#Normallaşma prosesi

Azərbaycandan bir qrup QHT rəhbəri Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyleyə, Lordlar Palatasının spikeri Lord Forsyth of Drumleanə, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Viscoya və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Aulda açıq məktubla müraciət edib. Biz – Azərbaycanın insan hüquq və azadlıqları, mədəni irs üzrə ixtisaslaşmış bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, sizlərə Böyük Britaniya parlamentinin bir sıra üzvlərinin və Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq hörmətsizliyi, yoxlanılmamış və təsdiqlənməmiş, saxta məlumatlar əsasında ölkəmizə qarşı siyasi kampaniyaya başlamaları səbəbindən müraciət edirik.

Livan ordusunun komandanı general Rudolf Heykelin ABŞ-a planlaşdırılan səfərini təxirə salması ölkədə geniş siyasi müzakirələrə səbəb olub. Bu qərar generalın Konqres və Senat üzvləri ilə nəzərdə tutulmuş görüşlərinin rəsmi şəkildə və izahsız ləğvi barədə məlumatlandırılmasından sonra verilib. ABŞ tərəfi Heykeli silahın yalnız dövlətin əlində cəmlənməsi prinsipinin tətbiqinə ləng yanaşmaqda və “Hizbullah”ın cənub bölgəsində silahlanmasına qarşı kifayət qədər sərt addımlar atmamaqda ittiham edir.