Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə və Suriya Hicaz Dəmir Yolunun yenidən fəaliyyətini müzakirə edib

    28 Yanvar 2026 10:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə və Suriya Hicaz Dəmir Yolunun yenidən fəaliyyətini müzakirə edib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Türkiyə və Suriya Osmanlı İmperiyasının ən mühüm strateji layihələrindən biri hesab olunan Hicaz Dəmir Yolu xəttinin yenidən bərpası istiqamətində ilkin addımlar atmağa başlayıb.

    AzerVoice xəbər verir ki, Türkiyənin Suriyadakı səfiri Nuh Yılmazın Suriya nəqliyyat naziri Yarub Bədirlə keçirdiyi görüşdə Hicaz Dəmir Yolunun ihyası əsas müzakirə mövzularından biri olub. Səfir Yılmaz görüşdən sonra paylaşdığı açıqlamada, “Hicaz Dəmir Yolunun yenidən canlandırılması da müzakirə etdiyimiz məsələlərdən idi”, – deyə bildirib.

    Görüş zamanı tərəflər Karayolu Daşımaları üzrə Anlaşma Memorandumu çərçivəsində ikitərəfli və tranzit daşımaların artırılması, həmçinin dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi üçün atıla biləcək praktiki addımları müzakirə ediblər.

    Tarixi layihənin yeni mərhələsi

    Hicaz Dəmir Yolu Sultan II Əbdülhəmidin təşəbbüsü ilə 1 sentyabr 1900-cü ildə inşa olunmağa başlanıb. Dəməşqdən Mədinəyə qədər uzanan 1464 kilometrlik xətt hac ziyarətlərini asanlaşdırmaqla yanaşı, Osmanlının bölgədəki hərbi və iqtisadi mövqelərini də gücləndirib.

    Layihənin maliyyələşdirilməsi əsasən Osmanlı daxilindən və dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanların ianələri hesabına həyata keçirilib. İlk ianəni isə şəxsən Sultan II Əbdülhəmid edib. 1908-ci ildə istifadəyə verilən xəttin Mədinə–Məkkə hissəsi təhlükəsizlik və siyasi səbəblərdən tamamlanmayıb.

    Regional əməkdaşlıq mesajı

    Analitiklərin fikrincə, Hicaz Dəmir Yolunun bərpası təşəbbüsü təkcə tarixi irsin dirçəldilməsi deyil, həm də Ankara–Dəməşq xəttində nəqliyyat, ticarət və regional inteqrasiya baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

    Hicaz Dəmir Yolu bərpası, Türkiyə Suriya dəmir yolu layihəsi, Osmanlı Hicaz Demiryolu, Sultan II Abdülhəmid mirası, Ankara Şam nəqliyyat əməkdaşlığı, Hejaz Railway revival Turkey Syria, Возрождение Хиджазской железной дороги, سكة حديد الحجاز إحياء, ヒジャーズ鉄道 復活, 철도 히자즈 프로젝트

    #Türkiyə və Suriya Hicaz Dəmir Yolunu yenidən dirçəldir #Osmanlının son böyük layihəsi Ankara–Şam gündəmində #Hicaz Dəmir Yolu yenidən canlandırılır #Türkiyə–Suriya əməkdaşlığında tarixi dəmir yolu layihəsi #Sultan II Abdülhəmidin mirası yenidən gündəmdə #Ankara və Şam Hicaz xətti üçün hərəkətə keçdi #Türkiye ve Suriye Hicaz Demiryolu için harekete geçti #Osmanlı’nın son büyük projesi yeniden canlanıyor #Ankara–Şam hattında Hicaz Demiryolu gündemi #Hicaz Demiryolu ihyası masada #Sultan Abdülhamid’in mirası yeniden gündemde #Türkiye ile Suriye arasında tarihi demiryolu adımı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özgür Özel yeni partiya yaradacağını açıqladı

    21 İyul 2026 15:47

    Özgür Özel CHP kürsüsünə vida mesajı ilə çıxıb

    21 İyul 2026 14:51

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    21 İyul 2026 12:00

    İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    21 İyul 2026 11:05

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    21 İyul 2026 10:05

    Türk rep səhnəsinin yüksələn ulduzu - BLOK3 haqqında nə bilirik?

    20 İyul 2026 15:21

    Türkiyənin diplomatik səyləri İranı parçalama planının qarşısını aldı - Əraqçi

    20 İyul 2026 15:02

    Türkiyəli qadın 75 yaşında milyoner olub

    20 İyul 2026 13:55

    Çin şirkətləri Türkiyəyə 356 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    20 İyul 2026 13:15

    Azərbaycan şirkətləri Türkiyəyə 237 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    20 İyul 2026 12:22

    ABŞ şirkətləri Türkiyəyə 9 milyard lirəlik yatırım edib (ÖZƏL)

    20 İyul 2026 10:00

    Tarixi Hicaz Dəmir Yolu Yenidən Canlanır: Türkiyə, Suriya və İordaniya Arasında Strateji Razılaşma

    7 Aprel 2026 21:35
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.