Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    12 Fevral 2026 19:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İranın nüvə sazişi ilə bağlı danışıqlarda qarşılıqlı çeviklik göstərdiyini, Vaşinqtonun artıq müəyyən hüdudlar daxilində uranın zənginləşdirilməsinə dözümlü yanaşmağa hazır olduğunu bəyan edib. Nazir qeyd edib ki, tərəflər bir-birinin qırmızı xətlərini və imkan hədlərini daha yaxşı anlamağa başlayıblar.

    AzerVoice xəbər verir ki, "Financial Times" qəzetinə müsahibə verən Hakan Fidan amerikalıların uranın zənginləşdirilməsi prosesini tamamilə dayandırmaq əvəzinə, onu aydın çərçivələr daxilində qəbul etməyə hazır olmasını müsbət addım kimi qiymətləndirib. Onun sözlərinə görə, iranlılar amerikalılarla razılığa gəlməyin zəruriliyini, Vaşinqton isə Tehrana təzyiq göstərməyin mənasızlığını dərk edib.

    Qeyd edək ki, indiyə qədər Vaşinqton İranın silah dərəcəsinə yaxın olan 60 faizlik uran ehtiyatından tamamilə imtina etməsini tələb edirdi. Lakin İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə hüquqlarından, o cümlədən zənginləşdirmə fəaliyyətindən geri çəkilməyəcəyini və maliyyə sanksiyalarının ləğvində israrlı olduğunu bildirmişdi.

    Fidanın sözlərinə görə, Tehran "həqiqi razılaşma" əldə etməkdə səmimidir və 2015-ci il sazişində olduğu kimi, səviyyə məhdudiyyətlərini və ciddi beynəlxalq təftiş rejimini qəbul etməyə hazırdır.

    Xatırladaq ki, keçən həftə Oman vasitəçiliyi ilə tərəflər arasında diplomatik təmaslar baş tutub. Bu təmaslar ABŞ-ın regiona hərbi qüvvə yerləşdirməsi və gərginliyin artması fonunda baş verir. Bununla belə, Hakan Fidan xəbərdarlıq edib ki, nüvə danışıqlarının əhatə dairəsini ballistik raketlər məsələsinə qədər genişləndirmək regionda yeni bir müharibəyə yol açmaqdan başqa bir nəticə verməyəcək.

    #Hakan Fidan: ABŞ uranın zənginləşdirilməsinə yaşıl işıq yandırır #Türkiyə XİN rəhbərindən İran və ABŞ arasında nüvə sürprizi #Vaşinqton və Tehran kompromis yolunda: Fidan detalları açıqladı #İranın nüvə sazişi: Hakan Fidan Financial Timesa danışdı #Regionda müharibə təhlükəsi: Fidan ballistik raket şərtinə qarşı çıxdı #Oman vasitəçiliyi nəticə verir? – Türkiyədən mühüm nüvə bəyanatı #Hakan Fidan açıkladı: ABD ve İran nükleer anlaşmada esniyor #Türkiye'den nükleer müjde: Washington uranyum zenginleştirmeye toleranslı #Fidan: İran gerçek bir anlaşma istiyor #baskı sonuç vermez #ABD-İran hattında sıcak gelişme: Hakan Fidan sınırları çizdi #Nükleer pazarlıkta yeni dönem: Türkiye'nin arabuluculuğu meyve veriyor #Fidan'dan uyarı: Füze meselesi müzakerelere eklenirse savaş çıkar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib

    23 İyun 2026 20:46

    TBMM sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib

    23 İyun 2026 19:01

    Terror aktının üstü açıldı: Qətliamının arxasında Əsəd kəşfiyyatı dayanıb

    23 İyun 2026 14:41

    Avropa Türkiyəyə dərs vermək və ağıl öyrətmək fikrindən əl çəkməlidir - Bahçeli

    23 İyun 2026 12:23

    Türkiyəyə məxsus 11 gəmi Hörmüz boğazından keçdi

    23 İyun 2026 12:20

    NATO Zirvəsi ərəfəsində Ankarada geniş antiterror əməliyyatı: 209 nəfər saxlanıldı

    23 İyun 2026 10:51

    14 ildən sonra - Suriya - İraq dəmir yolu xətti Yaxın Şərq üçün nə vəd edir?

    23 İyun 2026 09:00

    Türkiyə İran–ABŞ razılaşmasını dəstəkləyib və sabotaj cəhdləri barədə xəbərdarlıq edib

    22 İyun 2026 21:38

    Türkiyə və Rumıniya əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    20 İyun 2026 19:01

    Türkiyə tarixində ilk: NATO və Avropa İttifaqı üzvünə hərbi gəmi ixrac edildi

    20 İyun 2026 16:29

    Qahirədə mühüm diplomatik görüş: Hakan Fidan dördtərəfli formatın gələcəyinə dair mesajlar verəcək

    20 İyun 2026 15:45

    Türkiyə ilə Çin arasında ticarət dövriyyəsi 50 milyard dolları ötüb

    20 İyun 2026 15:35
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 24 İyun

    BMT Livanda nəyi araşdıracaq?

    Hizbullah lideri: İsrailin hər hansı pozuntusuna cavab veriləcək

    İsrailin ABŞ-dakı səfiri: Livan atəşkəs danışıqları “fəlakətdir”

    Məsud Pezeşkian: Ballistik raketlərlə bağlı heç bir danışıqlar aparılmayacaq

    BMT agentliyi Körfəzdə minlərlə dənizçini təxliyə edəcək

    Hizbullah lideri: İsrail Livandan tam çıxmalıdır

    Trampdan Tehran açıqlaması: “Plan 100% var”

    Livan parlament sədri: 2024 razılaşması atəşkəsin qorunması üçün əsasdır

    Şahbaz Şərif: “Razılaşmanı pozmaq istəyən qüvvələr var”

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.