İstanbul mərkəzli olmaqla 13 vilayətdə qanunsuz mərc oyunları təşkil edən şəbəkəyə qarşı keçirilən əməliyyat nəticəsində 24 şübhəli saxlanılıb. İstintaq materiallarına görə, saxlanılan şəxslər 2023-2025-ci illər ərzində qanunsuz mərc saytları vasitəsilə 1 milyard 200 milyon türk lirəsi (təxminən 62 milyon manat) məbləğində haqsız qazanc əldə ediblər.
#qanuni mərc saytları
İstanbul Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsi, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə qanunsuz mərc fəaliyyətlərinə qarşı növbəti uğurlu əməliyyatını keçirib. Araşdırmalar zamanı MASAK və Mərkəzi Bankın hesabatlarında yer alan şübhəli maliyyə hərəkətləri əsas götürülüb. Məlum olub ki, bir şirkət elektron ödəniş qurumlarından əldə etdiyi POS cihazlarını müxtəlif alt firmalara ötürərək, bu avadanlıqlar vasitəsilə qanunsuz mərc oyunlarından gələn vəsaitlərin dövriyyəsini təmin edib.
Türkiyənin Batman şəhəri mərkəz olmaqla 10 müxtəlif vilayətdə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz mərc oyunları təşkil edən böyük şəbəkə çökdürülüb. Batman Respublika Baş Prokurorluğunun kordinasiyası ilə həyata keçirilən təhqiqatlar zamanı məlum olub ki, cinayətkar qruplaşma virtual qumar saytlarından əldə edilən "çirkli pulları" müxtəlif bank hesablarına, oradan isə iz itirmək məqsədilə kripto pul hesablarına köçürərək yuyub.
Futbolda qanunsuz mərc və oyun alqı-satqısı iddiaları üzrə aparılan istintaq çərçivəsində klub funksionerləri də daxil olmaqla 31 şübhəli saxlanılıb. İstanbul Şəhər Polis İdarəsinin Mali Cinayətlərlə Mübarizə Şöbəsi İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə qanuni mərc platformalarında şübhəli kuponlarla bağlı araşdırma aparıb.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan “futbolda mərc və oyun alveri ” istintaqı çərçivəsində, aralarında 14 futbolçu və keçmiş “Qalatasaray” İdman Klubunun rəhbərlərindən Erden Timurun da olduğu 29 şübhəli barəsində saxlanılma qərarı verilib. İstintaq çərçivəsində MASAK və qanuni mərc saytlarından əldə olunan məlumatlar araşdırılıb. Araşdırmalar zamanı bəzi futbolçuların özlərinin meydana çıxacaqları qarşılaşmalara “rəqib komanda qalib gələr” məzmununda mərc etdikləri müəyyən edilib.