#Suriyanın ərazi bütövlüyü

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara deyib ki, Suriya Demokratik Qüvvələri martın 10-da əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduqlarını bildirir və konkret detallar tələb edir. SDQ-nin media və müzakirələrdə dedikləri ilə reallıqda etdikləri arasında ziddiyyətli siqnallar var.

Suriya hökuməti Parisdə Kürd qüvvələrinin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirak etməyəcəyini açıqlayıb. Rəsmi Dəməşq mart ayında əldə olunmuş birlik razılaşmasının SDQ tərəfindən pozulduğunu bildirərək, bu iddiasına əsas kimi ötən cümə günü ölkənin şimal-şərqindəki Həsəkə şəhərində keçirilən konfransı göstərib.

Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Xatırladaq ki, iyulun 28-də Putin Netanyahu ilə telefon danışığında Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulamışdı. O, Suriyada bütün etnik və dini qrupların qanuni hüquqlarının və maraqlarının qorunması ilə daxili siyasi sabitliyin gücləndirilməsinin əhəmiyyətini qeyd etmişdi. O, həmçinin İranın nüvə proqramı ilə bağlı böhranın danışıqlar yolu ilə həll olunması üçün Moskvanın vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.