Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    İsrailin atəşkəsi sabotaj etməsinə qarşı dünya səssiz qalmamalıdır - Hakan Fidan

    9 Aprel 2026 19:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin atəşkəsi sabotaj etməsinə qarşı dünya səssiz qalmamalıdır - Hakan Fidan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Türkiyənin Xarici İşlər naziri Hakan Fidan suriyalı həmkarı Şeybani ilə keçirdiyi ortaq mətbuat konfransında regiondakı son hərbi-siyasi vəziyyəti dəyərləndirib.

    VOA xəbər verir ki, nazir Fidan xüsusilə ABŞ və İran arasında əldə olunmuş atəşkəs prosesinə toxunaraq, İsrailin bu prosesi pozma ehtimalı olan "sabotaj həmlələri" barədə beynəlxalq birliyə ciddi xəbərdarlıq edib.

    Hakan Fidan bildirib ki, regionda sülhün qalıcı olması üçün tərəflər konstruktiv mövqe nümayiş etdirməlidir. İsrailin mümkün təxribatlarına qarşı dünya ictimaiyyətinin ayıq-sayıq olmasının vacibliyini vurğulayan nazir: "Dünya ictimaiyyəti İsrailin ehtimal olunan sabotaj həmlələrinə qarşı lazımi reaksiyanı göstərəcək vəziyyətdə olmalıdır. İsrailin sabotajlarına qarşı ağıllı şəkildə hərəkət edilməlidir", – deyə qeyd edib.

    Nazir Fidan çıxışında İsrailin hərbi fəaliyyətlərini sərt tənqid edərək, Qəzzada baş verən hadisələrin artıq Livana sıçradığını diqqətə çatdırıb. O, İsrailin hücumlarını qadın və ya uşaq fərqi qoymadan həyata keçirdiyini və bu vəziyyətin humanitar fəlakəti daha da dərinləşdirdiyini bildirib. Türkiyənin regionda sabitliyin təmin olunması üçün diplomatik səylərini davam etdirəcəyi bəyanatın əsas mesajlarından biri olub.

    #Hakan Fidan #Əsəd Həsən Şeybani #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İsrail-İran müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Türkiyə İsrailin Suriyadakı hərbi hava limanına zərbələrini kəskin pisləyib

    18 Avqust 2026 20:56

    Misir yaxın zamanda rəsmi tərəfdaşımız olacaq - Hakan Fidan

    14 Avqust 2026 11:54

    Hakan Fidan Misirə səfər edəcək: Qəzza, Hörmüz və Suriya gündəmdə

    12 Avqust 2026 14:45

    Hakan Fidan Fransa və Almaniyadakı həmkarları ilə regional prosesləri müzakirə edib

    10 Avqust 2026 14:49

    Məkkə sazişi “İslam NATO-su”nun əsasını qoya bilərmi?

    10 Avqust 2026 06:00

    İsrail Fələstində sülh istəmir - Hakan Fidan

    6 Avqust 2026 17:40

    İbrahim Kalın Suriyanın xarici işlər naziri ilə görüşüb

    6 Avqust 2026 15:11

    Suriyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

    5 Avqust 2026 15:40

    Hakan Fidan Küveytin xarici işlər naziri ilə regional vəziyyəti müzakirə edib

    3 Avqust 2026 16:49

    İsrailin Suradakı əməliyyatları regionun təhlükəsizliyinə təhdiddir - Şeybani

    25 İyul 2026 16:20
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.