Bakı, AzerVoice:
Bəzi Avropa ölkələrinin Fələstin dövlətini tanıyacaqları ilə bağlı açıqlamalarından məmnunuq.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.
“İspaniya, İrlandiya və Norveçin Fələstin dövlətini tanıyacaqlarını elan etməsi bizi çox sevindirir. Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir", - deyə XİN bəyanatında deyilir.
Türkiyə daha çox ölkənin Fələstini tanıması üçün səylərini davam etdirəcəyini bildirib.