Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin bərpa olunan enerji sahəsində iddialı hədəfləri var - Alparslan Bayraktar

    10 İyul 2024 18:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin bərpa olunan enerji sahəsində iddialı hədəfləri var - Alparslan Bayraktar
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Türkiyənin bərpa olunan enerji sahəsində iddialı hədəfləri var

    AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar deyib.

    Dünya Bankı ilə əməkdaşlığın inkişaf, enerji transformasiyası və təmiz enerji üzrə birgə layihələrin artırılmasının hədəfləndiyini bildirib.

    Bayraktar Türkiyənin enerji təchizatı təhlükəsizliyini təmin etməyə və idxaldan asılılığı azaltmağa çalışan bir ölkə olduğunu ifadə edərək, enerji transformasiyasında strateji addımların atılmasının və enerji çevrilməsi prosesinin yaxşı idarə olunmasının lazım olduğunu bildirib.

    Enerji səmərəliliyinin təkcə enerjidə deyil, sənaye, kənd təsərrüfatı, nəqliyyat və binalar kimi bir çox fərqli sektorda da artırılması lazım olduğuna diqqət çəkən Bayraktar, bərpa olunan enerji, hidrogen, keçid yanacağı kimi təbii qaz və nüvə enerjisinin mühüm rol oynadığını qeyd edib.

    "Burada bizim qarşımızda duran bir neçə problem var. Onlardan biri sistemə bu qədər bərpa olunan və fasiləli resurs əlavə etməklə, sistem operatorunun, yəni elektrik ötürücü şəbəkəmizin fəaliyyətini düzgün idarə etmək və gücləndirmək zərurətidir. Bu baxımdan, ötürücü sistemimizi təkmilləşdirərək, bu artan ehtiyacı qarşılamaq üçün yeni investisiyalar etmək üçün önümüzdəki 10 ildə təxminən 10 milyard dollarlıq bir investisiya hədəfimiz var",- deyə nazir bildirib.

    Dünya Bankı ilə kritik minerallar sahəsində əməkdaşlığa da önəm verdiklərini ifadə edən Bayraktar, bütün dəyər zəncirində davamlılıq və yeni texnologiyalar əsasında addım atılmalı olduğunu və mühüm bir əməkdaşlığın olduğuna inandığını söyləyib.

    #Alparslan Bayraktar #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk dron texnologiyasının banisi Səlçuk Bayraktar bəşəriyyətə xəbərdarlıq etdi

    9 May 2026 21:57

    Türkiyənin enerji siyasətində yeni mərhələ - “Sürpriz anlaşma” siqnalı

    29 Aprel 2026 11:59

    İranla qaz müqaviləsi yaxın vaxtlarda başa çatır, hələlik uzadılması barədə danışıqlar yoxdur - Türkiyə

    20 Aprel 2026 00:07

    Energetika naziri Türkiyədə enerji əməkdaşlığını müzakirə edib

    17 Aprel 2026 15:39

    Türkiyə və Somali liderləri ikitərəfli əlaqələri müzakirə ediblər

    16 Aprel 2026 20:36

    Alparslan Bayraktar qlobal enerji böhranından çıxmaq üçün Bakının rolundan danışıb

    9 Aprel 2026 09:38

    Türkiyənin Abdülhamid Han gəmisi Qara dənizdə qazma işlərinə başlayır

    25 Mart 2026 15:30

    Türkiyənin enerji təhlükəsizliyi və tədarükündə heç bir problem yoxdur - Alparslan Bayraktar

    11 Mart 2026 10:40

    Türkiyənin energetika naziri MAQATE rəhbəri ilə görüşüb

    11 Mart 2026 10:36

    Cənubi Koreya ilə birgə layihələrin inkişaf etdirilməsini prioritet hesab edirik - Bayraktar

    25 Fevral 2026 15:41

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    24 Yanvar 2026 16:48

    Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükü sazişi imzalanıb

    4 Yanvar 2026 16:15
    XƏBƏR LENTİ

    Verizon Google ilə 1 milyard dollardan çox dəyərində müqavilə imzalayıb

    Tramp Çin və Rusiyanı İran müharibəsinə qarışmamağa çağırıb

    İran və Misirin XİN rəhbərləri regional gərginliyi müzakirə ediblər

    ABŞ və Körfəz ölkələri İran–Oman təşəbbüsünə qarşı çıxır

    Tehran təhdid dilini qəbul etməyəcək - Abbas Əraqçi

    ABŞ İordaniyadakı vətəndaşlarına əlavə ehtiyat tədbirləri görməyi tövsiyə edib

    İsrail ordusu Səlfit bölgəsində kəndlərin girişlərini bağlayıb

    Küveyt pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini açıqlayıb

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

    Avropa İttifaqı beş iranlı hakimə sanksiya tətbiq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.