Türkiyə

2026-cı ilin iyun ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 26,8 faiz artaraq 3 milyard 290 milyon 281 min dollar təşkil edib. Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz artaraq 17 milyard 101 milyon 151 min dollara bərabər olub.

2026-cı ilin iyun ayında Türkiyənin müdafiə və aerokosmik sənaye məhsulları müdafiə və aerokosmik sənaye məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 29,6 faiz artaraq 802 milyon 810 min dollara çatıb. Məlumata əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin müdafiə və aerokosmik sənaye məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 4 milyard 665 milyon 747 min dollar təşkil edib.

2026-cı ilin iyun ayında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 24 faiz artaraq 205 milyon 34 min dollara çatıb. Məlumata əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 1 milyard 257 milyon 949 min dollar təşkil edib.

2026-cı ilin iyun ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 21,2 faiz artaraq 109 milyon 545 min dollar təşkil edib. Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 682 milyon 225 min dollara bərabər olub.

2026-cı ilin iyun ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 21,8 faiz artaraq 841 milyon 996 min dollar təşkil edib. Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 4 milyard 708 milyon 717 min dollara bərabər olub.

2026-cı ilin iyun ayında Türkiyənin mebel məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 18,2 faiz artaraq 694 milyon 415 min dollara çatıb. Nazirliyin məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında Türkiyənin mebel məhsulları ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 3 milyard 746 milyon 46 min dollar təşkil edib.

2026-cı ilin iyun ayında Türkiyənin elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq, 1 milyard 664 milyon 602 min dollara bərabər olub. 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq, 9 milyard 133 milyon 644 min dollara bərabər olub.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər söhbət zamanı ABŞ-ın Körfəz bölgəsindəki fəaliyyəti, regional təhlükəsizlik məsələləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı açıqlamalarını müzakirə ediblər. İsrail Baş nazirinin Ofisinin yaydığı məlumata görə, telefon danışığı iki ölkə arasında müntəzəm təmaslar çərçivəsində baş tutub və tərəflər müxtəlif sahələrdə koordinasiyanın davam etdirilməsinin vacibliyini bir daha vurğulayıblar.

NATO-nun müdafiə imkanlarını gücləndirmək planları yalnız müdafiə xərclərinin artırılması ilə məhdudlaşmır. Alyans ölkələri həm müdafiə sənayesinin istehsal gücü, həm də yüksək dəqiqlikli Amerika silahlarının tədarükü ilə bağlı ciddi çətinliklərlə üzləşirlər. Son illərdə Ukraynadakı müharibə, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları, eləcə də Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan gərginlik NATO-nun təhlükəsizlik gündəmini dəyişdirib. Alyans artıq yalnız sursat çatışmazlığı deyil, həm də müdafiə xərclərinin artırılması, hərbi sənayenin inkişafı və təchizat zəncirlərinin dayanıqlığını əsas prioritetlər sırasında qiymətləndirir.

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Söhbət zamanı ABŞ ilə İran arasında mövcud atəşkəs vəziyyəti və Yaxın Şərqdəki son gərginlik müzakirə olunub. Türkiyə tərəfi regionda sabitliyin qorunması və diplomatik yolların açıq saxlanılmasının vacibliyini qeyd edir. Ankara ABŞ-İran qarşıdurmasının daha geniş regional böhrana çevrilməməsi üçün tərəflərlə əlaqələri davam etdirir.