Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ üzvü olmaqda ittiham edilən Burkay Karatepe və ona yardım etdiyi iddia olunan şəxslər barəsində rəsmi şikayət edib. Şikayət ərizəsində Karatepenin 15 iyul 2016-cı il çevriliş cəhdi zamanı Marmarisdə Ərdoğana qarşı sui-qəsd qrupunda yer aldığı bildirilib. Onun və digər şübhəlilərin prezidentə sui-qəsd, Konstitusiyanı pozma, terror təşkilatına üzvlük və digər ağır cinayətlər üzrə istintaqa cəlb olunması tələb edilir.
Türkiyə
Misir millisinin və İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salahın "Trabzonspor"a transferi idmanla yanaşı, iqtisadi və turizm baxımından da mühüm nəticələr doğura bilər. Türk ekspertlərin fikrincə Salahın "Trabzonspor"a gəlişi təkcə futbol transferi kimi qiymətləndirilməməlidir.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani avqustun 6-da Türkiyəyə işgüzar səfər edəcək. Tərəflər terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, Suriyanın şimal-şərqinin mərkəzi hökumətə inteqrasiyası və Dəməşqin təhlükəsizlik potensialının artırılması məsələlərini nəzərdən keçirəcəklər. Görüşdə, həmçinin 2024-cü ilin dekabrından etibarən iqtisadiyyat, təhlükəsizlik və ictimai barışıq sahələrində əldə olunan nəticələr qiymətləndiriləcək. İkitərəfli münasibətlərin institusional əsasda inkişafı, Suriya Xalq Məclisinin fəaliyyətə başlaması fonunda parlamentlərarası əməkdaşlıq və qarşıdakı yüksək səviyyəli səfərlər də gündəmdə olacaq.
Ankara Respublika Prokurorluğunun Etimesqut Bələdiyyəsində apardığı korrupsiya istintaqı çərçivəsində həbs olunan bələdiyyə sədri Erdal Beşikçioğlunun marixuana testinin müsbət nəticə verdiyi bildirilir. Bununla yanaşı, məlumatda bildirilir ki, Erdal Beşikçioğlu 2014-cü ildə Ankara Respublika Prokurorluğunda verdiyi ifadəsində marixuanadan istifadə etdiyini etiraf edib.
Qırmızı dəniz və Babul-Məndəb boğazında son illər artan təhlükəsizlik riskləri təkcə Yaxın Şərq ölkələrinin deyil, qlobal iqtisadiyyatın da əsas problemlərindən birinə çevrilib. Husilərin ticarət gəmilərinə hücumları, enerji marşrutlarının təhlükə altına düşməsi və dəniz daşımalarının bahalaşması fonunda Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yeni çoxtərəfli dəniz müdafiə ittifaqının yaradılması istiqamətində proses sürətlənib.
Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi Başqanlığı 2026-cı il iyulun 30-na olan yaşayış icazəsi ilə ölkədə olan əcnəbilərin statistik məlumatlarını açıqlayıb. Məlumatlara əsasən, Türkiyədə yaşayış icazəsi ilə qalan xarici vətəndaşların sayı 1 milyon 261 min 239 nəfərə çatıb. Statistik göstəricilər son illərdə Türkiyədə yaşayan əcnəbilərin sayında yenidən artım tendensiyasının müşahidə edildiyini göstərir. Belə ki, yaşayış icazəsi ilə ölkədə olan əcnəbilərin sayı 2022-ci ildə 1 milyon 354 min 94 nəfərlə rekord həddə çatdıqdan sonra 2024-cü ildə 1 milyon 56 min 632 nəfərə qədər azalıb. 2025-ci ildən etibarən isə göstərici yenidən yüksəlməyə başlayıb.
Türkiyədə Yüksək Hərbi Şuranın (YAŞ) növbəti iclası avqustun 4-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kompleksində keçiriləcək. İclasda Türkiyə Silahlı Qüvvələrində (TSQ) rütbə yüksəlişləri, yeni təyinatlar və təqaüdə göndərilmələrlə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Son illərdə müxtəlif ölkələrdə olduğu kimi, Türkiyədə də asayiş məsələləri ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Analitiklərin fikrincə, əvvəllər daha çox ənənəvi formada fəaliyyət göstərən cinayət şəbəkələri zamanla dəyişərək daha mürəkkəb strukturlara çevrilib. Yerli qruplarla yanaşı, beynəlxalq əlaqələrə malik cinayət şəbəkələrinin də ortaya çıxması təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar yaradıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Küveytin xarici işlər naziri Cərrah Cabir əl-Əhməd əs-Sabah ilə telefon danışığı aparıb. Tərəflər söhbət zamanı regionda yaranmış son vəziyyəti müzakirə ediblər. Görüşün təfərrüatları ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik İsrailin Qəzza zolağına hücumlarını sərt tənqid edərək, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti sülh təşəbbüslərini məqsədli şəkildə pozmaqda ittiham edib.
Dünyada bir-birinin ardınca böhranlar yaşandığı bir vaxtda BMT Baş katibi Antonio Quterreşin diqqətini 52 ildən çoxdur nisbi sabitliyin hökm sürdüyü Kiprə yönəltməsi yeni müzakirələrə səbəb olub. Quterreşin Kipr məsələsində “ortaq zəmin” tapılması və 5+1 formatında danışıqların yenidən başlanması istiqamətində səyləri adadakı siyasi prosesləri yenidən gündəmə gətirib.
Türkiyənin Daxili işlər naziri Mustafa Çiftçi 15 iyul çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planında iştirak etdiyi bildirilən və uzun müddət axtarışda olan FETÖ üzvü Burkay Karatepenin saxlanıldığını açıqlayıb. Nazir sosial media hesabında etdiyi paylaşımda Karatepenin polis orqanlarının “həssas, səbirli və diqqətli fəaliyyəti” nəticəsində müəyyən edilərək keçirilən əməliyyatla tutulduğunu bildirib.