Türkiyə tarixində ilk dəfə olaraq NATO və Avropa İttifaqına üzv ölkəyə hərbi gəmi ixrac edib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilən “CAm. Roman” açıq dəniz patrul gəmisinin təqdimat mərasimində çıxışı zamanı bildirib.
#Türkiyə Hərbi Dəniz Qüvvələri
ABŞ-da fəaliyyət göstərən hərbi təhlil qurumu Global Firepower 2026-cı il üzrə dünyanın ən güclü hərbi dəniz qüvvələrinin reytinqini açıqlayıb. Yeni siyahı qlobal hərbi balansda baş verən dəyişiklikləri və dəniz gücü sahəsində formalaşan yeni tendensiyaları ortaya qoyub.
Türk Hərbi Dəniz Qüvvələri NATO-nun Amfibiya Tapşırıq Qüvvəsi Komandanlığı və Çıxarma Qüvvələri Komandanlığı çərçivəsində bir sıra beynəlxalq təlim və əməliyyatlarda iştirak edəcək. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabında yayılan məlumata görə, NATO Müttəfiq Reaksiya Qüvvəsi tərkibində olan bu iki mühüm vəzifə 1 iyul 2025-ci ildən 30 iyun 2026-cı ilədək Türk Hərbi Dəniz Qüvvələri tərəfindən icra olunacaq.
Baykar rəhbəri Səlcuq Bayraktarın sözlərinə görə, hazırda PUA alan ölkələrin sayı 42-yə çatıb. Şirkət hər il bir neçə dəfə təşkil etdiyi TEKNOFEST festivalı ilə hərbi nümayişləri və texnoloji yarışmaları bir araya gətirir.
Türkiyənin Milli Müdafiə Nazirliyi TCG Kınalıada korvetinin 20-21 avqust 2025-ci il tarixlərində Liviyanın Benqazi şəhərinə liman səfəri etdiyini və bu səfər çərçivəsində Liviya Milli Ordusunun Dəniz Qüvvələri ilə birgə PASSEX və PHOTEX təlimlərinin keçirildiyini açıqlayıb. Səfər zamanı Benqazi Dəniz Bazasının komandiri kontr-admiral Abid Məsud Jouda və digər hərbi rəsmilərlə görüşlər keçirilib, PASSEX koordinasiya toplantısı təşkil olunub. Görüşlərdə Benqazi Hərbi Dəniz Bazasının baş mühəndisi və 16 nəfərlik dəniz personalı iştirak edib, TCG Kınalıada korvetinin imkanları haqqında məlumat verilib. Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi kontr-admiral Hüseyn Tığlı, Benqazidəki baş konsulumuz Serkan Kıramanlıoğlu ilə birlikdə Liviya rəsmiləri tərəfindən yola salınıb. Nazirlik ayrıca qeyd edib ki, TCG Kınalıada Liviya Milli Ordusuna məxsus TBZ-14 və TBZ-15 patrul gəmiləri və TCB-59 helikopteri ilə birgə təlimlər icra edib.
Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük yerli istehsal hərbi gəmisi və dünyanın ilk silahlı İHA-daşıyan flaqmanı TCG Anadolu Çanaqqaladan İstanbulun Sarayburnu bölgəsinə doğru yola çıxıb. Səyahət Malazgirt Zəfərinin 954-cü ildönümü və 30 Avqust Zəfər Bayramı münasibətilə keçirilir və 350 gənc səyahətə qoşularaq milli mübarizə ruhunu yaşamağa dəvət olunub. Gənclər texnologiya və müdafiə sahəsində təqdimatlar və mühazirələrlə məlumatlandırılacaq, bu mühazirələri Milli Müdafiə Universitetinin professor-müəllim heyəti aparacaq.