Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    HAVELSAN BƏƏ-nin CALIDUS şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

    2 Sentyabr 2025 18:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HAVELSAN BƏƏ-nin CALIDUS şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Türkiyənin texnologiya şirkəti HAVELSAN, Birləşmiş Ərəb Əmirliklərinin müdafiə sənayesi şirkəti CALIDUS tərəfindən hazırlanan B-250 yüngül hücum və təlim təyyarəsi üçün yeni əməkdaşlığa imza atıb.

    AzerVoice xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində Türkiyənin müdafiə sənayesində aparıcı şirkəti pilotların kokpitə oturmadan əvvəl bütün əməliyyat proseslərində yüksək səviyyədə ixtisaslaşmasını təmin edəcək.

    Bunun üçün CALIDUS ilə birlikdə B-250 təyyarəsi üçün hərtərəfli təlim ekosistemi qurulacaq. Hazırlanacaq yüksək dəqiqlikli simulyator infrastrukturu real əməliyyatların mürəkkəbliyini əks etdirəcək və pilotların yerüstü hazırlığını ən yüksək səviyyədə təmin edəcək.

    Əməkdaşlıq Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2025) imzalanan rəsmi müqavilə ilə rəsmiləşdirilib. Əvvəlcə SAHA EXPO sərgisində protokol şəklində başlayan tərəfdaşlıq, bu dəfə IDEF 2025-də konkret anlaşmaya çevrilib. Razılaşma yalnız sistemlərin təhvil verilməsi ilə məhdudlaşmır, həm də iki şirkətin yenilik, təhlükəsizlik və uzunmüddətli əməkdaşlığa sadiqliyini nümayiş etdirir.

    HAVELSAN bu çərçivədə pilotlara uçuşun bütün mərhələlərini əhatə edən tam inteqrasiya olunmuş təlim həlli təqdim edəcək. Uçuş Təlim Simulyatoru real missiya ssenarilərini yüksək səviyyəli uçuş dinamikası ilə canlandıracaq. Qismən Missiya Simulyatorları kritik manevrlər və alt sistemlər üzrə ixtisaslaşmış təlim modullarını əhatə edəcək. Kokpit Giriş-Çıxış Təlim Qurğusu pilotların təxliyə prosedurlarını təhlükəsiz mühitdə sınaqdan keçirməsinə imkan verəcək. Brifinq və Debrifinq Stansiyaları isə tapşırıq planlaması, analiz və performans qiymətləndirilməsini interaktiv şəkildə təmin edəcək. Beləliklə, nəzəri biliklərlə praktiki hazırlığı birləşdirən rəqəmsal təlim infrastrukturu yaradılacaq.

    Qeyd edək ki, simulyator texnologiyalarında Türkiyənin qabaqcıl şirkətlərindən olan HAVELSAN, müdafiə və aviasiya sahəsində hazırladığı layihələrlə həm ölkə daxilində, həm də xaricdə seçilir. Şirkətin təqdim etdiyi sistemlər yalnız platformaların inkişafına deyil, eyni zamanda onları idarə edəcək heyətin peşəkarlığının artırılmasına böyük töhfə verir. Simulyator texnologiyaları real uçuş saatları ilə müqayisədə daha az xərclə təlim keçməyə imkan yaradır, riskli ssenarilərin, fövqəladə hallar və döyüş şəraitinin təhlükəsiz şəkildə sınanmasına şərait yaradır. Nəticədə pilotlar bölgədəki tapşırıqlara və mümkün təhdidlərə qarşı əvvəlcədən təcrübə qazanaraq daha hazırlıqlı vəziyyətə gəlirlər.

    #Türkiyə #BƏƏ #Türkiyə müdafiə sənayesi #HAVELSAN #BƏƏ müdafiə sənayesi #CALIDUS #B-250 təyyarəsi #yüngül hücum təyyarəsi #təlim təyyarəsi #uçuş təlim simulyatoru #missiya simulyatoru #kokpit təlim qurğusu #simulyator texnologiyaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    31 Avqust 2026 13:52

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.