Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Devlet Bahçeli ilə DEM Partiyasının İmralı heyəti arasında görüş keçirilib

    12 Dekabr 2025 19:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Devlet Bahçeli ilə DEM Partiyasının İmralı heyəti arasında görüş keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə DEM Partiyasının İmralı üzrə nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) görüş keçirib.

    AzerVoice xəbər verir ki, görüş “terror­suz Türkiyə” prosesinin davamı çərçivəsində baş tutub.

    Məlumata görə, DEM Partiyasının İmralı heyətinə Pervin Buldan, Mithat Sancar və Faik Özgür Erol daxil olub. Görüşdən əvvəl nümayəndə heyəti DEVA Partiyasının sədri Ali Babacanla da bir araya gəlib.

    Görüşdən sonra mətbuata açıqlama verən DEM Partiyasının üzvü Pervin Buldan görüşü “məhsuldar” adlandırıb. Onun sözlərinə görə, proses yeni mərhələyə daxil olub və bu mərhələdə hüquqi və qanunvericilik bazasının formalaşdırılmasına ehtiyac yaranıb.

    Buldan bildirib ki, ikinci mərhələdə əsas gözlənti xüsusi barış qanununun qəbul edilməsidir. O, qanunvericiliklə bağlı mövqelərini Devlet Bahçeli-yə çatdırdıqlarını və MHP liderinin prosesə indiyədək mühüm töhfə verdiyini vurğulayıb.

    MHP sədri Devlet Bahçeli isə Pervin Buldanın açıqlamalarına münasibət bildirərək “Mövzu aydın şəkildə izah olundu. Səsləndirilən hər bir cümləyə imzamı atıram.”- deyib.

    Məlumata görə, DEM Partiyası nümayəndə heyəti siyasi partiyalarla keçirilən görüşlər başa çatdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da rəsmi görüş üçün vaxt istəyəcək.

    #Baxçalı–DEM görüşü: prosesin yeni mərhələsi müzakirə olunub #Ankarada siyasi dialoq: barış qanunu gündəmdədir #DEM heyəti TBMM-də MHP sədri ilə görüş keçirib #Бахчели встретился с делегацией DEM по Имралы #Переговоры MHP и DEM прошли в парламенте Турции #В Анкаре обсуждён новый этап политического процесса #Bahçeli meets DEM Party’s Imrali delegation in Ankara #New phase of political process discussed in Turkish parliament #MHP leader holds talks with DEM delegation
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    22 Avqust 2026 13:08

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

    21 Avqust 2026 16:21

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    93 il əvvəl Danimarka Erzurum və Karsda süd sənayesi qurmaq istəyib

    20 Avqust 2026 14:09

    İran müharibəsi... Türkiyənin qayğıları və hesablamaları

    24 Mart 2026 09:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.