BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin xarici işlər naziri Hakan Fidan regionda müharibələrin davam etməsinin qəbuledilməz olduğunu bildirib.
VOA xəbər verir ki, nazir qeyd edib ki, artıq bölgənin yeni münaqişələrə dözümü qalmayıb və sülh prosesləri daha məsuliyyətli şəkildə idarə olunmalıdır.
Hakan Fidan böhranların zəif təmsilçilik strukturları ilə idarə olunmasının mümkün olmadığını vurğulayıb.
O, beynəlxalq münasibətlərdə tətbiq olunan ikili standartların qlobal vicdana zərbə vurduğunu qeyd edib.
Məlumata görə, nazir sülh proseslərinin pozulmasına imkan verilməməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Fidan regionda davam edən gərginliyin, xüsusilə İsrailin hərbi əməliyyatlarının daha geniş coğrafiyaya təsir etdiyini bildirib.
O, Türkiyənin böhranların həllində etimad üzərində dialoq qura bilən nadir ölkələrdən biri olduğunu vurğulayıb.
Fidan beynəlxalq ictimaiyyəti daha məsuliyyətli davranmağa çağıraraq, əks halda gələcəkdə daha dağıdıcı münaqişələrin baş verə biləcəyini qeyd edib.