#təlim təyyarəsi

Bu həftə Baltik ölkələrində yerləşdirilən NATO təyyarələri Estoniyanın hava məkanında təlimlər keçirəcək. Uçuşlar 8-14 sentyabr tarixlərində, yerli vaxtla saat 10:00-dan 22:00-dək planlaşdırılıb. Aşağı sürətli uçuşlar minimum 152 metr (500 fut) hündürlükdən aşağı olmayacaq. Pilotlar həmçinin müəyyən olunmuş zonalarda, hava hərəkətinin idarə olunması üzrə mülki xidmətlə razılaşdırılmaqla səsdən sürətli uçuşlar da həyata keçirə biləcəklər. Sentyabrın 8-i və 9-da saat 19:00-dan 22:00-dək Rakvere və Kadrina bölgələrində İtaliya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcılarının iştirakı ilə hava hərəkəti dispetçerlərinin təlimləri keçiriləcək. Bu təlimlərin məqsədi dispetçerlərin mülki şəraitdə hava gəmiləri ilə qarşılıqlı fəaliyyət bacarıqlarını sınaqdan keçirməkdir.

Türkiyənin texnologiya şirkəti HAVELSAN, Birləşmiş Ərəb Əmirliklərinin müdafiə sənayesi şirkəti CALIDUS tərəfindən hazırlanan B-250 yüngül hücum və təlim təyyarəsi üçün yeni əməkdaşlığa imza atıb. Bu əməkdaşlıq çərçivəsində Türkiyənin müdafiə sənayesində aparıcı şirkəti pilotların kokpitə oturmadan əvvəl bütün əməliyyat proseslərində yüksək səviyyədə ixtisaslaşmasını təmin edəcək. Bunun üçün CALIDUS ilə birlikdə B-250 təyyarəsi üçün hərtərəfli təlim ekosistemi qurulacaq. Hazırlanacaq yüksək dəqiqlikli simulyator infrastrukturu real əməliyyatların mürəkkəbliyini əks etdirəcək və pilotların yerüstü hazırlığını ən yüksək səviyyədə təmin edəcək.