Bakı. AzerVoice:
Türkiyə vaxtı ilə saat 11.00-17.00 arasında keçiriləcək yaxta yarışı ilə əlaqədar İstanbul Boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, yarışlar sabah da davam edəcək.