#HAVELSAN

Məlumata görə, KOVAN sistemi Türkiyənin strateji qurumlarında korporativ informasiya sistemlərinin təmin edilməsi məqsədilə inkişaf etdirilib və artıq ölkə daxilində bir sıra dövlət qurumlarında tətbiq olunur. Sistem Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsi, BOTAŞ, Ali Seçki Şurası, HAVELSAN və Teknopark İstanbul kimi qurumlarda istifadə edilir.

Türkiyənin yeni nəsil reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracı ilə qazanılan uğur zəncirinə yeni bir halqa əlavə olunur. Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan HÜRJET təyyarələri ilə yanaşı, onun HAVELSAN tərəfindən hazırlanan "Tam Tapşırıq və Uçuş Təlim Simulyatoru" da beynəlxalq bazara çıxır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 22 il fasilə ilə gerçəkləşdirdiyi HAVELSAN ziyarətləri ölkənin müdafiə sənayesindəki milli dönüşümün ən bariz göstəricisinə çevrilib. Bu müddət ərzində Türkiyə müdafiə sənayesi sadəcə "montajçı" və "lisenziyalı istehsalçı" statusundan çıxaraq, öz layihələrini dizayn edən və dünyaya texnologiya ixrac edən bir güc mərkəzinə çevrilib. Bu transformasiyanın əsası 2004-cü ildə qəbul edilən və "hazır alış" əvəzinə "yerli istehsal" modelini ön plana çıxaran tarixi qərarlarla qoyulub.

Türkiyənin laylı hava müdafiə sistemi “Çelik Kubbe”nin gücləndirilməsi məqsədilə yeni raket və hava müdafiə sistemlərinin kütləvi istehsalına dair ümumi dəyəri 6,5 milyard dollar olan müqavilələr imzalanıb. Müqavilələrin imzalanması mərasimi Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə 25 noyabrda HAVELSAN-ın ev sahibliyində keçirilib. Tədbirdə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor Haluk Görgün, idarə rəisinin müavini Hüseyn Avşar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Roketsan-ın baş direktoru Murat İkinci, Türk Silahlı Qüvvələrinin nümayəndələri və müdafiə sənayesi təmsilçiləri iştirak ediblər.

Türkiyənin texnologiya şirkəti HAVELSAN, Birləşmiş Ərəb Əmirliklərinin müdafiə sənayesi şirkəti CALIDUS tərəfindən hazırlanan B-250 yüngül hücum və təlim təyyarəsi üçün yeni əməkdaşlığa imza atıb. Bu əməkdaşlıq çərçivəsində Türkiyənin müdafiə sənayesində aparıcı şirkəti pilotların kokpitə oturmadan əvvəl bütün əməliyyat proseslərində yüksək səviyyədə ixtisaslaşmasını təmin edəcək. Bunun üçün CALIDUS ilə birlikdə B-250 təyyarəsi üçün hərtərəfli təlim ekosistemi qurulacaq. Hazırlanacaq yüksək dəqiqlikli simulyator infrastrukturu real əməliyyatların mürəkkəbliyini əks etdirəcək və pilotların yerüstü hazırlığını ən yüksək səviyyədə təmin edəcək.

“The National Interest” jurnalının dərc etdiyi hesabatda Türkiyənin Reis sinfi sualtı qayıqlarının Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığı bildirilib. Almaniyanın Type 214 platforması əsasında Türkiyədə istehsal olunan bu sualtı qayıqlar, havadan müstəqil hərəkət sistemi (AIP), aşağı səs-küy səviyyəsi və yüksək dözümlülük kimi qabaqcıl texnologiyalarla təchiz edilib. Hesabatda qeyd olunub ki, bu xüsusiyyətlər Türkiyəyə Şərqi Aralıq dənizi, Qara dəniz və Egey dənizində strateji üstünlük təmin edir.

Gəmi və insansız dəniz platformaları, şaquli qalxma-enmə qabiliyyətinə malik sabitqanadlı insansız hava aparatlarının (İHA) inteqrasiyası ilə strateji imkanlar qazanacaq. Türkiyənin müdafiə sənayesi şirkəti HAVELSAN, 2019-cu ildən bəri Robotik Avtonom Sistemlər Mərkəzində insansız vasitələr inkişaf etdirir. Bu çərçivədə formalaşdırdığı platforma ekosistemi ilə insansız hava, quru və dəniz vasitələri istehsal edən HAVELSAN, ortaya qoyduğu həllərlə ölkə daxilində və xaricdə mühüm vəzifələr icra edir. Şaquli qalxma-enmə (VTOL) qabiliyyətinə malik sabitqanadlı hava platformaları BAHA Avtonom Buludaltı İHA, BOZBEY Avtonom Buludaltı İHA və BULUT Avtonom İHA, həm müstəqil şəkildə, həm də digər hava, quru və dəniz vasitələri ilə inteqrasiya olunmuş formada fəaliyyət göstərə biləcək səviyyəyə gətirilib.

Türkiyə Müdafiə Sənayesi prezidenti Haluk Görgün, ROKETSAN tərəfindən hazırlanan Milli Şaquli Atış Sistemi (MİDLAS) və TCG İSTANBUL-dan HİSAR-D RF raketi ilə həyata keçirilən atış sınağının uğurla tamamlandığını açıqlayıb. Sınaq zamanı ASELSAN, HAVELSAN, STM və ROKETSAN kimi şirkətlərin hazırladığı milli sistemlər tam koordinasiyada işləyib.