Bakı. AzerVoice:
Türkiyə Dəniz Qüvvələri nəzdində gəmi muzeyi TCG Nusret Marmaris Limanında ictimaiyyətə təqdim edilir.
AzerVoice xəbər verir ki, dünyanın ilk və yeganə üzən gəmi muzeyi olaraq xidmət edən və orijinala uyğun dizayn edilmiş TCG Nusret 3-5 may tarixlərində Türkiyə vaxtı ilə 09.30-12.30 və 13.30-17.30 saatları arasında ictimaiyyətə açıq olacaq.
Qeyd edək ki, TCG Nusret Birinci Dünya Müharibəsində Çanaqqala Dəniz Döyüşlərində böyük müvəffəqiyyət göstərmiş mina gəmisidir, gəmi 1913-cü ildə Osmanlı Donanmasına daxil edilib.