konfransında Türkiyənin qlobal siyasətdə “supergüc” səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, xüsusilə Suriya və region ətrafında baş verən hadisələr fonunda Türkiyə beynəlxalq arenada ön mövqelərə çıxıb və ABŞ-ın ən mühüm tərəfdaşlarından birinə çevrilib.

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Hayyənin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə görüşüb. Məlumata əsasən, görüşdə Qəzza Sülh Planının ikinci mərhələsi, Qəzzada humanitar vəziyyət və digər regional məsələlərlə bağlı inkişaflar müzakirə olunub. Hakan Fidan Türkiyənin Sülh Şurası başda olmaqla, digər platformalar vasitəsilə Qəzza sakinlərinin hüquqlarını müdafiə etməyə yönəlmiş diplomatik fəaliyyəti barədə məlumat verdi.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Ankaraya münasibətində köklü dəyişiklik olmadığı təqdirdə üzvlük perspektivinin real görünmədiyini bildirib. Hakan Fidan Avropa İttifaqının Türkiyəyə münasibətdə “kimlik siyasəti”nə əsaslanan yanaşmanı davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, Aİ institusional baxımdan milli sərhədləri aşan quruma çevrilsə də, mədəni və sivilizasiya baxımından inklüziv model formalaşdıra bilməyib. Fidan qeyd edib ki, Türkiyə məsələsində fərqli din və sivilizasiyaya mənsubluq arqumenti ön plana çəkilir və bu da üzvlük prosesinin əsas maneəsinə çevrilir.

Türkiyənin müdafiə sənayesi lideri ASELSAN NATO ilə daşına bilən hava hücumundan müdafiə sistemlərinə (MANPADS) "Dost-Düşmən Tanıma" (IFF) qabiliyyəti qazandıracaq mühüm müqaviləyə imza atıb. NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) qlobal miqyasda artan hava təhdidlərinə qarşı müdafiənin effektivliyini artırmaq məqsədilə strateji seçim edib. Bu çərçivədə NATO inventarında olan MANPADS sistemlərinin modernizasiyası üçün ASELSAN-a üstünlük verilib.

Türkiyə Diyarbakır şəhərində Rayon Polis İdarəsinin əsas xidmət binası qarşısında partlayıcı maddə atılması faktı qeydə alınıb. Diyarbakır Valiliyinin yaydığı rəsmi məlumata əsasən, 25 yanvar 2026-cı il tarixində saat 20:15 radələrində Rayon Polis İdarəsinin vətəndaş girişinin yerləşdiyi yol hissəsinə əl istehsalı partlayıcı atılıb. İlkin araşdırma zamanı hadisədən dərhal sonra üzləri maskalı iki nəfərin əraziyi tərk edərək ara küçələrə qaçdığı müəyyən edilib.

Türklər arasında buddizmin yayılması tarixi 385–550-ci illər arasında Şimali Çində qurulan Toba dövləti dövrünə təsadüf edir. Həmin dövrdə əslən türk olan Tobalar dövlət idarəçiliyində çinlilərdən məmur qismində istifadə edirdilər. Lakin zaman keçdikcə bu yaxınlıq Tobaların buddizmi qəbul etməsinə və tədricən çinlilərlə qarışaraq öz milli kimliklərindən uzaqlaşmasına səbəb oldu.

Türkiyə Milliyətçi Hərəkat Partiyası sədri Devlet Bahçeli Qüds mövzusu ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana çağırış edib. MHP lideri tv100 kanalına verdiyi müsahibədə Prezident Ərdoğanla aralarında keçən dialoqu bölüşüb. O xatırladıb ki, tarixdə Qüds adı ilə bağlı dörd böyük simvolik şəxsiyyət var: Hz. Ömər, Salahəddin Əyyubi, Yavuz Sultan Səlim və II Əbdülhəmid. Baxçalının sözlərinə görə, o, Prezident Ərdoğana “Bu dörd ad Qüds üçün simvoldur. Niyə beşinci siz olmayasınız?” deyə müraciət edib.

Rusiya Ukrayna ilə danışıqların İstanbul platformasında bərpasına açıq olduğunu və Türkiyənin bu prosesdəki rolunu yüksək qiymətləndirdiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk Moskvada verdiyi açıqlamada Rusiyanın Ukrayna ilə dialoqu davam etdirməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya tərəfi Türkiyənin göstərdiyi qonaqpərvərliyi xüsusi dəyərləndirir və İstanbulun danışıqlar üçün uyğun platforma olduğunu hesab edir.

Fransa Milli Assambleyasının üzvü Remi Fero Suriyada Türkiyənin mövqeyini tənqid edərək, Paris rəhbərliyini YPG/SDQ terror təşkilatlarının xeyrinə proseslərə müdaxilə etməyə çağırıb. Fransız sosialist deputat parlamentdə çıxışı zamanı Fransanın Suriyada “passiv mövqe” tutduğunu iddia edib və bu siyasətin dəyişdirilməsinin vacibliyini vurğulayıb. O, Suriyanın şimal-şərqindəki vəziyyətin ağır olduğunu bildirərək, bölgədə YPG/SDQ-nin zəifləməsini Türkiyə ilə ABŞ arasında əlaqələrlə əlaqələndirib.