Türkiyə

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın hədəf alınmasının və yeni müharibənin başlanmasının yanlış olduğunu bildirib. Fidan qeyd edib ki, İran regional nizamda mühüm mövqe tuta bilər və bunun üçün mövcud potensialından düzgün istifadə etməlidir. O, iki ay əvvəl İranda rəsmi səfərdə olduğunu xatırladaraq, Tehran rəhbərliyinə regionda etimadın formalaşdırılmasının vacibliyini açıq şəkildə çatdırdığını deyib.

Türkiyə Daxili İşlər Nazirliyi beynəlxalq axtarışda olan cinayətkarların ölkəyə gətirilməsi istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirib. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarılan 13 nəfərin, eləcə də milli səviyyədə axtarışda olan 1 şəxsin Gürcüstan, Almaniya, Ermənistan, Xorvatiya və Monteneqrodan Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb.

"PYD-nin siyasi gigiyenik vasitə kimi istifadə olunub atılması ilk növbədə Türkiyənin xeyrinədir. Bu vəziyyət birmənalı olaraq Türkiyənin maraqlarına xidmət edir". "Onu bilmək lazımdır ki, kürd toplumu hər zaman Suriyanın tərkib hissəsi olub. Ölkədə əhalinin təxminən 30 faizi kürdlərdən ibarətdir. PYD/PKK-nın iddia etdiyinin əksinə olaraq, əslində kürdlər bölgədə daha dindar toplumdur. Amma baş verən hadisələr fonunda elə təəssürat yarandı ki, guya bütün kürdlər solmeyilli, marksist-kommunist təşkilatların üzvləridir. Əhməd Şaraanın kürd dili və Novruz bayramı ilə bağlı verdiyi qərar siyasi məsləhətləşmələrlə həyata keçirilən bir addım olub və nəticədə Novruz bayramı milli bayram elan olundu. Kürd dili faktorunun milli dil kimi qəbul olunması da önəmli addımdır. Bu, əslində kürd xalqını PYD/YPG-nin inhisarından çıxarmaq üçün atılan addım idi".

Türkiyənin ticarət naziri Ömər Bolat 2026-cı ilin fevralında Türkmənistana səfər edəcək. Tədbirin açılış mərasiminə Ömər Bolatın rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin qatılması gözlənilir. Sərgi Türkiyədən təxminən 100 şirkət və assosiasiyanı bir araya gətirəcək və türk məhsullarının Türkmənistan bazarında tanıdılması, yeni işgüzar əlaqələrin qurulması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyacaq

Türkiyə və Suriya Osmanlı İmperiyasının ən mühüm strateji layihələrindən biri hesab olunan Hicaz Dəmir Yolu xəttinin yenidən bərpası istiqamətində ilkin addımlar atmağa başlayıb. Türkiyənin Suriyadakı səfiri Nuh Yılmazın Suriya nəqliyyat naziri Yarub Bədirlə keçirdiyi görüşdə Hicaz Dəmir Yolunun ihyası əsas müzakirə mövzularından biri olub. Səfir Yılmaz görüşdən sonra paylaşdığı açıqlamada, “Hicaz Dəmir Yolunun yenidən canlandırılması da müzakirə etdiyimiz məsələlərdən idi”, – deyə bildirib.

Türkiyə 2025-ci ildə elektrikli avtomobil satışlarında Avropada mühüm mövqe qazanaraq ən böyük dördüncü bazar olub. Məlumata görə, 2025-ci ildə Türkiyədə satılan yeni avtomobillərin təxminən 17 faizi tam elektrikli nəqliyyat vasitələrinin payına düşüb. Bu göstərici ilk dəfə olaraq Avropa İttifaqı üzrə orta səviyyə ilə eyniləşib. Qeyd olunur ki, 2024-cü ildə bu göstərici 10 faiz təşkil edib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatların Polis Baş İdarəsinin Terrorla Mübarizə (TEM), Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və Kəşfiyyat strukturlarının koordinasiyası ilə həyata keçirildiyini bildirib. Nazirin sözlərinə görə, saxlanılan 151 nəfərdən 82-si barəsində həbs qətimkan tədbiri seçilib, 54 nəfər barəsində isə məhkəmə nəzarəti tətbiq olunub. Digər şübhəlilərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Türkiyə ilə Nigeriya arasında müxtəlif sahələri əhatə edən 9 mühüm əməkdaşlıq sazişi imzalanıb. Sənədlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nigeriya Prezidenti Bola Əhməd Tinubunun iştirakı ilə Prezident Sarayında keçirilən görüşlərdən sonra rəsmiləşdirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya Prezidenti Bola Əhməd Tinubu ilə Ankarada keçirilən görüşdən sonra mühüm açıqlamalar verib. Türkiyəyə rəsmi səfər edən Nigeriya Prezidenti Bola Əhməd Tinubu rəsmi mərasimlə qarşılanıb, nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra iki lider birgə mətbuat konfransı keçirib. Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə–Nigeriya münasibətlərinin daha da inkişaf etdirilməsi üçün konkret addımlar atıldığını bildirib.

Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) hərbi gücünü artırması Kipr yunan Administrasiyasında (CKRA) ciddi təşvişə səbəb olub. Yunan mediası Türkiyənin adaya "HİSAR-O 100" hava hücumundan müdafiə sistemləri yerləşdirdiyini iddia edərək, bunun bölgədəki hərbi balansı tamamilə Ankara və Lefkoşanın xeyrinə dəyişdiyini bəyan edib.

ABŞ prezidentinin özü dünən etirazçıların edam edilməsi ehtimalını əsas gətirərək, "hər ehtimala qarşı" İrana "nəhəng donanma" göndərdiyini bildirib. "Hər şey baş verə bilər, amma biz onları çox diqqətlə izləyirik. Heç nə baş verməsini istəmirəm. Bizim ora doğru gedən böyük bir donanmamız var. Və biz bundan istifadə etmək məcburiyyətində qalmayacağıq. Görəcəyik", - deyə prezident Davos forumundan qayıdarkən Air Force One gəmisində xəbərdarlıq edib. Trampın sözlərinə görə, o, son etirazları qəddarcasına yatıran ayətullahlara 800-dən çox nümayişçini assalar, nəticələrlə üzləşəcəklərini çatdırıb. "Mən dedim ki, “Bunu həyata keçirsəniz, əvvəlkindən daha ağır zərbə alacaqsınız. Bu, [2025-ci ilin iyun ayında hava hücumları zamanı> nüvə proqramınıza etdiyimiz şeyləri bir parça tort kimi göstərəcək.” Bu dəhşətli hadisənin baş verməsindən bir saat əvvəl onlar bunu ləğv etdilər — yəni təxirə salmadılar, ləğv etdilər.