Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Hakan Fidan suriyalı həmkarı ilə ölkənin cənubundakı vəziyyəti müzakirə edib

    18 İyul 2025 22:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hakan Fidan suriyalı həmkarı ilə ölkənin cənubundakı vəziyyəti müzakirə edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə Xarici İşlər naziri Hakan Fidan bu gün Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığı aparıb.

    AzerVoice türk KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı Suriyanın cənubundakı vəziyyət müzakirə edilib.

    Fidan bildirib ki, Türkiyə bölgədəki hadisələri yaxından izləyir. O, bölgədə ən qısa zamanda sakitliyin təmin olunmasını istədiklərini və bu istiqamətdə töhfə verməyə hazır olduqlarını bildirib. Nazir həmçinin, Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə və suverenliyinə dəstəyini vurğulayıb.

    İsrailin Suriyaya müdaxiləsinin qəbuledilməz olduğunu bildirən Fidan, İsrail hökumətinin regional sabitliyə və Suriya xalqının gələcəyinə təhdid yaradan hərəkətlərinə son verməsinin vacibliyini qeyd edib.

    Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

    16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

    Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

    #Türkiyə #İsrail #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Suriya #Druz #Əsəd Həsən Şeybani #Suriya Xarici İşlər Nazirliyi #Telefon danışığı #İsrailin Suriyaya müdaxiləsi #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #druzlar #Suveyda Üsyanı #Suriya cənubunda silahlı qarşıdurmalar #Suriya dövlətinin suverenliyi #regionda sabitlik #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Suriyada milli birlik və sabitlik #Suriyanın ərazi bütövlüyü #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #Suriya daxili sabitlik #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #İsrailin Süveyda müdaxiləsi #Süveyda
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    31 Avqust 2026 10:39

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    30 Avqust 2026 03:00

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09
    XƏBƏR LENTİ

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

    Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

    Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

    Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.