İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Söhbət zamanı ABŞ ilə İran arasında mövcud atəşkəs vəziyyəti və Yaxın Şərqdəki son gərginlik müzakirə olunub. Türkiyə tərəfi regionda sabitliyin qorunması və diplomatik yolların açıq saxlanılmasının vacibliyini qeyd edir. Ankara ABŞ-İran qarşıdurmasının daha geniş regional böhrana çevrilməməsi üçün tərəflərlə əlaqələri davam etdirir.
Türkiyə
Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) ölkənin bütün 81 vilayətinə şəxsi məlumatların qorunması sahəsində görüləcək tədbirlərlə bağlı 10 maddədən ibarət yeni təlimat göndərib. Sənəddə məktəblərdə, təhsil müəssisələrində və nazirliyin mərkəzi və yerli strukturlarında şagirdlərə, valideynlərə, müəllimlərə və digər əməkdaşlara aid şəxsi məlumatların emalı zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi vurğulanıb.
NATO-nun Ankarada keçirilən Zirvə toplantısı çərçivəsində həyata keçirilən təhlükəsizlik tədbirləri zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 4 412 nəfər saxlanılıb.Mustafa Çiftçi qeyd edib ki, sammitin təhlükəsizliyinin təmin olunmasına ümumilikdə 56 min polis və jandarma əməkdaşı cəlb edilib. Hazırlıq işlərinə aylar əvvəl başlanılıb, Ankara və ətraf vilayətlər üzrə xüsusi təhlükəsizlik planı hazırlanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitində iştirak edən Avropanın ali rəhbərlərinə xüsusi hazırlanmış lüks odlu silahlar hədiyyə edib. Avropa Şurasının rəsmisi bildirib ki, Antonio Koştanın mühafizə qrupu hədiyyə edilən silahı dərhal yoxlanışa götürüb. Qeyd olunub ki, silahın Belçikaya gətirilməsi və Şuranın Baş Katibliyinin təhlükəsizlik tələblərinə uyğun saxlanılması üçün rəsmi prosedurlar izləniləcək. Ursula fon der Lyayenin komandası isə silahın taleyi ilə bağlı hələlik rəsmi şərh verməyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısının yekununda keçirdiyi mətbuat konfransında ölkəsinin müdafiə siyasəti, ABŞ ilə hərbi əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət və NATO daxilində əməkdaşlıqla bağlı bir sıra mühüm açıqlamalar verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə İran arasında əldə olunmuş müvəqqəti anlaşmanın bölgədə sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirib. O, bu açıqlamanı Ankarada Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında verib. Ərdoğan Türkiyənin prosesə nikbin, lakin ehtiyatlı yanaşdığını qeyd edib. Prezident bölgədə yeni gərginliyin yaranmaması üçün təxribat xarakterli addımların qarşısının alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, diplomatik səylərin davam etdirilməsi regionda sülhün qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Ərdoğan bütün tərəfləri məsuliyyətli davranmağa çağırıb. Türkiyə bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasını əsas prioritetlərdən biri hesab edir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO Ankara sammiti çərçivəsində rəsmi təmaslar çərçivəsində ABŞ-nin dövlət katibi Marko Rubio ilə ikitərəfli görüş keçirib. Sammitin gündəliyində dayanan əsas təhlükəsizlik riskləri fonunda baş tutan bu təmas, Vaşinqton və Ankara xəttindəki diplomatik dialoqun intensivliyini növbəti dəfə nümayiş etdirmişdir.
NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısında iştirak etmək üçün Ankaraya gələn Fransa Prezidenti Emmanuel Makron səhər saatlarında paytaxt küçələrində qaçış edib. Makronun səhər idmanı xüsusi təhlükəsizlik tədbirləri altında keçirilib. Qaçış marşrutu boyunca hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb.
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində liderlərin Prezident Sarayında rəsmi qarşılanma mərasimi zamanı diqqət çəkən protokol anı yaşanıb. Fransa Prezidenti Emmanuel Makron rəsmi qəbul zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən qarşılanıb.
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirakçılara Türkiyə mətbəxinin müxtəlif bölgələrini əks etdirən xüsusi menyu təqdim edilib. Zirvə şərəfinə təşkil olunan şam yeməyində Anadolunun fərqli bölgələrindən seçilmiş məhsullarla hazırlanan ənənəvi yeməklər qonaqlara təqdim olunub.
ABŞ ilə Türkiyə arasında müdafiə əməkdaşlığında yeni mərhələnin başlaya biləcəyi gözlənilir. Donald Tramp Türkiyəyə qarşı sanksiyaların ləğvinə və F-35 qırıcılarının təhvil verilməsi məsələsinə müsbət yanaşdığını bildirib. Rəcəb Tayyib Ərdoğan isə bu istiqamətdə müsbət qərar gözlədiyini və ən azı beş təyyarənin vəd edildiyini açıqlayıb. Tərəflər, həmçinin Türkiyənin hazırladığı KAAN döyüş təyyarəsi üçün mühərrik təminatını müzakirə edirlər. Bununla yanaşı, ABŞ-də bəzi siyasətçilər və hərbi dairələr bu addıma etiraz edir. Onlar qabaqcıl hərbi texnologiyaların təhlükəsizliyi və bölgədə qüvvələr balansının dəyişə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Müzakirələrin nəticəsi ABŞ-Türkiyə münasibətlərinin gələcək inkişafına ciddi təsir göstərə bilər.
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq olunan CAATSA sanksiyalarının ləğv ediləcəyini bildirib. Onun sözlərinə görə, bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçiriləcək görüşdə müzakirə olunacaq. ABŞ 2020-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığı üçün Türkiyəyə sanksiyalar tətbiq etmiş və Ankaranı F-35 proqramından çıxarmışdı. Türkiyə həmin qərarın ədalətsiz və qanunsuz olduğunu bəyan etmişdi. Trampın açıqlaması iki ölkə arasında müdafiə sahəsində münasibətlərin gələcəyi baxımından diqqət çəkir. Bu addım Vaşinqton və Ankara arasında əməkdaşlığın yenidən genişlənməsinə zəmin yarada bilər. Məsələ NATO Zirvə Toplantısı fonunda əsas müzakirə mövzularından biri kimi qiymətləndirilir.