#qanunsuz mərc fəaliyyəti

İstanbul mərkəzli olmaqla 13 vilayətdə qanunsuz mərc oyunları təşkil edən şəbəkəyə qarşı keçirilən əməliyyat nəticəsində 24 şübhəli saxlanılıb. İstintaq materiallarına görə, saxlanılan şəxslər 2023-2025-ci illər ərzində qanunsuz mərc saytları vasitəsilə 1 milyard 200 milyon türk lirəsi (təxminən 62 milyon manat) məbləğində haqsız qazanc əldə ediblər.

İstanbul Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsi, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə qanunsuz mərc fəaliyyətlərinə qarşı növbəti uğurlu əməliyyatını keçirib. Araşdırmalar zamanı MASAK və Mərkəzi Bankın hesabatlarında yer alan şübhəli maliyyə hərəkətləri əsas götürülüb. Məlum olub ki, bir şirkət elektron ödəniş qurumlarından əldə etdiyi POS cihazlarını müxtəlif alt firmalara ötürərək, bu avadanlıqlar vasitəsilə qanunsuz mərc oyunlarından gələn vəsaitlərin dövriyyəsini təmin edib.

Türkiyənin Batman şəhəri mərkəz olmaqla 10 müxtəlif vilayətdə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz mərc oyunları təşkil edən böyük şəbəkə çökdürülüb. Batman Respublika Baş Prokurorluğunun kordinasiyası ilə həyata keçirilən təhqiqatlar zamanı məlum olub ki, cinayətkar qruplaşma virtual qumar saytlarından əldə edilən "çirkli pulları" müxtəlif bank hesablarına, oradan isə iz itirmək məqsədilə kripto pul hesablarına köçürərək yuyub.

Antalya Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsinin qrupları qanunsuz mərc şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Texniki və fiziki izləmələr nəticəsində şəhərdə qanunsuz mərc oyunlarının təşkil edildiyi 3 fərqli ofis aşkar edilib. Şübhəlilərin bank hesablarını araşdıran mütəxəssislər, bu şəbəkə üzərindən ümumilikdə 3 milyard 400 milyon türk lirəsi dəyərində pul dövriyyəsinin həyata keçirildiyini müəyyən ediblər.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “cinayət məqsədilə təşkilat yaratmaq”, “qanunsuz mərc” və “cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” maddələri üzrə başladılan istintaq çərçivəsində üç nəfər saxlanılıb, holdinqə daxil olan yeddi şirkətə isə TMSF tərəfindən müvəqqəti idarəçi təyin edilib.