Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib. Onun sözlərinə görə, sənəd üç ölkənin ortaq təhlükəsizliyini və kollektiv çəkindirmə imkanlarını gücləndirəcək, eyni zamanda regionda sülh və sabitliyin qorunmasına töhfə verəcək.
Türkiyə
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "Məkkə Birgə Müdafiə Sazişi" imzalanıb. Saziş üç ölkənin təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığını yeni mərhələyə daşımaqla yanaşı, kollektiv müdafiə prinsipini də təsbit edir.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi üç ölkənin təhlükəsizlik əməkdaşlığında yeni mərhələnin əsasını qoyur. Sazişə əsasən, tərəflərdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün üzv dövlətlərə qarşı hücum kimi qiymətləndiriləcək.
Türkiyədə “Terorsuz Türkiyə” prosesi çərçivəsində terrorla mübarizənin yalnız silahlı qrupların fəaliyyətinin dayandırılması ilə məhdudlaşmamalı olduğu, eyni zamanda keçmişdə baş vermiş müəmmalı hadisələrin və sui-qəsdlərin də araşdırılmasının vacibliyi müzakirə olunur. Türkiyə mediasında 40 il davam edən terror probleminin aradan qaldırılması ilə yanaşı, terroru qidalandırdığı iddia edilən strukturların və keçmişdə baş vermiş şübhəli hadisələrin araşdırılmasının əhəmiyyətinə diqqət çəkilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarəetmə Şurasının (MKYK) iclasında "Terrorsuz Türkiyə" prosesi ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması və dezinformasiyanın qarşısının alınması üçün partiya təşkilatlarına tapşırıqlar verib. Türkiyə mətbuatının yaydığı məlumata görə, Ərdoğan prosesin vətəndaşlara ətraflı izah edilməsinin vacibliyini vurğulayaraq, yanlış məlumatların yayılmasına imkan verilməməsini istəyib.
Türkiyə ilə İraq arasında imzalanan yeni neft sazişi çərçivəsində Türkiyə hər il təxminən 500 milyon dollar həcmində neft nəqli gəliri əldə edəcək. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Nazir A Haber televiziya kanalına müsahibəsində deyib ki, avqustun 1-də imzalanan razılaşmaya əsasən, İraq tərəfi gündəlik 750 min barel neftin mövcud boru kəmərləri ilə daşınmasına dair öhdəlik götürüb.
Türkiyə 2026-2032-ci illər ərzində Cənub-Şərqi Avropa Briqadasının (SEEBRIG) Qərargahına ikinci dəfə ev sahibliyi edəcək. Qərargah Şimali Makedoniyadan İstanbula köçürülüb. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Şimali Makedoniyanın Kumanovo şəhərində yerləşən SEEBRIG Qərargahına məxsus bütün texnika, avadanlıq və materiallar iyulun 19-21-də İstanbula daşınıb. Həmin tarixlərdə qərargah heyəti də mərhələli şəkildə Türkiyəyə gəlib və birlik avqustun 3-dən etibarən İstanbulda tam əməliyyat qabiliyyətinə çatıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında bildirib ki, səfər çərçivəsində Ərdoğanın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılır. Görüşün üçtərəfli formatda keçiriləcəyi gözlənilir.
Türkiyənin Malatya vilayətində yerləşən Gündüzbəy içməli su toplama məntəqəsində 31 ildən artıqdır ki, Qurani-Kərim ayələri fasiləsiz səsləndirilir. Şərqi Anadoluda, Yeşilyurt rayonunda yerləşən bu obyekt Malatya şəhərinin əsas içməli su mənbəyi hesab olunur. 1995-ci ildən etibarən burada günün 24 saatı Qurani-Kərim tilavəti davam etdirilir və bu ənənə su təchizatı prosesinə mənəvi ab-hava qazandırır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirdiyi mətbuat konfransında İsrailin Qərb Sahili, Qüds və Qəzzadakı hərəkətlərini tənqid edib. O bildirib ki, İsrailin sülh planına baxmayaraq hücumlarını davam etdirməsi Baş nazir Benyamin Netanyahunun sülh istəmədiyini göstərir. Fidan Türkiyənin bölgədə atəşkəsin qorunması və diplomatik həll yolunun dəstəklənməsi mövqeyini bir daha vurğulayıb.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüş keçirib.
Türkiyədə PKK terror təşkilatının fəaliyyətinin sona çatması istiqamətində atılan addımlar ölkənin təhlükəsizlik siyasəti və regiondakı geosiyasi rolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.