Bakı. AzerVoice:
Türkiyənin iki böyük şəhəri olan İstanbul və İzmir arasında yaradılan yeni avtomobil yolu nəticəsində hər il 17,6 milyard lirə vaxta, 5,4 milyard lirə yanacaq sərfiyyatına qənaət edilib.
AzerVoice xəbər verir ki, şosesi ilə bağlı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu öz sosial media hesabından etdiyi paylaşımda məlumat verib. O "Hər il vaxta 17,6 milyard lirə, yanacaq sərfiyyatına 5,4 milyard lirə qənaət edirik. Karbon emissiyasını da 402 min ton azaltdıq" - deyə qeyd edib.
Bu şose ilə İstanbul-İzmir arasındakı məsafənin 100 kilometr qısaldığını bildirən Uraloğlu, "8,5 saat olan İstanbul-İzmir nəqliyyat səfəri 3,5 saata endi. Hər il 17,6 milyard lirə zamandan və 5,4 milyard lirə isə yanacaq sərfiyyatından qənaət edirik. Biz həmçinin karbon emissiyalarını 402 min ton azaltdıq” - deyə açıqlama verib.