2026-ci ilin aprel ayında Türkiyədə baş verən ümumi qəza sayı 52 min 442 olub. İdarədən verilən məlumata görə, aprel ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 46 min 414, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 28 olub.
#qəza
2026-ci ilin yanvar ayında Türkiyədə baş verən ümumi qəza sayı 53 min 995 olub. İdarədən verilən məlumata görə, yanvar ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 49 min 449, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 154 olub. “Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 24 min 397, vəfat edənlərin sayı isə 141 nəfər təşkil edib” – deyə idarədən bildirilib.
Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Hadisə səbəbindən "20 Yanvar" metrostansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Türkiyə Prezidenti və AK Parti sədrı Rəcəb Tayyib Ərdoğan Azərbaycan sərhədinə yaxın bölgədə baş vermiş hərbi C-130 təyyarəsi qəzası ilə bağlı məlumat verib. Ərdoğan, bunu partiyasının Genişləndirilmiş İl Başçılar Toplantısında çıxışı zamanı bildirib. Ərdoğan qeyd edib ki, qəza nəticəsində 20 türk hərbçisi şəhid olub. O, şəhidlərin adlarını xüsusi hörmətlə yad edib. Prezident bildirib ki, hadisə Azərbaycan ilə Gürcüstan sərhədinə yaxın Sığnacı bölgəsində baş verib və təyyarə Qarabağ zəfərinin 5-ci ildönümü tədbirləri üçün Azərbaycana gedən birliyi daşıyırmış.
Gürcüstanın daxili işlər naziri Geka Geladze ölkəsinin ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus hərbi yük təyyarəsi ilə bağlı beynəlxalq istintaq qrupu yaradıldığını və bu qrupda Türkiyə rəsmilərinin də yer aldığını bildirib. Nazir Gürcüstanın Siqnaxi bölgəsində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsi ilə bağlı jurnalistlərə açıqlama verərək, hadisədən dərin üzüntü duyduğunu və həlak olan türk hərbçilərin ailələrinə başsağlığı verib. O, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini də qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Türkiyədə baş verən təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib. Bəqai qəza nəticəsində həyatını itirən şəhidlərin ailələrinə başsağlığı bildirib. Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədində baş verən hərbi təyyarə qəzası ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 türk hərbçisi şəhid olub.
2025-ci ilin avqust ayında Türkiyədə baş verən ümumi qəza sayı 62 min 510 olub. İdarədən verilən məlumata görə, avqust ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 54 min 689, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 821 olub.
Argentinanın Kordova əyalətində keçirilən aviasiya festivalı zamanı kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həlak olub. AzerVoice xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb. Məlumata görə, iki nəfərlik eksperimental akrobatik təyyarə havaya qalxarkən idarəetməni itirib və yerə çırpılıb. Zərbə nəticəsində təyyarə alovlanıb. Qəzaya uğrayan hava vasitəsinin festivalın rəsmi proqramına daxil olmadığı bildirilib.
Çinin şimalında, Bohay dənizində yük gəmisi ilə balıqçı qayığı toqquşub. Toqquşma nəticəsində balıqçı qayığı aşıb və heyətin bir hissəsi dənizdə itib. İtkin düşənlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Qəza ilə bağlı məsuliyyət və səhlənkarlıq ehtimalları araşdırılacaq.
Türkiyənin İzmir şəhərində bu səhər saatlarında təlim təyyarəsi düşüb. Qəza ilə bağlı məlumat alan aidiyyəti qurumlar – təcili tibbi yardım və yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunub. Əraziyə gələn xilasedicilər dərhal axtarış-xilasetmə işlərinə başlayıblar. Verilən rəsmi məlumata görə, təyyarə Selçuk Hava Limanından havalanıb və Torbalının Kırbaş məhəlləsi ərazisində yerə çırpılıb. Qəza nəticəsində təyyarədə olan pilot həyatını itirib. Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.
Əfqanıstanın qərbində, Herat vilayətində İrandan deportasiya edilən miqrantları daşıyan sərnişin avtobusu yük maşını və motosikletlə toqquşduqdan sonra alovlanıb. Hadisə nəticəsində 71 nəfər həlak olub, onlardan 17-si uşaqdır. Herat əyalət polisi bildirir ki, qəza avtobusun həddindən artıq sürəti və sürücünün səhlənkarlığı səbəbindən baş verib.
Pakistanın şimal-qərbində helikopter qəzaya uğrayıb. Məlumata görə, hadisə nəticəsində ikisi pilot olmaqla beş ekipaj üzvü həlak olub. Qəzanın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.