Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə-Liviya dəniz təlimi - TCG Kınalıada Benqazidə

    25 Avqust 2025 16:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə-Liviya dəniz təlimi - TCG Kınalıada Benqazidə
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    TCG Kınalıada Liviyanın Benqazi şəhərində liman səfəri edərək Liviya Milli Ordusu ilə birgə təlimlər keçirib.

    AzerVoice xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi TCG Kınalıada korvetinin 20-21 avqust 2025-ci il tarixlərində Liviyanın Benqazi şəhərinə liman səfəri etdiyini və bu səfər çərçivəsində Liviya Milli Ordusunun Dəniz Qüvvələri ilə birgə PASSEX və PHOTEX təlimlərinin keçirildiyini açıqlayıb.

    Səfər zamanı Benqazi Dəniz Bazasının komandiri kontr-admiral Abid Məsud Jouda və digər hərbi rəsmilərlə görüşlər keçirilib, PASSEX koordinasiya toplantısı təşkil olunub.

    Görüşlərdə Benqazi Hərbi Dəniz Bazasının baş mühəndisi və 16 nəfərlik dəniz personalı iştirak edib, TCG Kınalıada korvetinin imkanları haqqında məlumat verilib. Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi kontr-admiral Hüseyn Tığlı, Benqazidəki baş konsulumuz Serkan Kıramanlıoğlu ilə birlikdə Liviya rəsmiləri tərəfindən yola salınıb. Nazirlik ayrıca qeyd edib ki, TCG Kınalıada Liviya Milli Ordusuna məxsus TBZ-14 və TBZ-15 patrul gəmiləri və TCB-59 helikopteri ilə birgə təlimlər icra edib.

    Qeyd edək ki, bu səfər və təlimlər Türkiyə ilə Liviya arasında hərbi əməkdaşlığın gücləndirilməsi və regional dəniz təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

    #Türkiyə #Liviya #Türkiyə Hərbi Dəniz Qüvvələri #hərbi təlimlər #təlimlər #Türkiyə-Liviya müqaviləsi #əməliyyat təlimləri #TCG Kınalıada
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    1 Sentyabr 2026 02:00

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41
    XƏBƏR LENTİ

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Kia avqust ayında 83 mindən çox maşın satdı

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.