Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    İstanbulda qanunsuz mərc əməliyyatı: 671 milyon liralıq əmlak müsadirə edilib

    27 Fevral 2026 11:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İstanbulda qanunsuz mərc əməliyyatı: 671 milyon liralıq əmlak müsadirə edilib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Nailə Babazadə

    İstanbul Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsi, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə qanunsuz mərc fəaliyyətlərinə qarşı növbəti uğurlu əməliyyatını keçirib.

    VOA xəbər verir ki, araşdırmalar zamanı MASAK və Mərkəzi Bankın hesabatlarında yer alan şübhəli maliyyə hərəkətləri əsas götürülüb. Məlum olub ki, bir şirkət elektron ödəniş qurumlarından əldə etdiyi POS cihazlarını müxtəlif alt firmalara ötürərək, bu avadanlıqlar vasitəsilə qanunsuz mərc oyunlarından gələn vəsaitlərin dövriyyəsini təmin edib.

    Maliyyə hərəkətlərinin dərinləşdirilmiş analizi nəticəsində pulların daha əvvəl analoji cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxs və şirkət hesablarına transfer edildiyi aşkarlanıb. Aparılan sahə çalışmaları və maliyyə təhlili nəticəsində cinayətkar şəbəkəyə məxsus olduğu müəyyən edilən 18 şirkət, 11 avtomobil, 3 torpaq sahəsi və 5 mənzil dövlət tərəfindən müsadirə olunub. Məlumata görə, əl qoyulan daşınar və daşınmaz əmlakın ümumi bazar dəyəri təxminən 671 milyon 255 min türk lirəsi təşkil edir.

    Qanunsuz mərc və "POS-tefəçilik" cinayətləri ilə bağlı bu səhər keçirilən əməliyyat çərçivəsində sözügedən şirkətlərin rəhbər və işçi heyətindən olan 10 şübhəli saxlanılıb. Gözaltına alınan şəxslər dindirilmək və lazımi prosessual tədbirlərin görülməsi üçün polis idarəsinə aparılıb. Hazırda istintaq orqanları bu şəbəkənin digər gizli bağlantılarını və qanunsuz yolla əldə edilmiş vəsaitlərin xaricə çıxarılma ehtimallarını araşdırır.

    #MASAK #Qanunsuz silahlı birləşmələr #qanunsuz mərc oyunları #qanunsuz deportasiya #Qanunsuz mərc əməliyyatı Türkiyə #qanunsuz silah əməliyyatı #Qanunsuz erməni silahlı dəstələri #hədiyyələrin qanunsuz saxlanması #qanunsuz mərc fəaliyyəti #qanuni mərc saytları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cinayətkarların artmasına sosial media necə təsir edir?

    4 Avqust 2026 06:00

    Türkiyənin 13 vilayətində qanunsuz mərc əməliyyatı: 1,2 milyard lirəlik qazanc aşkarlandı

    28 Mart 2026 13:21

    Türkiyədə 15 milyard lirədən çox dövriyyəsi olan qanunsuz mərc şəbəkəsi çökdürülüb

    25 Fevral 2026 10:44

    Antalya mərkəzli 8 vilayətdə qanunsuz mərc əməliyyatı: 3,4 milyard liralıq dövriyyə

    24 Fevral 2026 10:52

    Türkiyədə futbolda mərc qalmaqalı: 9 vilayətdə əməliyyat, 31 nəfər saxlanılıb

    20 Fevral 2026 10:30

    İstanbulda futbolda mərc və danışılmış oyunlar iddiaları ilə bağlı ittihamnamə hazırlanıb

    5 Fevral 2026 11:34

    Türkiyədə kiber cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirilib

    19 Yanvar 2026 09:38

    Türkiyədə futbolda mərc qalmaqalı: 14 futbolçu daxil olmaqla 29 nəfər saxlanılır

    26 Dekabr 2025 09:50

    Türkiyədə VEPARA şirkəti barədə istintaq: 31 nəfər saxlanıldı

    26 Dekabr 2025 09:30

    İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb

    25 Dekabr 2025 12:43

    Türkiyədə GAİN Medya və bağlı şirkətlərə əməliyyat keçirilib

    16 Dekabr 2025 09:58

    Qalatasaray və Fənərbaxça futbolçuları mərclik qalmaqalında saxlanılıb

    5 Dekabr 2025 13:30
    XƏBƏR LENTİ

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.