Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün hazırlıqlar tamamlanıb

    13 May 2026 10:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün hazırlıqlar tamamlanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyə ilə Ermənistan arasında 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində yeni addım atılıb. Tərəflər arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqların 2026-cı il mayın 11-i etibarilə tamamlandığı açıqlanıb.

    VOA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X hesabında yazıb.

    Açıqlamada bildirilir ki, iki ölkə arasındakı ortaq sərhədin açılması istiqamətində texniki və bürokratik işlər isə hələ davam edir.

    Yeni tənzimləmə nəticəsində Türkiyədən üçüncü ölkə üzərindən Ermənistana göndərilən və ya eyni marşrutla geri daşınan malların son təyinat və ya çıxış məntəqəsinin “Ermənistan/Türkiyə” kimi göstərilməsi mümkün olacaq.

    Açıqlamada vurğulanıb ki, Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi istiqamətində yaranmış tarixi imkan fonunda Türkiyə bölgədə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə davam edəcək.

    Rəsmi bəyanatda qeyd olunub ki, bu prosesin məqsədi region ölkələri və xalqları arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsidir.

    Son illərdə Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif diplomatik təmaslar həyata keçirilir.

    #Cənubi Qafqaz #iqtisadi münasibətlər #Normallaşma prosesi #regional əməkdaşlıq #Türkiyə xarici siyasəti #Türkiyə Ermənistan münasibətləri #birbaşa ticarət #Ankara İrəvan əlaqələri #Türkiyə Ermənistan sərhədi #Cənubi Qafqaz iqtisadiyyatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycandan tranzitlə Ermənistana buğda göndəriləcək

    27 İyun 2026 21:01

    Rubio Körfəz səfərinə BƏƏ-dən başladı

    23 İyun 2026 21:47

    TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib

    23 İyun 2026 20:46

    Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

    22 İyun 2026 21:34

    İran və Pakistan aralıq razılaşmanı müzakirə edib

    18 İyun 2026 21:05

    İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub

    17 İyun 2026 19:15

    Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    16 İyun 2026 20:42

    Milli Məclisin komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb

    16 İyun 2026 18:14

    İran XİN müavini Rusiya və Çin səfirləri ilə görüşüb

    13 İyun 2026 19:47

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    8 İyun 2026 17:20

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    8 İyun 2026 17:13

    Venesuelanın vitse-prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir

    8 İyun 2026 15:20
    XƏBƏR LENTİ

    Azərbaycan və Qazaxıstan əməkdaşlığı müzakirə edib

    ABŞ nümayəndələrinin Qətərə səfəri bizimlə bağlı deyil - Tehran

    Türkiyənin daxili işlər naziri Suriyaya gedir

    Faysal bin Fərhan Çin Xalq Respublikasına rəsmi səfərə başlayıb

    Türkiyə-Səudiyyə Ticarət Palataları Forumu yaradıla bilər

    Avropada hökumətlər niyə tez-tez dəyişir? Böyük Britaniya ilk sırada deyil

    Baş müftinin məhkəməsi Suriyada hüquqi presedent kimi - Dini legitimləşdirmə cinayət məsuliyyəti doğururmu?

    Bu gün kosmosda "Soyuz-11" faciəsi baş verdi

    Albert Eynşteynin elm tarixini dəyişən nəzəriyyəsi - Nisbilik nəzəriyyəsinin dərcindən 121 il ötür

    “Uzun Bıçaqlar Gecəsi” - Adolf Hitler Nasist Partiyasında yüzlərlə üzvün qətlə yetirilməsi barədə göstəriş verdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.