Bu gün Liviya ordusunun 27 yaşlı kapitanı Müəmmər əl-Qəzzafi Liviya Kralı I İdrisə qarşı uğurlu hərbi çevriliş həyata keçirib. Kral İdris devrilib və Qəzzafi Liviyanın yeni ali idarəetmə orqanı olan İnqilab Komandanlığı Şurasının sədri təyin edilib.
#Liviya
Liviyanın qərbində elektrik stansiyaları və neft obyektlərində baş verən partlayışlar genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Paytaxt Tripoli ilə yanaşı, Surman, Zaviya və Sabrata şəhərlərində elektrik enerjisinin verilişi dayanıb. Liviya Baş Elektrik Şirkətinin məlumatına görə, Zaviya şəhərindəki elektrik stansiyasında baş verən partlayış nəticəsində bir neçə generator bloku fəaliyyətini dayandırıb. Texniki qruplar əraziyə göndərilib və elektrik enerjisinin mərhələli şəkildə bərpası üçün işlər aparılır. Partlayışın səbəbi açıqlanmayıb.
Təqaüdçü general Xəlifə Hafterin Nigerin qərbində İŞİD-ə bağlı qrup tərəfindən girov saxlanılan amerikalı pilot Kevin Raydoutun azad edilməsinə kömək etdiyi bildirilir. “Reuters”in dörd mənbəyə istinadən yaydığı məlumata görə, Raydout ötən cümə axşamı gec saatlarda Liviyanın şərqindəki hakimiyyət orqanlarına təhvil verilib. Bununla belə, girovun azad edilməsi müqabilində nə verildiyi barədə rəsmi məlumat açıqlanmayıb. Mənbələrdən biri Liviyanın fidyə ödədiyini bildirib.
7 İyul tarixi dünya tarixində bir sıra önəmli hadisələrlə yadda qalıb. Bu gün baş vermiş əsas hadisələrin xronoloji xülasəsini təqdim edirik
Liviyanın şərq hissəsinə nəzarət edən hakimiyyət orqanları ölkəyə giriş qaydalarını sərtləşdirərək Sudan, Eritreya, Efiopiya və Somali vətəndaşlarının ölkəyə daxil olmasını qadağan edib. Qərarın Avropaya yönələn qeyri-qanuni miqrasiya axınının qarşısını almaq məqsədi daşıdığı bildirilir. Məlumata görə, qərar Liviyanın Aralıq dənizi sahillərindən Avropaya keçməyə çalışan miqrantların sayının artması fonunda qəbul edilib. Şimali Afrika ölkəsi uzun illərdir Avropaya çatmaq istəyən minlərlə insan üçün əsas tranzit marşrutlardan biri hesab olunur.
Livanın Baş naziri Nəvaf Salam 2024-cü ildə əl-Əsəd rejiminin devrilməsindən sonra ikinci rəsmi səfərini Suriyanın paytaxtına həyata keçirib. Səfər həm Livan, həm də Suriyada İsrailin davam edən hücumları və ərazilərin işğalı fonunda baş tutub.
Yunis Əl-Mənfi Azərbaycana səfərə gəlib.
Hər iki komanda yarımfinala qədər inamlı oyun nümayiş etdirərək gəlib. Liviya futbolunun iki nəhəngi arasındakı bu derbi təkcə finala vəsiqə uğrunda deyil, həm də paytaxt Tripolinin “ağası” olmaq uğrunda bir savaşdır. Püşkatmanın nəticələrinə görə, turnirin digər yarımfinal cütlüyündə isə daha az iddialı, lakin sürprizlərə açıq komandalar mübarizə aparacaq.
Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstanın Krit adasının cənubunda həyata keçirdiyi hidrokarbon fəaliyyətləri ilə bağlı açıqlama verib. Nazirlikdən bildirilib ki, 2019-cu ildə Türkiyə ilə Liviya arasında imzalanmış “Dəniz Səlahiyyət Zonalarına dair Anlaşma Memorandumu”na və Liviyanın 27 may 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyi dəniz səlahiyyət zonalarına zidd şəkildə aparılan fəaliyyətlər qanunsuz hesab olunur.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler Liviyanın Baş Qərargah rəisinin müavini, general-leytenant Selahəddin ən-Nəmruşu qəbul edib. Nazirliyin sosial şəbəkə hesabında yayılan məlumata görə, görüş Türkiyə Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edən liviyalı nümayəndə heyətinin iştirakı ilə baş tutub. Qəbulda ordu generalı Səlcuq Bayraktaroğlu da iştirak edib. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafı məsələlərinin müzakirə olunduğu bildirilir
Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın Tripolidə Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə görüşüb. Prezident Şurasından verilən məlumata görə, görüş zamanı Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Menfiyə çatdırıb. Görüşdə Türkiyə-Liviya münasibətləri ilə yanaşı, yerli və regional məsələlər müzakirə olunub. Tərəflər Liviyanın sabitliyinin regional təhlükəsizlik üçün əsas amil olduğunu vurğulayıb və bu istiqamətdə iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Livan hərbi heyətini daşıyarkən Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin istintaqı ilə bağlı mühüm faktları açıqlayıb. Nazir qeyd edib ki, təyyarənin səs yazan cihazındakı (CVR) bütün məlumatlar uğurla oxunub və pilotların qəzadan əvvəlki son danışıqları tam şifrələnib. Araşdırmalar nəticəsində məlum olub ki, təyyarə hələ qəza çağırışı etməzdən əvvəl qüllə ilə mütəmadi əlaqədə olub və elektrik sistemində ciddi nasazlıqlar yaşandığını bildirib.