Bakı. AzerVoice:
Türkiyənin Dəniz Qüvvələri Komandanlığına bağlı TCG Zıpkın adlı döyüş gəmisi Muğlanın Marmaris rayonunda vətəndaşların ziyarətinə açılıb.
AzerVoice xəbər verir ki, 19 May Gənclər və İdman Bayramı şənlikləri çərçivəsində vətəndaşlarla yanaşı tələbələrin də qrup halında gəmini ziyarət edəcəyi bildirilib.
Hərbi gəmi üç gün Türkiyə vaxtı ilə saat 10.00-17.00 arası ziyarətçilərə təqdim ediləcək.