Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Sabiha Gökçen Hava Limanı bir gündə 7 rekord qırıb

    28 İyul 2025 14:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sabiha Gökçen Hava Limanı bir gündə 7 rekord qırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı (ISG) 27 iyul tarixində eyni gündə yeddi müxtəlif göstərici üzrə rekord yeniləyib.

    AzerVoice xəbər verir ki, hava limanı ümumilikdə 157 min 630 sərnişinə xidmət göstərməklə tarixində ən yüksək günlük sərnişin sayına çatıb.

    Rəhbərliyin verdiyi məlumata görə, rekordlar əsasən beynəlxalq uçuş və sərnişin statistikalarında qeydə alınıb. Həm gələn, həm də gedən beynəlxalq reyslər üzrə sərnişin və uçuş saylarında əvvəlki maksimum göstəricilər aşılıb.

    Rəqəmlərə əsasən, 27 iyulda beynəlxalq reyslərlə gələn sərnişin sayı 43 min 864-dən 44 min 446-ya, gedən sərnişin sayı isə 41 min 969-dan 43 min 499-a yüksəlib. Bu göstəricilərlə birgə beynəlxalq reyslər üzrə gündəlik ümumi sərnişin sayı 87 min 945-ə çatıb. Beynəlxalq uçuşların ümumi sayı isə 475 olaraq qeydə alınıb.

    Hava limanı rəhbərliyi bu uğurlu nəticələri “Yolcu Akışını İyileştirme Projesi” çərçivəsində həyata keçirilən infrastruktur və texnoloji yeniliklərlə əlaqələndirir. 34 milyon avro dəyərində həyata keçirilən layihə çərçivəsində təhlükəsizlik və pasport nəzarəti proseslərində tətbiq olunan yeni sistemlər sərnişin axınını sürətləndirib və xidmət keyfiyyətini artırıb.

    Coğrafi yerləşməsi, şəhər mərkəzinə yaxınlığı və nəqliyyat əlçatanlığı ilə seçilən Sabiha Gökçen Hava Limanı hazırda İstanbul və ətraf regionları 53 ölkədə 148 istiqamətə 39 daxili və 109 beynəlxalq marşrutla birləşdirir.

    #Türkiyə #İstanbul #Türkiyə hava limanları #Sabiha Gökçen Hava limanı #Beynəlxalq uçuşların təhlükəsizliyi #Türkiyədə beynəlxalq uçuşlar #Turizm rekordları #THY ilk beynəlxalq uçuş #beynəlxalq uçuşlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.