Türkiyə

Fransa Milli Assambleyasının üzvü Remi Fero Suriyada Türkiyənin mövqeyini tənqid edərək, Paris rəhbərliyini YPG/SDQ terror təşkilatlarının xeyrinə proseslərə müdaxilə etməyə çağırıb. Fransız sosialist deputat parlamentdə çıxışı zamanı Fransanın Suriyada “passiv mövqe” tutduğunu iddia edib və bu siyasətin dəyişdirilməsinin vacibliyini vurğulayıb. O, Suriyanın şimal-şərqindəki vəziyyətin ağır olduğunu bildirərək, bölgədə YPG/SDQ-nin zəifləməsini Türkiyə ilə ABŞ arasında əlaqələrlə əlaqələndirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydında ümumi dəyəri 87,5 milyard lirəni aşan investisiyaların açılış mərasimində çıxış edərək, ABŞ-ın son addımları fonunda Avropa və dünyanın şok yaşadığını, İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal nizamın isə açıq şəkildə çatladığını bildirib. Prezident Ərdoğan “Ev Sahibi Türkiyə” 6973 mənzil püşkatması, 1482 mənzilin açar təhvil-təslimi, Aydın Şəhər Xəstəxanası və digər tamamlanmış layihələrin toplu açılış mərasimində geniş siyasi və sosial mesajlar verib.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Liviya Baş Naziri Əbdülhəmid Dibeybə ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Bayraktar, Türkiyə–Liviya 22-ci Dönəm Karma İqtisadi Komissiya (KEK) iclasına başçılıq etmək üçün gəldiyi səfərdə Baş Nazir Dibeybə ilə görüşüb.

Türkiyənin milli jet təyyarəsi HÜRJET, Ərzurumda sıfırın altında 21 dərəcəyə qədər düşən dondurucu soyuq və ağır qış şəraitində keçirilən yer və yüksək irtifa performans testi fəaliyyətlərini uğurla tamamlayıb. Türkiyə Müdafiə Sənayesi Başçılığı koordinasiyasında Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanmış HÜRJET-in iki prototipi testlər üçün Ərzuruma yönəldilmişdi.

Balıkesir şəhərinin Sındırgı rayonunda 4,1 və 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 11:34-də baş verib. Zəlzələnin yerin təxminən 10,73 və 6,91 kilometr dərinliyində baş verdiyi bildirilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumunda “Sülh Şurası”nın imza mərasimində şəxsi qələmindən istifadə etməsi ilə bağlı yayılan müzakirələrə aydınlıq gətirib. Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edən Hakan Fidan NTV telekanalına müsahibəsində bildirib ki, imza mərasimində masada olan qələmi bəyənmədiyi üçün öz qələmindən istifadə edib. Nazir vurğulayıb ki, söhbət rəsmi və beynəlxalq əhəmiyyətli sənəddən getdiyi üçün bu detallara xüsusi önəm verib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu NATO çərçivəsində ABŞ və bir sıra ölkələrin silahlı qüvvələrinin baş qərargah rəisləri ilə mühüm ikitərəfli görüşlər keçirib. Türkiyə Respublikası Baş Qərargahının yaydığı məlumata əsasən, ordu generalı Selçuk Bayraktaroğlu NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri toplantısı çərçivəsində ABŞ Baş Qərargah rəisi, ordu generalı Con Daniel Keyn ilə ikitərəfli görüş keçirib. Görüş zamanı ikitərəfli hərbi münasibətlər və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Balkan Sülh Platformasının ikinci toplantısı çərçivəsində beş Balkan ölkəsindən olan yüksək səviyyəli nümayəndə heyətini qəbul edib. Qəbul zamanı Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç, Kosovonun Baş nazirinin müavini və xarici işlər və diaspora naziri Donika Gervalla-Şvarts, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç, Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mucinski, Albaniyanın Avropa və xarici işlər naziri Elisa Spiropali, eləcə də Serbiyanın xarici işlər nazirinin müavini Nevena Yovanoviç iştirak edib.

Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN, dəniz platformalarına güc qatan və dünya sularında özünü doğrultmuş SMASH (MUHAFIZ) Uzaqdan Komandalı Stabilləşdirilmiş Silah Sistemləri ailəsinə yeni texnoloji qabiliyyətlər qazandırır. Türkiyədə "MUHAFIZ" adı ilə tanınan bu sistemlər 30 mm, 25 mm və 12,7 mm kimi müxtəlif çaplı seçimləri ilə uzaqdan idarə olunan, yüksək dəqiqlikli müdafiə həlli kimi istifadəyə verilib. Sistem, lülədən asılı olmayaraq hərəkət edən həssas stabilləşdirici yönləndirici sayəsində ən çətin dəniz şəraitində və platforma hərəkət halında olarkən belə nişan xəttini hədəf üzərində sabit saxlaya bilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Balkan Sülh Platformasının ikinci iclası bu gün İstanbulda keçirilir. Regional dialoqun gücləndirilməsi məqsədilə təsis edilən platformanın bu görüşündə Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiya xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur.

Türkiyə Silahlı Qüvvələri Türkiyə və ABŞ ordularının ali hərbi rəhbərləri arasında mühüm görüşün baş tutduğunu açıqlayıb. Türkiyə Respublikası Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu NATO Hərbi Komitəsinin Baş Qərargah rəislərinin toplantısı çərçivəsində ABŞ Baş Qərargah rəisi ordu generalı Con Daniel Keyn ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Türkiyə–ABŞ hərbi münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.